Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
316 syf.
10/10 puan verdi
Spoii var, oxuyun, oxutduruun!!!
Hələdə təsirində olduğum o kitab Filminə baxmışdım . Düzü o qədər də təsirli deyildi. Amma kitabı oxuyarkən Təhminə obrazı ilə aramda görünməz bağ yarandı. Cəmiyyətin qınaq obrazına çevrilmiş Təhminə ,nə etsə bir nöqsan axtarılırdı. Onun bele tənqidlərə məruz qalmasına səbəb , həyatını camaatın sözünə görə yox, öz istədiyi kimi şablonlara,
Təhminə və Zaur
Təhminə və ZaurAnar Rzayev · Qanun Nəşriyyatı · 20141,123 okunma
98 syf.
5/10 puan verdi
·
9 saatte okudu
"Dünyanın ən gözəl eşq hekayəsi"
Bəzən, çoxluq tərəfindən bəyənilən, sevilən kitabları oxuduqdan sonra görürsən ki, heç də böyüdüldüyü kimi deyil. Belə hallarla qarşılaşanda elə düşünürəm ki, problem məndədir:)
Louis Aragon
Louis Aragon
-a görə "Dünyanın ən gözəl eşq hekayəsi" olan
Cəmilə
Cəmilə
kitabında eşqə dair heç nə görə bilmədim. Kitabda eşq adlandırdıqları duyğu nədir onu da anlamadım. Eşq hər halda həyat yoldaşı cəbhədə olan Cəmilənin ona xəyanət etməsi ya da evli olduğunu bilə-bilə Daniyarın evli bir qadına yanaşması deyil. Hələ 15 yaşında olan Seyitin qardaşının yoldaşına duyğusal hisslər bəsləməsi heç deyil. Kitabda bir-birinə uymayan, təzadlı fikirlər varıydı. Başlarda köhnə adət-ənənələrinə sadiq, kənddə yaşayan camaatın, kitabın ortalarında Cəmilənin kəndin ortasında, gənc oğlanlarla öpüşüb, çayda oynamasını gülərək izləmələri məni təəccübləndirdi, nə yalan deyim. Bir an düşündüm ki, bu hansı dövrdə və harada qəbul edilən bir şeydi? Axı başlarda, böyüklərinə hörmət əlaməti olaraq, həyat yoldaşına məktubun sonunda sadəcə "Salam" yazan adamdan bu yerə hansı ara keçdik? Ümumilikdə, Cəmilə obrazını heeeç sevmədimm:| Mövzu olaraq hər kəsə xitab etməsə də, kitabın dili, təsvirləri onu oxunaqlı edirdi. Düşünürəm ki, kitabın davamı olsaydı, Cəmilə bu dəfə də, səsi daha yaxşı olan bir adamla Daniyara xəyanət edərdi:))
Cəmilə
CəmiləCengiz Aytmatov · Altun Kitab · 201832,3bin okunma
Reklam
382 syf.
9/10 puan verdi
·
20 saatte okudu
Susan Qadın
İlk əvvəl şəhidimizin ailəsi..Avtobus sürücüsü atası, süpürgəçi anası..Ürəyim orda sızıldadı..Bütün şəhidlərimizin ruhu şad olsun, ailələrinə səbr versin.. Əsmər..Ah Əsmər..Birincisi o mənzərə nədənsə gözümün qabağından getmir.. Eyvaza deyiləcək bir söz yoxdu, o qədər əsəbləşdirdi məni, az qala qışqıra qışqıra söyəcəkdim..O və onunkimilərin bir
Susan Qadın
Susan QadınElxan Elatlı · Xan Nəşriyyatı · 2022276 okunma
·
Puan vermedi
Çox uzağa getməyək, cəmi 1 əsr öncə yaşamış, yazıb-yaratmış ədiblər öz həyatlarını hər hansı təhlükədən, dövlətdən və hakimiyyət orqanlarında çalışanlardan, radikal dindarlardan, bir sözlə, yazdıqlarını anlamayan və ya anlayıb da özlərinə və mövqelərinə sərf etməyən məqamlar aşkar edən kəsimdən qorumaq üçün müxtəlif ləqəblərdən istifadə edir, çox
Prens
PrensNiccolo Machiavelli · Remzi Kitabevi · 201414,7bin okunma
150 syf.
