Puan vermedi·70 syf.··
2026 29. kitabı
Zweig'in bu əsərinin içində, 3 hekayə yer alır: 1) Rahel Tanrı'yla Hesaplaşıyor 2) Üçüncü Güvercinin Hikayesi 3) Ölümsüz Kardeşin Gözleri Mən 3-cü hekayəni, onsuzda ayrıca oxumuşdum deyə, onu təkrardan oxumadım. Hətta əvvəl ki, postlarımda o kitab haqqında ətraflı paylaşım da etmişəm. Digər iki hekayə isə daha çox Tövrat və İncildəki yer alan mətnlərə əsaslanan hekayələr idi. Kitaba adını verən hekayə, yəni “Rahel Tanrıyla Hesaplaşıyor”, Rahel adında bir qadının Tanrıya olan üsyanından bəhs edir. Kitab Tanrı'nın insanlara qəzəblənməsi ilə başlayır. Bu səbəbdən yer üzündə çoxlu fəlakətlər baş verir, evlər dağıllır, sular daşır və s. Məhz bu anda Rahel ortaya çıxaraq uca səslə Tanrıya yalvarmağa başlayır. O öz dualarında, Tanrıdan onun xalqını əfv etməsini istəyir. Tanrı onun dualarına cavab verməyəndə isə, bu dəfə o keçmişdə baş vermiş bir hadisəni həm bizlərə, həm də Tanrıya nəql edir. Əslində Rahelin yaşadığı şey, istənilən bir qadın üçün çox ağır bir hadisədir, məhz Rahel, belə bir anda belə qəlbindən Tanrıya olan inancını əksiltmədiyini vurğulayır və beləliklə dualarındaki arzuları çin olur. Hər iki hekayə də, “Dini Öğreti” deyə biləcəyimiz cinsdə hekayələrdən idi və Zweig onları ədəbiyyat ilə harmoniyalaşdıraraq bizlərə ötürüb.
Rahel Tanrı’yla HesaplaşıyorStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 202124,8bin okunma
Puan vermedi·288 syf.··
2026 21. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Mayıs 2026 07:25
" Ne de olsa annem için her şeyi yapardım" . On bir il əvvəl baş vermiş cinayət hadisəsi və bu hadisənin cəzasını çəkən bir qrup gəncin taleyindən bəhs edən kitab- Mahkum . Bir qrup gənc deyəndə -onlardan üçü ölmüş və üçü isə sağ qalmışdı. Kitabın başından sonuna kimi " qatil kimdir" sualına Brook ilə birgə cavab axtarırıq. . Kitabı oxuyarkən Brookun həyatına daxil olan və cinayət hadisəsi baş verən zaman oradan sağ çıxan və qatil olacağını düşündüyümüz Shane və Timin arasında get- gəldə olub, istər- istəməz şüphə ilə oxumağı dayandıra bilmirsən. Kitabı hadisədən sağ qurtumuş və hadisədən sonra travma almış Brookun fikirləri ilə oxuyuruq. Yenə fikirləriniz qarışacaq... Başda yazdığım cümlə kitabın sonunda oxuduğum cümlədir. Və bu son heç de yaxşı son deyildi. Necə olursa, olsun qan yenə çəkirdi...
1000Kitap
MahkûmFreida McFadden · Olimpos Yayınları · 20242,703 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
6/10
·368 syf.··
2026 10. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mart 2026 21:52
Salamlar hamıya Bu əsərin əsas mövzusu travma və günahkarlıq hissi üzərində qurulub. Hadisələr Saymon adlı bir oğlanın ətrafında cərəyan edir. O, baş verən qəza nəticəsində valideynlərini itirir və bu hadisəyə görə özünü günahlandırır. Bu psixoloji sarsıntı onun həyatına ciddi təsir edir və nəticədə kabuslar görməyə başlayır. Əsərdə mənə məntiqsiz gələn hissələr bol idi. Mən əvvəllər Wulf Dornun digər kitablarını türk dilində oxumuşam. Bu əsəri isə Azərbaycan dilində oxudum və açığı, tərcümə mənə bir qədər zəif təsir bağışladı. Eyni kitabı iki fərqli dildə oxuyanlar yəqin ki, bu fərqi daha aydın hiss edərlər. Ümumilikdə isə əsər məndə çox da güclü təəssürat yaratmadı. Digər kitablarında olan gözlənilməz sonluq bu dəfə yox idi. Hətta deyə bilərəm ki, hadisələrin gedişində qatilin kim olduğunu əvvəlcədən təxmin etdim və nəticə də gözlədiyim kimi oldu. Buda əsərə olan maraqı öldürür məncə.
Alıntı
Gecə QurdlarındırWulf Dorn · Teas Press Nəşriyyatı · 20242,633 okunma
Cinayət və cəza..
