Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Elxan Elatlı deyir ki, "birini unutmaq üçün başqasını sevmək lazımdır." Ali Yıldırm deyir ki, "yarım qalan hekayəni başqasında tamamlaya bilməzsən." Frans Kafka deyir ki, "mən sevdiyimin yoxluğuna belə xəyanət etmirəm.."
Rövşən Abdullaoğlu
"Xəyanət insanın əllərini sındırmağa bənzəyir. Bağışlamaq olur, ancaq qucaqlamaq artıq mümkün deyil."
Reklam
Ruhuma niyə bu qədər əzab verirsən, Tanrı? Bu qədər sevgisizliyə layiq olacaq nə etmişdim? Balaca kirpim yadındadırmı, onu necə də sevirdim. Heç bir şəkili də yoxdur. Dodağıma batan dikanlarındən öpərdim onu. Sevgi belədir mənə görə, səni incitsə də, əgər həqiqətən, sevirsənsə olduğu kimi qəbul edirsən, dözürsən, sevirsən.. heç kəslə bölüşmürsən, sənin olur, sənə aid olaraq qalır. Mənim kirpimə bəslədiyim sevgi də belə idi. Kirpi kimi bir canlı təkcə məni görəndə bükülmürdü. Bu bilirsən nə deməkdir? Səndən qorxmuram, sənə inanıram. Şüursuz bir canlı belə onu hər dəfə dikanından öpəndə hiss edir ki, mən bu qız üçün dəyərliyəm.. Tanrım, bir kirpi qədər belə ola bilməyən insandan danışmaq istəyirəm sənə. Kirpimdən daha sərt dikanları olan birinə hələ bu çirklənməyən qəlbimi açmışdım. Dünyada ən adi, ən miskin, hətta ən axmaq adamın da insanı min bir heyrətə salan çox qorxulu və ziddiyyətlərlə dolu ruhu olur...Nə üçün bunu başa düşməkdən çəkinirik?! Ruhuma, hisslərimə və inanclarıma xəyanət elədi dikanlarından öpməyi gözə aldığım adam.
Xəyanət sadəcə başqa birini öpmək deyil..Eyni şeiri iki fərqli insana oxumaqda xəyanətdir.
İneffable...
Əlbəttə ki, yox. Birini öldürdüyüm doğrudur, amma yaşadığım illər ərzində heç kimə xəyanət etmədiyim, heç kimin hissləri ilə oynamadığım da həqiqətdir. Ən çox üzüldüyüm bilirsən nədir? Vicdanım bir qram belə olsa narahatlıq hissi keçirmir. Kiməsə bir üzrxahlıq borcumun olduğunu və ya hesab verməli olduğumu da sanmıram. Zamanı gələndə hesab verəcəm,amma bu yalnız barəmdə ən ədalətli hökmü çıxaracağına inandığım Tanrı qarşısında olacaq ki, O nu da qarşımda görmürəm...
Yenə Şeir yazıram Gecə ikidü üçdü Göydən üç sətir düşdü Halım bir az gülüncdü Yenə şeir yazıram Doldurmaqçün boşluğu Kədərlərmin coşduğu Bir vaxtda
Reklam
Mən özüm ölsəm də, sevgim ölmədi, Doldun bulud kimi, üzün gülmədi. Xəyanət yükünü çəkə bilmədi, Dağları çiynində aparan qadın. Qərib Xəyal, Vüqar Biləcəri
Sədaqətli olmağın qarşılığı xəyanətə uğramaqdır.
Bu əhvalatı mənə bir dostum danışdı. Azərbaycanda A. şəhərində baş verib. O deyir: “Onu hər dəfə eyvanda görəndə gözümü çəkə bilmirdim. Yaraşıqlı qadın idi. Onsuz da tay-tuşlarla binanın qabağında yığışanda heç birimizə yaxınlığı olmayan qadınlara bir qulp bağlayırıq. Mən də gözümü çəkmirdim ondan. Hiss edirdim ki, o da mənə qarşı laqeyd deyil.
"Can nənə, bir nağıl de!"
