Heç nəyi unutmaq olmur, o, sadəcə, unutmaq istədiyini müəyyən müddət beyninin başqa bir yerində yığıb saxlayır, vaxt gələcək, hər şeyi saf-çürük edəcək. O, həmin şey haqqında yenidən düşünməyi bacaranda yenə də özü olacaq.
Bilirəm, oğlum, amma belə hökm çıxartdılar. Onlar əvvəllər də belə ediblər, gecə də belə etdilər, bundan sonra da belə edəcəklər. Belə hökm çıxarılanda yalnız uşaqlar təsirlənir, yalnız uşaqlar ağlayır, böyüklər artıq belə hökmlərə adət edib,