Tufanlı Yoxuşlar
Puan vermedi·500 syf.··
2026 7. kitabı
"Tufanlı Yoxuşlar" haqqında ilk təəssüratım budur ki, həqiqətən çox bəyəndiyim əsərlərdən biri oldu. İlk dəfə idi ki, bir qadın yazarın qələmindən çıxmış roman oxuyurdum və etiraf etməliyəm ki, personajlar böyük ustalıqla yaradılmışdı. Mənfi obrazlar nə qədər qıcıq doğururdusa, müsbət obrazlar da bir o qədər özünü sevdirirdi. Hekayənin axıcılığını xüsusilə bəyəndim. Hadisələr süni şəkildə uzadılmamış, hər şey öz yerində və qərarında təqdim edilmişdi. Heathcliffin yaşadıqları onun qəzəbini anlamağa imkan versə də, intiqamını yanlış insanlardan alması mənə həmişə düşündürücü gəldi. Xüsusilə də Edqar Lintonun. Məncə, Edqar romanın ən saf və məsum personajlarından biri idi. Final gözlənilən olsa da, məni qane etdi. Açığı, Lockwoodun hadisələrin həllində daha böyük rol oynayacağını düşünürdüm. Amma sonluq yenə də yerinə oturdu və hekayəni uğurla tamamladı. Bu kitabla bağlı yeganə peşmanlığım ona çox gec başlamağım oldu. Təxminən iki ay rəfimdə məni gözlədi. Amma nəhayət oxumağa başladıqdan sonra cəmi bir həftəyə bitirdim. Maraqlı, həyəcanlı və oxucunu özünə bağlayan bir əsər idi. Klassiklər arasında niyə bu qədər sevildiyini indi daha yaxşı anlayıram.
Duygu ve Düşünce
Uğultulu TepelerEmily Brontë · Martı Yayınları · 201258bin okunma
Puan vermedi·316 syf.··
2026 3. kitabı
Anar - " Təhminə və Zaur" Zənnimcə, hamımız beşmərtəbəli binaya sığmayan altıncı mərtəbəyik. Və bu altıncı mərtəbədə dövrünün ən müasir qadını ilə ən qorxaq kişinin sevgi hekayəsi ilə tanış oluruq. Təhminə Zaura sevməyin və sevilməyin nə olduğunu öyrətdi. Ona hər şeyini versə də, bircə güvən verə bilmədi. Zaur isə ekzistensial bir obraz olaraq özünəməxsus qorxaqlığını və cəsarətsizliyini ortaya qoydu. Mənə görə, Zaurun ən böyük faciəsi Təhminəni itirməsi deyil, onu seçəcək qədər cəsarətli olmamasıdır. Çünki insan bəzən sevdiyini deyil, öz qorxularını seçir. Zaur da sevgidən çox "camaat nə deyər?" düşüncəsinə sığındı və bunun bədəlini ömrü boyu daşıyacağı bir peşmanlıqla ödədi. Bu əsər haqqında nə qədər danışsaq da, yenə də azdır. Amma mənim üçün bu, əvəzolunmaz bir şah əsərdir. Bir kitabın küncünə çəkilib ağlamağın nə demək olduğunu məhz bu kitabdan öyrənmişdim...
