5/10
·152 syf.··
2026 97. kitabı
·
25 saatte okudu
·
Okunma: 09 Haziran 2026 00:00
Ürəyim ağrıdı oxuyanda. Kitab çox ağır idi. Nəsə reaksiya vermək istəmirəm. Həm mövzu ağır idi, həm də yazar yazını ağırlaşdırmışdı. Ona görə də zorluqla oxudum.
Ayışığının KaranlığıMehtap Koçal · Karina Yayınevi · 20173 okunma
Puan vermedi·63 syf.··
2026 1. kitabı
·
2 saatte okudu
·
Okunma: 03 Haziran 2026 21:58
Əslində sıradan bir hekayə kimi görünür. Cavan, anasından qorxan oğlan və yaşadığı fantastika. Qoca kişi, qoyun adam, dilsiz qız. Bir də qaranlıq zirzəmi. Kitabı oxuyanda öz ürəyim sıxıldı qapalı məkanda. Hər şey bir qırağa kitab bizə mesajlar da verir. Hər şeyin bir bədəli olduğunu. Çoxlu kitab oxuyub bilikli olursan amma qoca beynini yeyəcək. Kitabxanadan qaçıb azad olursan, bir müddət sonra anan ölür və tənhalıq səni tapır. Yəni maraqlı, "çerezlik" kitab idi
Tuhaf KütüphaneHaruki Murakami · Doğan Kitap · 20173,556 okunma
Reklam
Qəlb şairi Əli Kərim
Puan vermedi·336 syf.··
Beğendi
·
2026 21. kitabı
·
44 günde okudu
·
Okunma: 01 Haziran 2026 22:19
Qəribsədim uzaqlarda, Könlüm-gözüm səni andı. Ayrıldığım nə müddətdi, Bir əsrdi, yoxsa andı?.. PDF oxumağa səbri olmayan mən, Əli Kərimin şeirlərini oxumaq üçün bu çətinliyə də qatlandım. Məktəb və gənclik illərimin ən sevdiyim şairlərindən biri olub o. Şeirlərinin çoxunu oxuyanda elə bilirdim ki, misralar birbaşa mənə ünvanlanıb. Kitabxanaya hər gedişimdə onun şeirlərinin çap olunduğu jurnal, qəzet və ya kitab axtarır, tapdığımı böyük həvəslə oxuyurdum. Ürəyim sən deyən çox cavan deyil, Nə qədər dərdini daşıyıbdır o. O qədər sürətlə vurub ki, sənsiz, Bəlkə də lap yüz il yaşayıbdır o! Aradan iyirmi ildən çox vaxt keçsə də, Əli Kərimin şeirlərini yenidən eyni həyəcan və eyni duyğularla oxudum. Bəzi misralar insanın yaddaşında elə iz qoyur ki, illər keçsə də öz təsirini itirmir. Sənin baxışını yığdım gözümə, O xoş ətrini də səpdim evimə. Sözün də qapımın ağzında durdu, O bir hasar oldu hər gələn qəmə. Əli Kərimin şeirlərindən incəlik, zəriflik və səmimiyyət axır. O, özünəməxsus üslubu və təkrarsız poetik dünyası ilə Azərbaycan ədəbiyyatında seçilən şairlərdəndir. Kədər başdan-başa sinəmi tutmuş, Nəfəs almağa da yer saxlamamış. Fəsillər astaca üstündən keçər, Əriməz orada boranlı bir qış. Onun şeirlərini oxumaq sanki insanı başqa bir aləmə aparır. Hər misrada sevgi, həsrət, kədər və ümid bir-birinə qarışır. Qəlb və könül şairi olan Əli Kərim oxucusuna səmimi duyğular bəxş edir. Buna görə də illər keçsə belə, onun şeirləri köhnəlmir, əksinə, hər oxunuşda yeni mənalar qazanır. Şeir oxumaq sərin bulaqdan su içməyə bənzər. Qəlbinizi, ruhunuzu sərinləndirən misraların heç vaxt əskik olmaması diləyilə...