Təsəvvür edin ki, bürclər heyvanlara da aid edilir. "Yanvar ayında doğulan itlər sadiq olur. İyunda doğulan itlərə bu ay aclıq hökm sürəcək, iyulda doğulan itlər üçün isə bu il göydən sümük yağacaq" desəm, sizə nə qədər inandırıcı gələr? Bəli, astrologiya nağılı da tamamilə bundan ibarətdir, başqa heç nə! "Axı mən bürclər haqqında məlumatı oxuyub görürəm ki, eynilə məndən bəhs edir" deyən insanların necə tələyə düşdüklərini görəndə gülmək tutur adamı. "Dolça bürcləri xəyanətə uğramağı sevmir" proqnozunu oxuyub inananlar , "bax, doğru deyir, xəyanətə uğramağı sevmirəm" deyərək bir növ tələyə düşdüklərini sübut edirlər. Dolça bürcləri xəyanətə uğramağı sevmirmiş... Elə bil, digər bürclər xəyanətə uğramaq üçün ölürlər, təkcə dolça bürcləri sevmir. Bunlar məsələnin acı tərəfləri olsa da, əslində, şirin və məzəli tərəfləri də var. Məsələn, nəbadə, kimsə qız bürcü olan oğlandan bürcünü soruşa. Yazıq məcbur qayıdıb deyəcək ki, "vallah, bürclərlə maraqlanan deyiləm". Qarşısındakı da beyninə qoyub ki, mütləq bürcünü öyrənməlidir. Eləmə tənbəllik, doğum gününü soruşacaq. Öyrənəndən sonra da qayıdıb oğlana deyəcək ki, "hə, sən qızsan". Həmin o tank altda qalan, amma söz altda qalmayan oğlan da, özü seçə bilmədiyi bürcün hesabına qalacaq qırıla-qırıla.
Reklam
“Bir adamla 30 il evli qalmaq məntiqsizlikdir”
Azərbaycanda və Türkiyədə gündəmə çevrilən qadın zorakılıqlarının başqa bir səbəbi də ictimai mövqeyin olmamasıdır. Ümumiyyətlə, Orta Şərqin bu gün ən böyük problemi ictimai əxlaqsızlıq və sosial mövqesizlikdir. Qəzetləri küçələri süpürən, kitabları tezbazar qəlyanaltılara salfetka olan, televiziyaları ciddi trend yarada bilməyən bir cəmiyyət
GÖRMƏDİM
Bilmədim, uydum şu məcnun könlümün fəryadinə, Eşqə dil verdim, bəladən başqa bir şey görmədim. Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə, Bən hənuz əsla cəfadən başqa bir şey görmədim. Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq, Həp visali daima təqib edər bir ayrılıq, Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq! Seyr edib boş iddiadən başqa bir şey görmədim. Gördüyüm hər müztərib simayə duydum mərhəmət, Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət; Aşina zənn etdiyim hər yüzdə heyhat!.. Aqibət Boş təməllüqdən, riyadən başqa bir şey görmədim. Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir. Hər səadət rühü oxşar pək sönük bir şölədir. Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir... Görmədim, əsla bəladən başqa bir şey görmədim.
Hüseyn Cavid
Hüseyn Cavid
Qorxular
Dəyişikliyə məruz qalmaq istəyirəm. Müəyyən qorxular altında yaşamaqdan artıq yorulmuşam. Eyni play list, eyni mövzular əhatəsində dövrə vurmaq , eyni janrlar , və eyni səs tonları. Bəzən standartlardan çıxmaq istəyirəm. Və olduğum yerə heç qayıtmamaq keçir könlümdən. Bir musiqini dəfələrlə dinləyən biriyəm. Düşünürəm ki , dəyişsəm ona xəyanət etmiş olacam. Özümü dəyişmək isə hələ şüphə altında. Buna hələ iki il var. İndiki mən Rəşid Behbudov , Müslüm Maqomayev dinləyən iki il sonra xarici mahnılar dinləyib , daha çox inkişaf edəcək ? Yoxsa eyni burulğan da sadəcə dövrə vuracam. Sadəcə mən , "Mən" olmağı ertələmək istəyirəm. Standartlaşdırmış həyat tərzi bir müddətdən sonra sıxıcı gəlir , axı təkansız fikirlərlə və bu razılaşmamış düşüncələrlə nə zamana kimi davam edə bilərəm ki ?
İnsancıklar
Çəkinmədən saatlarla insanlar haqqında danışa bilərəm , onların düşüncələri, hadisələrə baxış bucağına görə isə necə biri olduğunu analiz edə bilərəm. Zamanla təriflərə, təltiflərə layiq gördüyüm insanlar isə sadə insanlar kimi görünməyə başlayıb gözüm də. Nə qədər dağı daşı yerindən oynatsalar da əslində insan kimi davranılmağa layiq olmadığını görmüşəm. İnsanların hələ ki , buqələmun kimi rəng (xarakter) dəyişənlərin ətrafında yaşamaq biraz çətin gəlir. Çünki bir dedikləri digəri ilə əsla üst-üstə düşmür. Bu yaxınlarda biri ilə söhbət zamanı dediyinə görə "insanların etdikləri ilə dedikləri üst-üstə düşürsə onlar ikiüzlüdürlər". Yəni siz "siz" olun , etdiyiniz davranışla dediyiniz söz eyni olmasın. Birinə sənə bir ömür sadiq qalacam deyin, sonra gedin xəyanət edin. Günümüz də sözü ilə əməli bir ,düz olanlara həqiqətən fərqli gözlər də baxırlar. Məncə insanın yaradılışı budur , fərqli fikirlər və fərqli əməllər. Amma çalışın elə məhz hamının axtardığı insanlar olmayın nə də onlara layiq.
238 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.