Vüsal Məmmədov

Vüsal Məmmədov
@vusalkitabblog
Mükəmməl yazı bir şey daha əlavə edilə bilməyəcək deyil, çıxarılacaq başqa bir hissəsi olmayan yazıdır. Balaca Şahzadə
8/10
·198 syf.··
Beğendi
·
2025 40. kitabı
·
12 günde okudu
·
Okunma: 26 Temmuz 2025 10:06
Ölmədik,şeytan(burada- Wandergood) üçün də kədərləndik. Yazar əsərdə,insan olmağı arzu edən şeytanın macərasından bəhs edirsə də, daha çox keçən əsrin insanının qaranlıq psixoloji və mənəvi vəziyyətini göstərir. Öz-özümə,yer-yer şeytan üçün həm kədərlənib,( qəribə səslənir) həm də "əcəb olub" dediyimi xatırlayıram.Magnusla ( əsərin digər qəhrəmanlarından biri) Wandergood'un dialoqlarından daha çox,şeytanın monoloqlarını bəyəndim. Məs, belə bir cümləsi var; "Həqiqət məndən hər an daha çox uzaqlaşır,kəlimələrimi ox edib həqiqətin ardınca atışlarım boşunadır.Hər dəfəsində sıyırıb keçirlər. Halil Cibran oxucuları bu tərz cümlələrə bələddirlər.Mənim üçün bu bəzən hekayənin önünə də keçirdi. Bu arada, bu, Andreyevin indiyədək oxuduğum ən sevdiyim əsəri oldu.
Edebiyat
Şeytan'ın GünlüğüLeonid Andreyev · Türkiye İş Bankası Kültür Yayınları · 20254,819 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
6/10
·176 syf.··
2025 38. kitabı
·
11 günde okudu
·
Okunma: 11 Temmuz 2025 11:15
Möhtəşəm Gatsby? Mən elə olduğunu düşünmürəm.Əsərin adı sadəcə " Cənab Gatsby" olsa idi, bir oxucu kimi ondan ( kitabdan) gözlədiyimi aldım deyərdim. Əsər necə idi? Başdan-sonadək heç darıxmadım,lakin, təsirləndiyimi söyləsəm yalan olardı.Tərcümə ilə əlaqədardır və ya nədir bilmədim.Bəzi kəlimələrin təkrar-təkrar sərf olunması çox gözəbatan idi və cümlənin təsirini azaldırdı.məs, "değin", "ikirciklendi". Kitabın mövzusu barədə,elə ümumən kitabın mahiyyətini ifadə edən bir cümləni paylaşmaq istəyirəm. "Beləliklə, axına qarşı kürək çəkərək,dayanmadan keçmişə doğru irəliləyirik".
Edebiyat
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202526,9bin okunma
7/10
·272 syf.··
2025 32. kitabı
·
18 günde okudu
·
Okunma: 03 Haziran 2025 12:50
Kitabın adı özündən daha böyükdür. Son 30-40 səhifəsini saymasaq,bəyəndiyimi söyləyə bilmərəm.Kitabın vermək istədiyi hissi ala bilmədim.Fikir olaraq yazıldığı dövrə görə çox yaxşıdır.Yazarı tanımayan biri daha yeni qələmə aldığını düşünə bilər.Lakin, tək başına bu məni qane etmədi.Bəzi hissələrində,hətta, darıxdım da.Sevdiyim bir neçə şeydən biri Gattaca filminə bənzər şeylərin olmasıdır.Bu arada, o filmi mütləq izləmənizi tövsiyyə edirəm.
Edebiyat
Cesur Yeni DünyaAldous Huxley · İthaki Yayınları · 202173,2bin okunma
8/10
·144 syf.··
Beğendi
·
2025 31. kitabı
·
14 günde okudu
·
Okunma: 30 Mayıs 2025 10:01
Bu, Tolstoyun qələmindən oxudum artıq 10cu kitabdır Mənə görə ilk 3ə girəcək qədər insanda dərin izlər qoyan bir əsərdir.Eyni zamanda, bu il oxudum ən yaxşı kitablardan biridir. Hərkəsə xoş mütaliələr
Düşünce
Kroyçer SonatLev Tolstoy · Kızıl Panda Yayınları · 202113,6bin okunma
Kafka sevən varmı?
6/10
·80 syf.··
2025 30. kitabı
·
7 günde okudu
·
Okunma: 16 Mayıs 2025 15:26
Kafkanın əsərlərini başa düşməkdə çətinlik çəkənlər sırasında mən də varam.Səbəb nədir bilmirəm,ancaq, mən qarışıq olduğunu düşünürəm. Məsəl üçün,bu əsərində xüsusi ilə " məzar nəzarətçisi" başlıqlı hekayəni oxuyun.Sonu elə yerdə qurtardı ki,ondan sonrakı hissə üçün bir roman yazılar.Və ya "cəza koloniyasında"ya nəzər yetirin.Mən bir məna verə bilmədim. Kafkanı anlamaq üçün hər nə lazımdırsa,o məndə yoxdur.İllər əvvəl yazardan bir neçə kitab oxumuşam.Onlar da mənə görə ortalama idi.Nəysə, zövqlər fərqlidir,hərkəsə xoş oxumalar.
İnsan ve Duygular
Ceza KolonisindeFranz Kafka · Kızıl Panda · 202111bin okunma