Təhminə və ZaurAnar Rızayev · Qanun Nəşriyyatı · 20191,852 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Ruhu öldürülmüş iki canlı
9/10
·504 syf.··
Beğendi
·
2026 96. kitabı
·
8 saatte okudu
·
Okunma: 07 Haziran 2026 18:31
“Ne derse desin, annesi ona iyi geceler öpücüğü verseydi, onu kollarına alıp ninniler söyleseydi ve kendini güvende hissettirseydi o kadınları bu kadar rahat bir şekilde öldürür müydü?” Kitabı oxuyub bitirdikdən sonra haqqında yazılan rəyləri oxuyanda çox adamın mövzunu tamamilə səhv anladığını gördüm. Hamı kitabın içindəki o ağır yetişkin səhnələrə, iyrəncliklərə, toksikliyə ilişib qalıb. Çoxu kitabı sadəcə ucuz bir porno romanı hesab edib kənara atır. Yazar ilk səhifədə olacaqları qısaca izah edib. Bunu oxuyub ona görə davam edib-edilməyəcəyini qərar versə oxucu kitabın əsl verdiyi dərsin nə olduğunu anlayan çox olardı Amma heç kim oturub bu sualı vermir: Niyə? Bu insanlar niyə bu vəziyyətdədir? Ortadakı o iyrəncliklərə, pisliklərə yox, bir az da o insanların ruhunu öldürənlərə fokuslanmaq lazım deyilmi? Məncə, oxucuların bu cür səhv yerə fokuslanmasının ən böyük səbəbi elə yazarın özüdür. Müəllif o keçmiş travmalara, personajların daxili dünyasına tam fokuslansaydı, hər şey çox daha yaxşı və mənalı olardı. Əlində o qədər dərin mövzu var ikən, o, kitabı bəzəməyə, o ağır səhnələri ön plana çıxarmağa çalışıb və mövzunun əsl dərinliyini kölgədə qoyub. Məncə bu kitab bir eşq hekayəsi deyil, tam mənası ilə psixologiyası alt-üst olmuş iki insanın travmalarının toqquşmasıdır. İnsanlar Robbie-nin canavarlığına baxıb nifrət edirlər. Bəli, adam qorxuncdur, amma onu bu hala salan, içine o qaranlıq toxumları əkən öz anası, öz ailəsi olub. Robbie durduğu yerdə bu canavara çevrilməyib. Eyni şey Savannah üçün də geçerlidir. Hamı onun Robbie qarşısındakı acizliyinə, o xəstəlikli duyğulara niyə bu qədər tez təslim olmasına əsəbiləşir. Amma unudurlar ki, Savannah hələ 5 yaşında uşaq olarkən nələrə məruz qalıb. Bir qız uşağının ruhunu bu cür vəhşicəsinə öldürüblərsə, o qız
SaplantıHarleigh Beck · Prime Kitap · 2025228 okunma
Puan vermedi·168 syf.··
2026 19. kitabı
Oruc Amin – “Azel” Müəllifdən artıq üçüncü kitabı oxuyuram. Yazıçı daha çox nağıl tərzinə üstünlük versə də, bu kitablar sadəcə uşaqlar üçün deyil məncə. Mən deyərdim ki, kitabların hər üçündə də böyüklərin də görüb-götürəcəyi, öyrənəcəyi çox şeylər var. Hər üç kitabda da hiss etdiyim ortaq cəhət odur ki, müəllif dostluq, sədaqət və sadiqlik mövzularını çox gözəl qələmə alır. "Azel" kitabında hadisələr həşəratların dilindən danışılsa da, oxuduqca öz həyatından, öz dostlarından nəsə tapırsan. İki parabüzənin - Azel və Gülcənin arasındakı o bağlılıq, bir-birini nəyin bahasına olursa-olsun yarı yolda qoymamaları insana qəribə təsir edir. Düşünürsən ki, insanların edə bilmədiklərini həşəratlar edir. Kitabın bəzi hissələrini "Qağayı Conatan Livinqston" kitabına bənzətdim. Oradakı kimi, burada da ümidini itirməmək, xəyalların ardınca getmək və ətrafın mənfi rəylərinə qulaq asmadan öz yolunla davam etmək fikri irəli sürülmüşdü. Bu kitabı həqiqi dostluğu yaşayan, içində o hissləri layiqincə daşıyan hər kəsə tövsiyə edirəm. Çox axıcı və gülümsəyərək oxuyacağınız bir kitabdır. Yazıçıya bir daha uğurlar arzu edirəm, növbəti kitablarını da mütləq oxuyacam..
