Mənimlə dostluq etmək istəyirsinizsə, onda bəzi müəmmalarla qarşılaşmağa hazır olmalısınız... Çox mənasız şıltaqlıqlarım olur... Xasiyyətim saatda bir dəyişir. Xülasə, dostluq etdiyim adamlar mənə anlaşılmaz, şıltaq bir məxluq kimi baxırlar.
Bu surətdə, o nə nəticəyə gəldiyini özündən soruşdu. Özünə belə bir sual verdi: “Qəbul edilən qərar” nədən ibarət imiş? Ağlının yol verdiyi hiylələrin dəhşətli olduğunu, “qoy hər şey öz yolu ilə getsin, Allahın əmri belədir” sözlərinin nə qədər iyrənc olduğunu etiraf etməyə məcbur oldu. Taleyin və insanların buraxdığı səhvə yol vermək, buna mane olmamaq, onda sükutla iştirak etmək, — xülasə, heç nə etməmək, — hər şey etmək demək idi, bu, yaramaz bir ikiüzlülüyün son pilləsi idi. Bu ancaq rəzil, mənfur, xəyanətkar və murdar bir cinayət idi!
Sayfa 194 - Yazıq Jan Valjan. Bilmir nə etsin.·Kitabı okuyor
Taleyin və insanın buraxdığı səhvlərə yol vermək, buna mane olmamaq, onda sükutla iştirak etmək, – xülasə, heç nə etməmək, – hər şey etmək demək idi; bu, yaramaz bir ikiüzlülüyün son pilləsi, rəzil, mənfur, xəyanətkar və murdar bir cinayət idi.
Bir insanın müstəsna keyfiyyətlərini üzə çıxarmaq istəyirsinizsə, gərək onun oturuşunu-duruşunu, davranışlarını, xülasə, həyatını uzun illər müşahidə edəsiniz. Əgər o insanın əməlləri, hərəkətləri eqoist hisslərdən arınmışsa, hər addımını misilsiz alicənablıq duyğusu ilə atırsa, heç kimdən bir şey ummursa və üstəlik, yer üzündə silinməz izlər buraxıbsa, demək, biz unudulmaz bir insana rast gəlmişik.
Həyatında maddi, mənəvi, ruhi, cismi nöqsan və çatışmazlıq gördüyün zaman ilk olaraq namazını araşdır; ola bilər ki, namaza qarşı səhlənkarlıq edirsən. Əlbəttə, möminin dünyada müəyyən qədər çətinliyi də olur; bəzən xəstələnir, problemlə qarşılaşır və yol qəzası keçirir. Xülasə, mömin insan çətinliklərə məruz qalır. Lakin bu çətinliklərin çox və dözülməz həddə çatdığını hiss etsən, ya da bu çətinliklər sənə bu qədər əziyyət verməli deyildisə, onda, ola bilər ki, namazına az vaxt ayırmısan. Namazını düzəlt, inşallah, çətinliklərin də aradan qalxacaq.