10/10
·704 syf.··
Beğendi
·
2026 6. kitabı
·
34 günde okudu
·
Okunma: 25 Şubat 2026 18:56
Fyodor Dostoyevskinin "Cinayət və Cəza" əsəri 1866-cı ildə nəşr olunandan bu yana dünya ədəbiyyatının zirvələrindən biri hesab olunur.Baş qəhrəmanımız Rodion Romanoviç Raskolnikov, Peterburqda yaşayan kasıb bir tələbədir. O, dünyanı iki qrupa bölür: Qanunlara tabe olan, "çoxalmaq üçün material" rolunu oynayan çoxluq. Vəə Napoleonlar yeni bir söz demək naminə qanunları tapdalamağa, hətta "vicdan naminə qana" icazə verən şəxslər.Raskolnikov özünün bu ikinci qrupa aid olub-olmadığını yoxlamaq üçün yaşlı bir sələmçi qadını öldürməyə qərar verir...Kitabın maraqlı tərəfi odur ki, cinayət hadisəsi əsərin lap əvvəlində baş verir. Romanın qalan hissəsi isə Raskolnikovun çəkdiyi mənəvi əzablar, qorxu və özü ilə apardığı psixoloji müharibədən bəhs edir. Dostoyevski göstərir ki, ən ağır cəza hüquqi deyil, insanın öz vicdanı tərəfindən verilən cəzadır..Dostoyevski bir insanın cinayətdən sonra necə dəli həddinə çatdığını o qədər real təsvir edir ki, sanki Raskolnikovun düşüncələrini özü yaşayır..Əgər bu kitabı oxumağı planlaşdırırsınızsa, sizə mütləq Soniya və Raskolnikovun İncil oxuduqları səhnəyə diqqət yetirməyi tövsiyə edirəm – bura əsərin mənəvi dönüş nöqtəsidir...Və ən sonda qeyd etmək isdeyiremki Dostoyevski bu romanı qumar borclarını ödəmək üçün çox qısa müddətdə və böyük maddi çətinliklər içində yazıb. Bəlkə də əsərdəki o gərgin və boğucu atmosferin bir səbəbi də müəllifin öz həyatındakı sıxıntılar olub...
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,4bin okunma
10/10
·332 syf.··
Beğendi
·
2026 22. kitabı
·
13 günde okudu
·
Okunma: 11 Şubat 2026 12:04
Dünyanı bir həbsxana kimi təsəvvür edin. Bu həbsxananın içində yaşayırıq və ən təhlükəli tərəfi də budur ki, həbsdə olduğumuzu bilmirik. Çünki həbsxananın kənarında nə olduğunu tanımırıq. Azadlıq haqqında bildiklərimiz də sistemin bizə icazə verdiyi qədərdir. Həyatımız başlanğıcdan bu mexanizmin üzərində qurulub və onu aşmaq üçün nə xəritəmiz var, nə də gücümüz. Kənardan baxanda hər şey absurd görünür. Bəs niyə insan bu absurdluğun içində israrla məna axtarır? Niyə hər hadisəyə bir izah, bir səbəb tapmağa çalışırıq? Elmi, hüquqi, əxlaqi çərçivələr qururuq. Müəllif suallar verir, amma cavab varmı bilinmir. Yozef K. də elə bu boşluğun içində dayanıb. O, heç nə bilmir. Daha dəhşətlisi isə budur ki, nəyi bilməli olduğunu da bilmir. Hara getdiyini, niyə getdiyini, nə axtardığını anlamadan hərəkət edir, çabalayır. İstirahət günlərini dincəlməyə, həyatdan zövq almağa yox, səbəbi açıqlanmayan istintaqlara sərf edir. Çünki sistem artıq onun daxilinə çöküb. Ona göstəriş verən təkcə məmurlar deyil, öz içində formalaşmış itaət refleksidir. Burada hökm birtərəflidir. Sistem mühakimə olunmur. Sən isə müdafiə olunmursan. Haqlı olduğunu sübut etməyə çalışdıqca daha da batırsan, daha da haqsız olursan. Ədalət axtarışı insanı günahkarlaşdırır. Sən danışdıqca qovluq qalınlaşır. Məkanlar çirkab içindədir. Hava ağırdır, nəfəs boğur. Bu sadəcə fiziki çirkab deyil. Burda vicdan da havasız qalıb boğulur. Sistemə uyğunlaşanlar bu mühitdə yaşamağa vərdiş ediblər. Təmiz hava onlara yad gəlir. Onlar artıq dəyişmək istəmirlər. Düşünürlər, amma nəyi düşünmələri tələb olunursa, onu düşünürlər. Nəyi etmək tələb olunursa, onu edirlər. Beləliklə, hamı məhkumdur. Əgər hamı məhkumdursa, artıq məhkum anlayışı da mənasını itirir. Çünki azad insan yoxdursa, məhkumları fərqləndirməyə də ehtiyac qalmır. Hər
İnsan ve Hayat
MəhkəməFranz Kafka · Qanun Neşriyyat · 064bin okunma
Puan vermedi·183 syf.··
2026 1. kitabı
Yiğit Benerdən oxuduğum 2-ci əsərdir. Bu əsər idealların, inqilabi iddiaların arxasında gizlənən bir romandır. Roman iki paralel xətt üzrə irəliləyir. Birinci xəttdə oxucu otuz il əvvəl Amsterdamda, dünyanın müxtəlif yerlərindən gəlmiş inqilabi fərdlərin təlim keçdiyi bir mərkəzdə baş verən cinsi zorakılıq hadisəsi ilə tanış olur. İkinci xətt isə İstanbulda keçir. Bir ata ilə onun qızının həmin hadisə üzərindən etdiyi söhbətlər yer alır.
Acı PortakalYiğit Bener · Can Yayınları · 2019157 okunma