Seçilmiş ƏsərləriƏli Kərim · Lider Nəşriyyat · 200427 okunma
9/10
·424 syf.··
2026 4. kitabı
·
48 günde okudu
·
Okunma: 27 Mayıs 2026 00:00
Müəllifin oxuduğum ikinci əsəri idi. Həm siyasət, müharibə, sevgi, psixologiya, din, ədəbiyyat və s. demək olar bütün mövzuları əhatə edən, həm də oxuduqca yormayan kitab idi. Əsərin məğzi iki dostun dialoqu əsasında yazılsa da oxuduqca məkan darlığı problemi yaşamırdım, əksinə obrazların dili ilə keçmişə və fərqli ölkələrə səyahət edirdim. Müharibə səhnələrini oxuduqca bütün yaşanan hadisələr o qədər ağır gəlirdi ki, inanmaqda çətinlik çəkirdim. Arada düşünürdüm ki, belə bir hadisə mənim başıma gəlsə necə reaksiya verərdim? İnanın ki, cavab tapa bilmədim. Və ən amansız tərəfi də odur ki, kitabda yazılanların hamısı ildə minlərlə qadının, həmcinslərimizin başına gəlir, lakin biz yenə də onlardan xəbərsiz yaşayır və kiçik məişət və iş problemlərimizi gözümüzdə böyüdüb yaşamağın mənasızlığını dilimizə gətiririk. Kitab bütün bunları xatırlatdıqca insanı utandırır. Halbuki, həqiqət elə müəllifin də qeyd etdiyi kimi çox bəsitdir: "Gecə ailənlə oturub dincəlirsən. Çöldə soyuq olsa da yuvan istidir. İsti çaydan içib şirin söhbətlər edirsən. Xoşbəxtsən, yanındakılar da həmçinin." Təəssüf ki, reallığı başa düşsək də həmişə ən pisi başımıza gəldikdə daha yaxşı dərk edirik. Əsərdə, birmənalı olaraq, ən hörmət etdiyim obraz Əmin oldu. İstənilən bir (ən pis olsa belə) vəziyyətdə şərtsiz sevgini təmsil edirdi. Sevginin gücünün bioloji bağlardan və cəmiyyətin yaratdığı stereotiplərdən daha dərin olduğunu bir daha sübut etdi. Hətta kitabda tam olaraq xatırlamadığım bir sətir var idi, oxuduqca nəzərdə tutduqlarımı daha yaxşı anlayacaqsız: "Atanın dəstəyi insanı təkcə qorumur, həm də başqalarına qarşı qəddar olmadan iztirab çəkməyi öyrədir." Kitabda dünyagörüşünüzü artıracaq öyrədici kontent çoxluq təşkil edir və bəlkə də başqa kontekstdə, daha elmi kitablarda oxunsa daha çox
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,808 okunma
Puan vermedi
Mehriban Məmmədova - "Səsimi kim eşidər?" Kitab satışa çıxdığı andan maraq dairəmdə olsa da, oxumaq elə bu günlərə qismət imiş. Kitabın real hadisələrə əsaslanması, xüsusən də baş obrazın elə yazıçının özü olduğunu bilə-bilə oxumaq hekayəni ikiqat təsiredici edir. Kitab o qədər duyğusal idi ki, mənim kimi daşürəkli bir insanın belə bəzi səhnələrdə gözünü doldurmağı bacardı. İnsan oxuduqca düşünür ki, biz sadəcə oxuyanda bu qədər təsirləniriksə, gör bu bədbəxt hadisələri yaşayan və sonra yenidən qələmə alan müəllif hansı travmaları yaşamalı olub... Kitab, gənc bir qızın - Nərgizin valideynləri tərəfindən erkən nikaha məcbur edilməsi və onun keçməkeşli həyat mübarizəsi ilə başlayır. Bu, valideyn səhvlərinin günahını övladın çəkdiyi, heç kim tərəfindən dinlənilməyən və istəmədiyi həyata məhkum edilən bir qızın hekayəsidir. Kitabı oxuduqca XXI əsrdə hələ də belə düşüncəli insanların var olduğunu bilmək mənə ikiqat əsəb verirdi. Qadını sıxan, "oğlana hər şey olar, qız susmalıdır" deyən və qızların təhsilinə mane olan bu düşüncə tərzi cəmiyyətimizin ən büyük yarasıdır. Sözsüz ki, kitabda bəzi nöqsanlar var idi. İlk səhifələrdən etibarən bəzi səhnələr bir az sönük və süni təsir bağışlayırdı. Cümlələr bədii ədəbiyyatdan uzaq, daha çox loru danışıq dilinə yaxın idi. Məsələn, iki baş obraz arasındakı dialoqların demək olar ki, 70%-i eyni - "ürəyim" sözü ilə başlayırdı, bu təkrarçılıq isə həmin dialoqdakı heç bir hissi, məncə, oxucuya tam şəkildə ötürmür. Bundan əlavə, kitabdakı hərf səhvləri də bəzən yorurdu insanı, amma hekayə maraqlı olduğu üçün o yoruculuq bir yerdən sonra kənarda qalırdı. Hekayədəki bəzi söhbətlərin təkrarlanmasını isə yazıçının keçirdiyi ağrının, aldığı travmanın çox güclü olması ilə bağlayıram. Yoxsa bu qədər təkrar olmazdı deyə düşünürəm... Kitabda
Səsimi Kim Eşidər?Mehriban Məmmədova · Kitabçı Nəşriyyat · 20255 okunma
Bismillah
10/10
·170 syf.··
2026 21. kitabı
·
3 günde okudu
·
Okunma: 24 Mayıs 2026 13:52
Sevirəm də belə gözəl romanları ⁠♡ Kitabda ən çox sevdiyim hissələrdən biri bu idi ki, Mustafa(eşşəkli kitabxanaçı) insanları kitablara cəlb etmək üçün insanların üz tutmasını gözləmədən özü insanlara üz tuturdu. Özü də deyirdi ki, bəziləri heç bir fəaliyyət göstərmirlər və gözləyirlər ki, insanlar özləri kitablara maraq göstərəcək, kitabxanalara axışacaq və s.-amma belə deyil. Gərək ki,insanlarda kitablara marağı biz yaradaq, yeri gəlsə qatırla da kəndlərinə kitab çatdıraq. Çoox gözəl kitab idii, çox bəyəndim,ürəyimə yağ kimi yayıldı
Eşşəkli KitabxanaçıFakir Baykurt · Qədim Qala Nəşriyyatı · 202618,3bin okunma
Reklam
Reklam