1000Kitap
AzelAmin Oruc · Simurq Nəşriyyatı · 202288 okunma
7/10
·81 syf.··
2026 14. kitabı
·
25 saatte okudu
·
Okunma: 25 Şubat 2026 09:02
"Un samedi au mois d’août, tu sors de chez toi en tenue de tennis accompagné de ta femme. Au milieu du jardin, tu lui fais remarquer que tu as oublié ta raquette à la maison.Tu retournes la chercher, mais au lieu de te diriger vers le placard de l’entrée où tu la ranges d’habitude, tu descends à la cave. Ta femme ne s’en aperçoit pas, elle est restée dehors, il fait beau, elle profite du soleil. Quelques instants plus tard, elle entend la décharge d’une arme à feu" ''Ağustos ayında bir cumartesi günü, üstünde tenis giysileri, yanında karın, evinden çıkıyorsun. bahçenin ortasına geldiğinizde, raketini evde unuttuğunu söylüyorsun ona. almaya gidiyorsun, ama girişteki, raketini genelde koyduğun dolaba yönelmek yerine, mahzene iniyorsun. karın bunun farkında değil, dışarıda bekliyor, hava güzel, güneşin tadını çıkarıyor. birkaç saniye sonra bir silah sesi duyuyor.'' Édouard Levé'nin İntihar adlı eserini hem Fransızca hem de Türkçe okudum. Her iki dilde de beni derinden yaraladı, bir insan acıyı iliklerine kadar hissettirebilecek böylesine bir metni nasıl yazabilir? Nasıl kitabını bitirdikten yalnızca 10 gün sonra intihar edebilir? Bir karakter yaşama bu kadar bağlı, bu kadar iyi, bu kadar mutlu görünürken nasıl bu kadar güzel maskeleyebilir gerçek hislerini? Keşke bu kitabı belleğimden silsem, tekrar okusam. Her bir kelimeyi, her bir paragrafı tekrar tekrar, sindire sindire yeniden deneyimlesem.
1000Kitap
İntiharÉdouard Levé · Sel Yayıncılık · 20214,179 okunma
Puan vermedi·80 syf.··
2026 4. kitabı
Seyid Hüseyn - ‘Yatmış kəndin qış gecələrində’ Bu dəfə Xan nəşriyyatının mini klassiklərindən birinə üz tutdum. Həcmcə çox kiçikdir, 1–2 saata rahatlıqla oxuyub bitirmək olur. Amma açığı, kitabın həcmi kiçik olsa da, daşıdığı məna kifayət qədər böyükdür. Kitabda iki ayrı hekayə var. Mövzular fərqlidir, amma demək olar ki, eyni xətt üzərində qurulub. Dili çox sadədir, oxunuşu axıcıdır, insanı yormur, rahat oxuyub bitirirsən, amma bitəndən sonra səni düşündürməyi bacarır. Hekayələr əsasən keçmiş dövrdə baş verir. Amma oxuyarkən dəfələrlə fikirləşirsən ki, bu deyilənlər təkcə keçmişdə qalmayıb, bu gün də var. Söhbət öz hüququndan, qanun-qaydadan bixəbər, savadsız qadınların kişilər tərəfindən daha asan idarə olunmasından, əzilməsindən gedir. Bundan əlavə, din-şəriət adı altında cibini doldurmağa çalışan vicdansız din xadimləri, ictimai qınağın insan həyatına təsiri də hekayələrin əsas mövzularındandır. Hadisələr keçmişdə baş versə də, problem illərdir davam edir və düzünü desəm, nə vaxtsa tam həll olunacağına da çox inanmıram. Bir sözlə, yazıçı cəmiyyətin avamlığı, savadsızlığı, hüquq və qanun bilməməyin insan həyatına necə təsir etdiyini çox açıq və aydın şəkildə göstərir. Kitabda məni ən çox təsirləndirən məqamlar kənd əhalisinin savadlı, ağıllı, hörmətə layiq bildiyi mollanın, camaatın üzünə gülüb, xəlvətdə isə onları “avam, savadsız” adlandırması və əhali haqqında “nə desəm inanacaqlar” düşüncəsi idi. Bir tərəfdə insanları elmə-təhsilə, həyata bağlamağa çalışan Müəllim, digər tərəfdə isə nə etdiyini özü də bilməyən, camaatı məktəbdən-təhsildən uzaqlaşdırıb qaranlığa sürükləyən Molla Xəlil. Təəssüf ki, real həyatda da bu tip insanlar və onlara kor-koranə inananlar az deyil. Elə buna görə də deyiblər ki, öyrənməyin yaşı yoxdur. Aldanmamaq üçün öyrənmək lazımdır.
1000Kitap
Yatmış Kəndin Qış GecələrindəSeyid Hüseyn · Xan Nəşriyyat · 20238 okunma