Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vusala

Vusala
@vusailla
Martin yalnız kitab oxuduğu vaxtlardan başqa heç bir zaman həyatın yaxşımı və ya fənamı olması məsələsi üzərində ciddi düşünməmişdir.
Reklam
Onların qəlbi gözəl olan hər şeyə qarşı laqeyd idi, əks təqdirdə, başa düşərdilər ki, Martinin parıldayan gözləri və şölə saçan üzü ilk gənclik məhəbbətini əks etdirir.
Martin heç bir zaman ilahiyyata inanmamışdı. O, həmişə dinsiz yaşamış və ruhun əbədiyyətindən dəm vuran ruhaniləri məsxərəyə qoyub gülmüşdü. O, öz-özünə: " "Orada" heç bir həyat yoxdur və ola da bilməz, bütün həyat buradadır, irəlidə isə əbədi zülmət var," deyərdi.

Okur Takip Önerileri

Tümünü Gör
Vusala

Vusala

, 2024 okuma hedefini ekledi.
2024 OKUMA HEDEFİ
5/20 kitap - %25 tamamlandı
5 kitap okudu
20 kitap
1.239 sayfa
3 inceleme
24 alıntı
15 günde 1 kitap okumalı.
78 syf.
6/10 puan verdi
·
22 saatte okudu
Nisbətən zəif kitab idi. Sanki nəyinsə xatirinə yazılıb. Axıcılığı da o qədər deyildi. Mövzusu maraq çəksə də, ətraflı yazılmayıb. Daha geniş şəkildə bu mövzunu işləmək olardı. Müəllif hər mövzudan az-az yazıb bitirməyə çalışıb sanki. Amma obrazlar yaxşı işlənilmişdi. Xarakterləri aydın təsfir olunmuşdu.
Sevdasız Aylar
Sevdasız Aylar
Salam Qadirzade
Salam Qadirzade
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade · Xan nəşriyyatı · 2015278 okunma
Reklam
78 syf.
6/10 puan verdi
·
22 saatte okudu
Sevdasız Aylar
Sevdasız AylarSalam Qadirzade
8/10 · 278 okunma
88 syf.
7/10 puan verdi
·
7 saatte okudu
Salam Qədirzadədən oxuduğum ikinci kitabıdır. Axıcı əsərdir. Ümumiyyətlə, Salam Qədirzadənin qələmi həlimdir. Belə kitablar üçün adam darıxır. O qədər doğma gəlir ki cümlələr. Adlar, işlədilən ifadələr – hamısı dilimizdə gündəlik istifadə edilən frazalar olduğu üçün belə əsərlər bizi tilsimləyir. Mən düşündüm ki, bu, real olmuş hadisədir. Amma Könülün doğum tarixinin S.Qədirzadəninki ilə eyni olması (aprelin 10-u) məni çaşdırdı. Hər nəysə, Könülün hiss etdikləri, əslində, hamımıza yad olmayan duyğulardır. Eşqin gözü kordur, necə deyərlər. Könülü Eminlə görmək istəyərdim. Əslində, Könül 1 səhvi ilə tamamilə həyatını sıfırdan qurdu. Məncə, o, bu səhvi etməli idi ki, istədiyi mövqeyə çatsın. Əgər real hadisə imişsə, ümid edirəm ki, Könül həyatının geri qalanında çox xoşbəxt olub. Zənnimcə, "Qış gecəsi" bu əsərə nisbətdə daha güclü idi.
46 Bənövşə
46 BənövşəSalam Qadirzade · Hedef Neşrleri · 2020537 okunma
Kimsəninsə məhəbbətindən sədəqə ummaq qadın üçün ən böyük əskiklikdir.
Adam məhəbbətin qədrini araya hicran düşəndə bilir.
Reklam
Mən balaca olanda babam rəhmətə getdi. Babam dünyaya bəxş etmək üçün sevgisi bol olan çox mehriban bir kişi idi. Bütün ömrü ərzində milyon işlə məşğul olurdu, onun əlləri daim bir iş görürdü. Babam öldükdə isə mən qəflətən anladım ki, mən babam üçün deyil, onun etdiyi əməllər, yaratdıqları üçün ağlayıram. O öləndə etdiyi bütün əməllər dayandı və bir də o, əməlləri heç kim babam etdiyi kimi edə bilməyəcəkdi.
Bəzi yaralar əsla sağalmır. İnsan qabığın altında yeni bir dəri meydana gəldiyini düşünür, amma oranı qaşıdığı anda yara yenidən qanamağa başlayır.
428 syf.
10/10 puan verdi
·
5 günde okudu
Vulf Dornun mükəmməllərindən
Bu yazara aşiqəm. Kitabı bir an belə əlimdən kənara qoymaq istəmirdim. Bu cür axıcı, maraqlı mövzu adamı darıxmağa heç qoymur. "Psixiatr" əsəri də sonda məni şoka salmışdı, bu da həmçinin. Əslində təxminlərim tamam fərqli idi. Sonluğunu başqa cür düşünmüşdüm. Heç gözləmədiyim bir şeylər oldu. Ən çox Yan üçün sevindim. Uşaqlığından bəri əzablar içində idi. Yanın bu qədər əzmkar olub məsələni araşdırmağa yönəlməsi onun xaraktercə əslində bir qədər güclü olduğunu bizə deyir. O travmalarla heç kəs onun kimi həmin məqama gəlib çata bilməzdi. Ümumilikdə, obrazlar gözəl işlənilmişdi. Əsər boyu adam həyəcan içində qalır ki nə baş verir. Təsvir sevmirəm. Amma yazar özünün qurduğu təsvirlər ilə oxucuya şərait yaradır ki, o da təsəvvür edə bilsin. Tezliklə Vulf Dornun digər kitablarını da oxuyacağam.
Şizofrenik
Şizofrenik
Wulf Dorn
Wulf Dorn
Şizofrenik
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 05,5bin okunma
Böyük dinlər nə qədər əksini irəli sürsələr də, öz istəyi ilə bu döyüş meydanını tərk edənləri mühakimə etmək bizə düşməz.
229 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.