10/10 puan verdi
Çox uzağa getməyək, cəmi 1 əsr öncə yaşamış, yazıb-yaratmış ədiblər öz həyatlarını hər hansı təhlükədən, dövlətdən və hakimiyyət orqanlarında çalışanlardan, radikal dindarlardan, bir sözlə, yazdıqlarını anlamayan və ya anlayıb da özlərinə və mövqelərinə sərf etməyən məqamlar aşkar edən kəsimdən qorumaq üçün müxtəlif ləqəblərdən istifadə edir, çox
Hökmdar
HökmdarNiccolo Machiavelli · Qanun Nəşriyyatı · 201814,7bin okunma
672 syf.
·
Puan vermedi
·
Beğendi
·
24 günde okudu
Oxuduğum Elxan Elatlı əsərləri ichərisində deye bilərəm ki, ən möhtəshəmi idi. Sevgi, xəyanət, qısqanclıq, qadın duyğuları və ən əsası cinayət! Bunlarla yanaşı Ermeni obrazının yaradılması, o dövrdə yaşananlar əsərə başqa fon verir, bizim üchün oxunaqlı edir.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015681 okunma
Reklam
288 syf.
6/10 puan verdi
Arxalı Canavar
Uzun aradan sonra təhlil yazmaq qərarına gəldim. Bu təhlil də
Arxalı Canavar
Arxalı Canavar
a qismət imiş. Elatlı qələmindən oxuduğum ikinci kitabdır. İlk
Görünməyən İzlər
Görünməyən İzlər
' i oxumuşdum. Bu kitabı digər kitaba qismən bəyəndimsə də, bəyənmədiyim tərəfləri də oldu. İlk növbədə hadisə,olay və obrazların çoxluğu kitabı maraqlı və cəlbedici edir. Oxuduqca oxumaq
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Teas Press Nəşriyyatı · 0645 okunma
80 syf.
·
Puan vermedi
Bilinməyən çox adama...
Deməli belə... Çox saylı istəkləri və yenə mənim kitabı deyil, məhz onun gəlib məni tapmasını nəzərə alaraq part 3 incələməmi edəcəm.)) İlk öncə yazıçının mükəmmələ yaxın bir səviyyədə sözlə film yaratmaq bacarığını alqışlayıram. O cümlədən bir kişinin bir qadının hisslərini necə bu cür təsvir edə bilməsi beynimi məşğul edən əsas suallardan biridir. Zatən təəssüflənərək dövrümüzdə çoxluq təşkil edən "bilinməyən bir qadının" hekayəsinin gerçək olduğunu və yazıçının həqiqətən olmuş bir hadisəni qələmə aldığını düşünürəm. Yəni mənə elə gəlir o məktub həqiqətən zamanında yazılıb. (Təbii ki, düzünü ALLAH bilir.) Həssas insanlara kitabı tövsiyə etmirəm. Əsəri C.Süreyyadan gətirdiyim bir azda dəyişəcəyim bir sitatla ifadə etməyə çalışacam. "Nə gözəl insanlar var. Sevməyi bacaran, darıxan, həsrətlə gözləyib xəyanət nədir bilməyən. Ən əsası da aşiq ola bilən. Və birdə adamlar var (orijinalda qadınlar deyir) bu cür insanlara rast gəlməyən..." Gerisi zatən məlumdur...
Bilinmeyen Bir Kadının Mektubu
Bilinmeyen Bir Kadının MektubuStefan Zweig · Anonim Yayıncılık · 2020224,3bin okunma
384 syf.
