Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
448 syf.
9/10 puan verdi
·
Beğendi
Yenə Xalid Hüseyni və yenə təsirli bir roman. Əsərdə müəllif eyni zamanda bir çox məsləyə ustalıqla toxunub. Romanda dostluq, ata-oğul münasibəti, müharibə, dostluqda sədaqət və xəyanət kimi mövzular təsvir edilir. Və eyni zamanda yaşadıqları ilə bir növ işlədikləri günahlardan təmizlənmə. Həsən uzun müddət yaddaşımda qalacaq bir obraz oldu. Onun dostluğu, Əmirə olan sadiqliyi çox təsirli idi və çox gözəl təsvir edilmişdi. Həsənin sonunun belə olmasını heç istəməzdim. Əsəri bitirdiyimdə çox qəribə hisslər keçirdim eyni zamanda həm kədər, həm qəzəb və nə olursa olsun ümidin olduğunu unutmamaq. Düşünürəm ki, həyatda Həsən kimi bir dostun varsa başqa heç neyə ehtiyacın olmaz. Onun Əmirə olan sevgisini sanki hiss edirdim. Və sonda romanı oxumağı düşünənlər düşünməyin oxuyun...
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011164,9bin okunma
288 syf.
10/10 puan verdi
·
Beğendi
John Gray- Kişilər Marsdan, Qadınlar Veneradandır. İllər öncə bir gün marslılar teleskopla ətrafa baxarkən birdən Venera planetini kəşf etdilər. Parlaq Veneraya sadəcə nəzər salmaq onlarda indiyədək heç vaxt bilmədikləri hissləri oyatdı. Marslılar aşiq olmuşdular və tezliklə kosmik gəmi ixtira edib Veneraya uçdular. Xanımlar marslıları açıq
Erkekler Marstan Kadınlar Venüsten
Erkekler Marstan Kadınlar VenüstenJohn Gray · Altın Kitaplar · 20203,050 okunma
Reklam
·
Puan vermedi
"Niyə mən heç vaxt fikirləşməmişəm ki, anam da insandır. Onun da xəyalları, arzuları var?" Anam sənə əmanət… Park Sonyo adlı, ailəsini sevən, çox gözəl qəlbli bir anadan bəhs edir. Buna baxmayaraq, o həyat yoldaşından çox da sevgi görməyən, hətta xəyanətə məruz qalan bir qadındır. Övladları belə böyüdükdən və valideynlərinin yanından
Anam Sənə Əmanət
Anam Sənə ƏmanətKyung-Sook Shin · Qanun Nəşriyyatı · 2019282 okunma
723 syf.
·
Puan vermedi
"Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir." Məncə, elə kitablar var ki, onları bütün Azərbaycanlılar oxumalıdır. Çünki öz tarixini, öz mənəvi dəyərlərini unutmamalıdır.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017196 okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
~ Dəyişdim mən səni görəndən bəri, Mənə nə etdinsə, təkcə sən etdin. Sənsiz bu şəhərdə qəribdim, qərib, Mənə bu şəhəri sən vətən etdin ~ Kitabda şairin gənclik illərində yazdığı şeirləri (əsasən sevgi şeirləri) toplanıb. Şeir sevgimi artıran kitablardan oldu. Ən çox məktəbli Ramizin yazdığı şeirləri və kitabın sonundakı "Xəyanət" povestini bəyəndim :)
Sevgi açarı
Sevgi açarıRamiz Rövşən · Teas Press · 201989 okunma
152 syf.
9/10 puan verdi
Lan McEwan "Fındık Kabuğu" əsərinin təhlili.
