Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vusala

Vusala
@vusailla
Gazeteci
Master
Baku
13 Nisan 2002
107 okur puanı
Kasım 2019 tarihinde katıldı
Şu anda okuduğu kitap
Onlarda şüur yaranmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar.
Reklam
Sənin ən qəddar düşmənin öz əsəb sistemindir.
İndi qorxu, nifrət, ağrı var, lakin hisslərdəki ləyaqət yoxdur, dərin, yaxud hər şeyi ehtiva edən kədər yoxdur.

Okur Takip Önerileri

Tümünü Gör
Fikir cinayəti ölümlə nəticələnmir. Fikir cinayətinin özü ÖLÜM deməkdir.
Nifrət İkidəqiqəliklərində dəhşətli şey hamının eyni cür hərəkət etməsi deyildi. Əksinə, ən qorxulusu hətta istəsən belə bu ümumi prosesdən kənarda qala bilməməyin idi. Otuz saniyə keçəndən sonra artıq ətrafındakıları yamsılamağa ehtiyac duyulmurdu. Elə bil hamının bədənindən güclü elektrik cərəyanı keçirdi, hamıya qorxu və intiqam hissi hakim kəsilirdi, hamı öldürmək, işgəncə vermək, ağır çəkiclə vurub kiminsə başını parçalamaq istəyirdi.
Reklam
392 syf.
10/10 puan verdi
·
29 günde okudu
Ah, Martin. Mən necə yanmayım, axı sənə? Sən necə dürüst, ağıllı bir insan imişsən. Sən əsl xoşbəxtliyə layiq idin. Rufdan nə qədər zəhləm getdiyini isə izah edə bilmərəm. Ruf onun xəyallarına, arzularına güvənmirdi. Amma mən güvənirdim nədənsə)) Ruf ona heç layiq deyildi. Elə hey onu dəyişdirməyə çalışdı. Martinin dostu Bressenden onun yanında durdu. Ona məşhurluqla bağlı fikirlərində tərəfdar olmasa da, o, əsl dost idi. Düşünürəm ki, bəlkə də, bu hadisələrin sonunu gördüyü üçün İdeni bu yoldan çəkindirməyə çalışırdı. Martinin əzmi, dürüstlüyü elə onu həmin məqama çatdırdı. Qarşısına qoyduğu məqsədin sonunun nə ilə nəticələnəcəyini düşünməsə də, hədəflərinə irəlilədi. Martinin düşüncələrinin türkcə desək, necə də "olgun" olduğu adamı vəcdə gətirirdi. Lakin sonda gözləmədiyim və istəmədiyim şeylər oldu. Heç istəməzdim, heç. Sən daha yaxşı şeylərə layiq idin, Martin. Bu kitab "Dorian Qreyin portreti"ndən sonra ikinci favorit kitabım oldu. Səninlə tanış olmaq çox xoş oldu, Martin..
Martin İden
Martin İden
Jack London
Jack London
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,1bin okunma
392 syf.
10/10 puan verdi
·
29 günde okudu
Martin İden
Martin İdenJack London
9.1/10 · 91,1bin okunma
Lakin Martin öz sönən zəkası ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermir. Bu hələ həyatdır, həyatın son sarsıntısı, son əzabları idi. Bu, həyatın ona vurduğu son zərbə idi.
Gözləri xəstə olan adam üçün parlaq işıq necə bir əzabdırsa, həyat da Martin üçün elə bir əzabdır. Həyat onun gözləri qarşısında bərq vururdu və göy qurşağının bütün rənglərinə çalırdı, Martin isə ağrıyırdı.
Mən təbiətən realistəm, burjua mədəniyyətinin isə realizmdən zəhləsi gedir. Burjuaziya qorxaqdır. Burjuaziya həyatdan qorxur. Siz isə məni də həyatdan qorxmağa məcbur etmək istəyirdiniz. Siz məni dar bir qəfəsə salıb ağzımı bağlamağa, mənə yanlış, məhdud, bayağı həyat baxışı sırımağa çalışırdınız.
Reklam
Martin məntiq əsasında mühakimə yürüdərək, belə amansız bir nəticəyə gəldi ki, indi heç kimdir, heç nədir. Gəzəyən oğlan Mart İden və dənizçi Mart İden real şəxslər idilər, onlar, doğrudan da, yaşamışlar. Lakin böyük yazıçı Martin İden heç bir zaman yaşamamışdır. Böyük yazıçı Martin İden qara camaatın uydurması idi və qara camaat onu gəzəyən oğlan və dənizçi Mart İdenin cildində təcəssüm etdirmişdi.
Şübhəsiz, o, əla bir jurnalist olacaqdır. Onda vicdandan əsər-əlamət belə qalmamışdır! Elə təkcə bu, ona irəliləməkdə kömək edər.
Gözəlliyi gözəllik naminə sevin, jurnalları isə başınızdan çıxarın, onların dərdi sizə qalmayıb. Ah, Martin İden! Mənim sizə məsləhətim budur ki, yenidən gəmilərə, dənizin qoynuna qayıdın. Siz buradan, şəhərin bu iyrənc mühitindən nə istəyirsiniz? Axı siz jurnalların tələbi xatirinə gözəlliyi satıb hər gün intihar edirsiniz.
Sayfa 274Kitabı okudu
Martin özü ilə həmin adam arasında nə qədər böyük bir uçurum – kitabların yaratdığı bir uçurum olduğunu görürdü.
229 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.