5/10 puan verdi
·
25 saatte okudu
Vaxt itkisi
Tez başlayan Elxan Elatlı sevgim tez də bitəcək deyəsən. Əvvəlki kitablarından da qadın təsvirləri məni əsəbiləşdirmişdi lakin bu kitabda lap ağını çıxardıb. Ən mənasız detalına qədər xırdalayıb yazır. Oxucu çəkmək üçün lazımdır yaxşı amma bu qədər də yox. Yazıçının işi gücü namus, qeyrətdi amma bu qeyrət ancaq qadınlara şamil olunur. Tərbiyəsiz yerdə fahişə ilə görüşən kişi bacım da birdən belə olar deyib bacısının vatsapı, tiktoku, instagramı, telegramını bağlatdırıb rəfiqələriylə görüşməsinə mane olmaq fikrindədir. Hələ bu bakir olmayan "kişi"miz xəyallara gedib ki arvadım birdən bakirə olmaz. Dünyadan gileylənməyi də unutmur sanki özü ibadət evindəymiş kimi. Hə hələ hər əsərində ərinə xəyanət edən və yaxud xəyanət etmək niyyətində olub yanan qadın obrazların da unutmayaq.10 yaşlı qızı axtarırıq amma aradakı qısa səhnələri keçdim bir səhifə tamam cinsi əlaqənin xırdalıqlarına həsr olunub. Birincisi, bu qədər çox erotika ürək bulandırır, diqqət cəlb etmir. (Diqqət cəlb etdiyini düşünən varsa həkimə getsin). İkincisi məncə mövzu olduqca maraqlıdır bu qədər erotika olmasa da oxucu cəlb edə bilərdi. Nəysə. Başladığım işi yarıda qoymağı sevmirəm deyə kitabı oxuyub bitirəcəm amma finala qədər əsəbdən dəli olmasam yaxşıdır.
Belçika Ovçarkası
Belçika OvçarkasıElxan Elatlı · Xan Nəşriyyatı · 202360 okunma
72 syf.
·
Puan vermedi
Hamımız Qoqolun "Palto"sundan çıxdıq.
Palto 1842-ci ildə nəşr olunan Ukrayna əsilli rus müəllif Nikolay Qoqolun qısa bir hekayəsidir. Hekayə və müəllifinin rus ədəbiyyatı üzərində böyük təsiri olmuşdur.Rus realist yazıçıları haqqında bir sitatda ifadə edildiyi kimi: "Hamımız Goqol'un" Palto"sundan çıxdıq." 1941-ci ildə yazıçı Vladimir Nabokov bunu "İndiyə qədər yazılmış ən böyük rus hekayəsi" adlandırdı. Hekayə Rusiyada Sankt-Peterburqdakı yoxsul hökumət katibi Akaki Akakiyeviçin həyat və ölümündən bəhs edir. Qoqol “Palto” adlı hekayəsində sadə insanların dərdindən, çəkdiyi haqsızlıqlardan, yaşadıqları yoxsulluqdan danışmış, nəcib insanların reaksiyasını çəkəndə onu rus xalqını alçaltmaqda, onları pis göstərməkdə və xalqına xəyanət etməkdə ittiham etmişlər. Buna baxmayaraq, "Palto" klassiklər arasında öz yerini tutmuşdur.
Palto
PaltoNikolay Gogol · Tutku Yayınevi · 201736,9bin okunma
Reklam
1062 syf.
