Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Elə adamlar var ki,onlar xəyanət etməyi,sadəcə olaraq bacarmırlar!..
Sayfa 331
Ölürsən, aparıb səni qəbrə qoyub qayıdırlar evə. Tək qalırsan…
Sayfa 312Kitabı okudu
Reklam
Xəyanət ? Əlbəttə, xəyanət ! Xəyanət təkcə gizlincə başqa qadınla görüşmək deyildi ki... İçində iblis xisləti gəzdirə-gəzdirə səni sevən qadına özünü mələk kimi tanıtmaq, onu aldatmaq xəyanət deyildimi ?
Sayfa 45 - Teas Press
Ancaq təkcə pis olduğun adamlardan pislik gözləməlisən? Xəyanətkar, nankor adamlar azdır bu dünyada?
İnsan özünü ələ almağı bacarmalıdı..
Əslində Gülafət xanım sınmışdısa da, parçalanıb tökülmək istəmirdi. Bəlkə də, bu sınığı nə vaxtsa yamamaq mümkün olacaq. Ancaq qüruru, mənliyi parçalanıb tökülsə, yığıb- yığışdırmaq olmayacaq.!
Gəzmək, dərdləşmək istərdim səninlə... Qağayıları birlikdə izləmək, dənizi, göy üzünü səninlə sevmək istərdim. Səninlə oxumaq bütün şeirləri, hekayələri... Səninlə bitirmək bütün çaylarımı... Ancaq olmadı. Məni sevmədin, canın sağ olsun. Ancaq unutma məni, həmişə, hər zaman ürəyinin bir küncündə saxla son nəfəsinə qədər. Unudulmaq ölməkdi, qoy sənin ürəyində yaşayım, yaşlanım... Səninlə birlikdə ölüm. Onsuz da sənin olmadığın bir dünyada xatırlanmaq istəmərəm. Məktublar qısa olur, daha doğrusu, qısa olmalıdır. Məktubu yazıb cibimdə saxlayacağam. Əgər şəhid olsam, sənə çatdıracaqlar... O zaman gəlib məni son mənzilə yola salarsan. Tabutum üstündə olan bayrağa yaxşı-yaxşı bax, Türkan... İnan ki, bir an peşman olmayacağam onun uğrunda ölməkdən. Sənə əmanətimdi o bayraq. Şagirdlər yetişdir-ürəyində vətən sevgisi olan, vətəninə heç vaxt xəyanət etməyən şagirdlər. İndi sağollaşmalıyıq... Görüşənə qədər.”
Reklam
"Kaina - ailəsinə və ya ona doğma olan birinə xəyanət edən insanlar üçün cəhənnəmdə ayrılan bölüm. Qabil sözündən yaranmışdır".
“ Həyat yoldaşı faciəli şəkildə öləndən sonra heç bir qadına ayrı nəzərlə baxmamışdı. Ayrı nəzər deyəndə ki, Qasımlı heç vaxt xırda və keçici hisslərlə yaşayan adam olmamışdı. Qadın düşgünlüyü, ağlı ehtirasa təslim etmək onun nifrət etdiyi xüsusiyyətlərdən idi. O, öz peşəsini sevirdi və bütün həyatını da buna bağlamışdı... ”
Sayfa 31 - ELGÜN Nəşriyyatı, Qanbay QasımlıKitabı okuyor
Qısqanmaq bilirsənmi nə deməkdir, deməli, sən özün öz zəifliyini etiraf edirsən. Amma heç kəsə qısqanmamaq hamıdan güclü olmaq deməkdir. Mən istəyirəm sən güclü olasan, Zaurik, hamıdan güclü.. Özünə inanasan... Bir də mənə inanasan, Zaurik... İnan mənə... Mən sənə xəyanət etmərəm...Nə qədər ki, biz bir yerdəyik..
Xəyanət əlaməti...))
Bilirsən kimlərin telefonunun mesaj qutusu boş olur? O adamların ki, harasa tələsik gedəndə birbaşa "hamısını sil" düyməsini bassın.
Reklam
" Xəyanət sadəcə fiziki, bədənlə olmur ki, düşüncədə, dediyin sözlərdə, yalanlarda belə olur… "
Sayfa 169Kitabı okudu
-Sən Məlikxanlının gözlərinə diqqətlə baxdın? -Öləndən sonra? -Hə! -Baxdım... Nədi ki? -Orada yazılmış sözü oxuya bildin? Bu onun axırıncı dediyi söz idi. -Yox! Onu oxumaq olmaz ki! -Mən oxudum!.. -Nə yazılmışdı? -XƏYANƏT!
Elə adamlar var ki, onlar xəyanət etməyi, sadəcə olaraq bacarmırlar!
"Yalan qadınlara həmişə lazımdır və onlar yalana əl atdıqlarında xəyanət onlar üçün birinci dərəcəli əhəmiyyət daşımağa başlayır".
Xəyanət insanın əllərini sındırmağa bənzəyir. Bağışlamaq olur, ancaq qucaqlamaq artıq mümkün deyil.
Sayfa 261Kitabı okudu
1.138 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.