8/10
·137 syf.··
Beğendi
·
2026 20. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Haziran 2026 01:13
Kitab olduqca kiçik həcmli və son dərəcə axıcı bir əsərdir; bu sayədə çox qısa bir zaman ərzində rahatlıqla bitirilə bilər. Mən də onsuz da oxunması daha praktik və rahat olduğu üçün kiçik ölçülü nəşrini seçdim. Kitabın quruluşuna gəldikdə isə; əsər əsas olaraq bir gənc ilə bir yaşlı adamın qarşılıqlı dialoqundan ibarətdir. Kitab boyu proses tamamilə bu iki personaj arasındakı fasiləsiz fəlsəfi mübahisə və dialoqlar üzərindən irəliləyir. ​Kitab həcm olaraq kiçik olmasına baxmayaraq, son dərəcə düşündürücü bir quruluşa sahibdir. Əsərdə ən çox sevdiyim hissə mexanika üzərinə keçən dialoqlar oldu. Orada yaşlı adam insanın mütləq bir yaradıcı olmadığını, sadəcə funksional bir iş gördüyünü, müəyyən kiçik vəzifələri yerinə yetirdiyini müdafiə edir. Kitab tam olaraq bu mexanikləşmə mövzusuna toxunur: İnsanların birər maşın olduğunu, sadəcə müəyyən vəzifə sərhədləri daxilində hərəkət etdiklərini, sıfırdan bir şey var edə bilmədiklərini, yalnız gördükləri və düşündükləri şeyləri yenidən formalaşdırıb onların üzərində bir struktur qurduqlarını izah edir. ​Kitabda ən çox diqqətimi çəkən və məni həyəcanlandıran şey isə, daha əvvəl üzərində uzun-uzun düşündüyüm və fikir yürütdüyüm bir mövzubunun eynilə işlənməsi oldu. "Əgər bir insan kimsəsiz bir adada doğulsa, hər kəsdən uzaqda və heç bir şey görmədən beynində hər hansı bir fikir formalaşa bilərmi?" Mənim fikrimcə, bu sualın cavabı qəti bir "Xeyr" idi. Çünki digər insanların həyatı, çöldən olan təsirlər və hər bir xarici amil insana təsir edir; sən isə yalnız bu təsirlərin nəticəsində öz daxilindən ortaya bir şey çıxara biləsən. Kitabda da tam olaraq bu düşüncəmin fəlsəfi qarşılığını tapdım. Əsərdə bu vəziyyət Şekspir nümunəsi üzərindən izah olunur: Şekspir bir adada doğulsa, heç bir şey görmədən və yaşamadan o əsərləri ortaya
İnsan Nedir?Mark Twain · Karbon Kitaplar · 202318,9bin okunma
Bəli, Osho oxucuları ilə söhbət edir; bir dost, bir sirdaş kimi.
9/10
·224 syf.··
Beğendi
·
2026 5. kitabı
·
12 günde okudu
·
Okunma: 18 Haziran 2026 23:07
Osho qələmi ilə ilk dəfədir tanış oluram. Yazılarını oxuduqca özümlə baş-başa qalır, daxili dünyamın dərinliklərinə enir və həqiqi kimliyimi daha yaxından tanıyıram. Bu kitabda Cəsarət sevgi, cəsarət, qorxu, münasibətlər, meditasiya, varoluş, Tanrı, din, ölüm və həyatın digər vacib mövzuları haqqında dərin düşüncələr yer alır. Kitab haqqında fikirlərimi məşhur bir atalar sözü ilə ümumiləşdirmək istəyirəm: “Qorxaq gündə yüz dəfə ölər, cəsur isə ömründə bir dəfə.” “Cəsarət” mənə qorxuların arxasında gizlənən həqiqi həyatı xatırlatdı. Hər kəsin oxumasını tövsiyə etdiyim kitablardan biri oldu. Hamınıza xoş mütaliələr! Sevgi ilə qalın… Kitabla qalın…
CəsarətOsho · Qanun Nəşriyyatı · 2018744 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
9/10
·80 syf.··
2026 1. kitabı
Lev Tolstoyun “İnsan Nə ilə Yaşayır?” adlı əsəri təkcə bir hekayə deyil, həm də insanı sevgi, mərhəmət və həyatın mənası haqqında dərin düşüncələrə sövq edən dəyərli bir əsərdir. Əsər oxucunu insanlığın əsl mahiyyəti və sevginin gücü barədə düşünməyə vadar edir. Kitab Tanrı, sevgi və mərhəmət kimi ali dəyərləri sadə, lakin təsirli şəkildə qeyd edir. Əsərdən aldığım əsas nəticə odur ki, insanı insan edən ən böyük dəyər sevmək, mərhəmətli olmaq və başqalarına yaxşılıq etməkdir. Buna görə də bu əsər mənəvi dəyərləri və insanlığın əsl mənasını anlamaq baxımından çox təsirli və düşündürücü bir əsərdir. Əsəri bəyəndim, hər kəsin oxumasını tövsiyə edirəm :) Lev Tolstoy İnsan Nə İlə Yaşayır?