9/10 puan verdi
Başqa şansımız yoxdu
Lev Tolstoy- bu şəxs bu qədər çoxsaylı, üstəlik fərqli yaşamları mükəmməl təsvir etdiyinə görə minimum 10 ya 15 dəfə yaşamış olmalıdır. Əgər reinkarnasiya deyilsə onda hədsiz həssaslığa sahib olmalıdı ki, bu əsəri yarada bilsin. Düzü əsərdə ərinə xəyanət edən Annanı anlamaqda çətinlik çəkdim. Lakin, onun xoşbəxtlik deyə getdiyi yolun sonunda da hüsrana uğraması, yaşadığı çarəsizlik, günümüzün insanının da müxtəlif hadisələrdə üzləşə biləcəyi duyğudur. Min təəssüf! Hər zaman qatar gəldiklə relslərə atlamaq gəlmişdir içimdən, əminəm məndən başqa da kimlərdəsə olub. Amma bizi ümüdlərimiz saxlayır, sevdiklərimizin varlığı, qığılcım kimi də olsa arzularımız, inancımız və s. Anna üçün isə demək bunların heç birisi yoxdu. O bədbəxt idi, hər mənada… Yaxud sadəcə elə olduğunu düşünürdü.
Lev Tolstoy
Lev Tolstoy
Anna Karenina
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 201939,2bin okunma
392 syf.
1/10 puan verdi
"Gerçəkçi və nəcib hisslərdən yazan Elatlı"
Elxan Elatlıdan ən son oxuduğum və "daha bəsdir" dediyim o "möhtəşəm" kitab.Şişirtmək istəmirəm,amma heç vaxt bu qədər iyrənc kitab oxumamışdım.Kitab mənim üçün tamamilə təhqir kimi idi.Rəfizadənin insan həyatını "ekspriment" halına gətirməsi,bu savadsız,hörmətsiz,tərbiyəsiz insanı rüşvətlə insanların çabalayaraq belə
Eksperiment
EksperimentElxan Elatlı · Teas Press Publishing · 2018291 okunma
687 syf.
10/10 puan verdi
·
Beğendi
Cinayət və Cəza
Rəy yazılmağı ən çətin əsərlərdən biridir Dostoyevskinin “Cinayət və cəza”sı Əsər dərc olunduğu andan çoxlarının ağlına Dostoyevskinin keçmişdə bir qatil ola biləcəyi şüphəsini saldı. Çünki bu əsərdə bir qatilin öz daxili aləmi ilə mübarizəsi, yeyib bitirən düşüncələri, hissləri o qədər gözəl, detallı və aydın təsvir edilib ki, bunu ancaq yaşamış biri belə təsvir edə bilərdi. Baş qəhrəman özü üçün tam haqqlı səbəblər taparaq qətl törədir. Bunu əslində yaxşı niyyətlə etdiyinə əmin olsa da, zamanla özü ilə müharibəsi başlayır və düşüncələr içində boğulur. Əsər “bir insan tamamilə yaxşı və ya tamamilə pis ola bilərmi?” sualı ətrafında düşündürür.Yəni həyat bizi bəzən iliklərimizə qədər sıxışdıranda, olduğumuz vəziyyəti özümüzə layiq bilməyəndə haqqlı səbəblərlə pislik etmirik? Əməyimizdən çox qazanc götürüb oğruluq edəndə, bir insanın qəlbini qıranda, birinə xəyanət edib inamını öldürəndə beynimizin içində haqqlı səbəblər çıxarmağa çalışmırıq? Sadəcə möhtəşəmdirHətta bir dəfə oxumaq belə kitabın daşıdığı mesajları anlamağa kifayət etmir. Rəfinizin ən dəyərlisi olacağına inandığım əsəri şiddətlə tövsiyə edirəm
Fyodor Dostoyevski
Fyodor Dostoyevski
Suç ve Ceza
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2022159,3bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
Hüseyn Cavidin "Ana" pyesini "Íblis"dən daha əvvəl oxusamda burada qeyd etmək yadımdan çıxıb. Kiçikhəcmli olmasına baxmayaraq olduqca təsirli və ibrətamiz bir əsərdir. H. Cavidin oxuduğum hər iki əsəri haqqında da incələmə paylaşacam. Ílk "Ana" haqqında fikirlərimi bildirim. "Ana" pyesi H.Cavidin ilk dram
Ana
AnaHüseyn Cavid · Qanun Nəşriyyatı · 0152 okunma
320 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.