1000Kitap
İnsan Nə İlə Yaşayır?Lev Tolstoy · Qanun Nəşriyyatı · 2020234,2bin okunma
9/10
·328 syf.··
2026 35. kitabı
Bir müddətdir daha ağır və dərin əsərlər oxuduğum üçün məni yormayacaq, axıcı, maraqlı süjet xəttinə malik bir kitab axtarırdım. Elə buna görə də “Böyürtkənli qış” mənim üçün uğurlu seçim oldu. Kitabın ən güclü tərəfi onun oxunaqlılığıdır. Bəzi əsərlərdə oxucu hadisələri irəli aparmağa çalışır, amma burada əksinə, süjet insanı öz ardınca aparır. Hadisələrin necə inkişaf edəcəyini öyrənmək istəyi kitabı rahatlıqla və maraqla oxumağa kömək edir. Bununla belə, əsəri çox dərin və ya olduqca güclü psixoloji roman adlandırmazdım. Xarakterlərin bütün emosiyaları və daxili dünyaları çox dərindən işlənməyib. Oxucunu sarsıdan və ya uzun müddət düşündürən əsərlərdən biri deyil. Amma məqsədiniz ağır mövzulardan bir qədər uzaqlaşıb maraqlı, yüngül və axıcı bir kitab oxumaqdırsa, “Böyürtkənli qış” bu baxımdan yaxşı seçimdir. Vaxtı xoş keçirmək və maraqlı bir hekayəyə qərq olmaq istəyən oxucular üçün tövsiyə edə biləcəyim bir əsərdir.
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma
5/10
··
4 günde okudu
·
Okunma: 18 Haziran 2026 21:04
Kitabın qadağan olduğunu, burdakı yüksək puanını görəndə həyəcanlandım, yaxşı birşey gəlir deyə. Amma kitab heç bir hissəsində gözlədiyimi verə bilmədi, hər dəfə bundan sonra olar bundan sora olar dedim ve sona çatdım. Sadə sözler, qısa cümlələr, sadə bir hekayə. Kitab sadəcə kiminsə ölümüylə təsir gücü yaratmağa çalışır, amma ölümlər də dramatiklikdən çox kor gözə barmaq kimi oxuyucuya təqdim edilir. Yeni, " buna da kədərlənmə görüm" deyir sanki yazar və hər dəfə daha kəskin birşey çıxardır. Mən bəyənmədim, amma sadə, adi, cansıxıcı birşey istəyənlər oxuya bilər.
YaşamakYu Hua · Jaguar Kitap · 202670,4bin okunma
Relslər Üzərinə Uzanmış Adam
Puan vermedi·424 syf.··
2026 2. kitabı
·
27 günde okudu
·
Okunma: 18 Haziran 2026 20:28
Romandakı Əmin xarakteri və onun ailəsi elə mehriban, sevgi dolu və mərhəmətli ifadə edilib ki, həyatda yaxşı insanların hələ də var ola biləcəyinə ümid yaradır. “İlk dəfə idi ki, bir kitabı sırf bir Azərbaycanlı yazdığı üçün fəxr etdim”
Duygu ve Düşünce
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,811 okunma