McEwan qələmindən oxuduğum ilk kitab olan "Fındık Kabuğu" bəhs etdiyi hadisə və hadisə üzərindən oxucuya çatdırmaq istədikləri ilə çox fərqli və dəyərli bir əsərdir. Əvvəlcə ordan başlayım ki , bu günə qədər oxuduğum kitabların demək olar ki , hamısında var olan (ən azından sadəcə bədənən) , doğulmuş olan obrazlar üzərindən həyat adını verdiyimiz imtahan sorğulanır və görməm lazım tərəfləri göstərilirdi bu əsərdə isə ümumən hələ doğulmamış , ana bətnindəki körpənin (ona körpə demək də nə qədər doğrudur bilmirəm) dili ilə mənasızlıqlarla dolu olan dünyamız sorğulanır və yansıdılır.Bu əsərə fərqli baxış bucağı qazandırır və məncə yazarın dərinliyindən xəbər verir. Onu çox sevən həyat yoldaşını , onun qardaşı ilə aldadan qadın Trudy , yoldaşını şeirləri sevdiyi qədər çox sevən , incə ruhlu şair Jhon və onun ruhsuz , ali hisslərdən uzaq , axmaq qardaşı Claude və əsas obrazımız Trudynin bətnindəki hələ doğulmamış olan körpə... Ana bətnindəki körpənin dili və gözü ilə anlayır , baxırıq biz hadisələrə lakin nəzərə alınmalıdır ki xəyanət kimi ağır və hər kəs tərəfindən iyləncliyi qəbul edilən əməl və bu əməlin zamanla doğurduğu cinayətdən bəhs edən əsərə fərqli gözlə baxmaq çox çətindir. Eşq , sevgi , xəyanət kimi mövzuların əsas plana alındığı , eyni zamanda dünyada baş verən iylənc və mənadan uzaq hadisələri bir ayna kimi oxucuya yansıdan "Fındık Kabuğu" fikrimcə çox dəyərlidir və keyfiyyətli kitabdır.Oxumağa və bəhsi keçən mövzular üzərinə düşünməyə dəyər.
Fındık Kabuğu
Fındık KabuğuIan McEwan · Yapı Kredi Yayınları · 20171,104 okunma
Reklam
596 syf.
9/10 puan verdi
·
10 günde okudu
Ilk öncə onu deyimki kitab maraqlı və axıcıdır. Məni təəccübləndirən və heyrətə salan məqamlar az olmadı. Ancaq bəzi təsadüflər mənə şişirdilmiş gəldi. Məsələn Ələmdarın Mahirənin bacısı ilə rastlaşması,Əbilovun uşaqları ilə Məltəmin uşaqlarının eyni məktəbdə oxuması,sarı çantadan çıxan plandakı məktəb Fətəlinin oxuduğu məktəb olması, Qanturalın bacısının Fətəlinin müəlliməsi olması, Qanturalın qardaşının dovşan tutmaq məsələsində Rafiq ilə rastlaşmaları mənə yersiz gəldi. Birdə bəyənmədiyim məqam o oldu ki, qadının xəyanəti normallaşdırılıb. Cəhalə yoldaşı ola-ola Ələmdara vurulub, ərinə xəyanət edir. Ancaq yazıçı az qala Cəhaləni mələk elan etsin. Əsərin mərd qəhrəmanı Ələmdarın evli qadınla münasibətidə mənim üçün əsərin bəyənmədiyim yanı oldu. Bu cür mərd oğlana bu cür şərəfsiz donu geyindirilməməli idi. Ümümi mövzusundan danışsaq əsərə söz ola bilməz.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Elgün Nəşriyyatı  · 2014686 okunma
120 syf.
·
Puan vermedi
·
Beğendi
·
2 saatte okudu
Spoiler ola bilər! Tolstoy bu hekayəsi məndə biraz ikrah hissi oyatdı. Səbəbi isə qadının bir şeytan, kişinin isə vicdanı qarşısında çəkdiyi əzablarla, yoldaşına fiziki baxımdan xəyanət etməməsi üçün intihar edərək, şeytana uymuş bir zavallı kimi təqdim olunmasıdır. Cənab Yevgeni bəs heç mi günahkar deyildi ?Özünü sərsəri və murdar adlandıraraq
Şeytan
ŞeytanLev Tolstoy · Bordo Siyah Yayınları · 20184,440 okunma
184 syf.
·
Puan vermedi
Sevgi adı altında insanlara öyrədilən yalanlar.
Salam. Deməli, 4-5 il öncə biraz duyğusal kitablarla tanış olmaq qərarına gəlib, qrup yoldaşımın da tərifi ilə bu kitabı aldım, almaz olaydım. Kitabın axıcı, aydın dil ilə yazılmasına sözüm yoxdu, duyğusal kitabdır, sizi ağlada bilər. Bunlara deyəcək sözüm yoxdu, ama "Eşq" adı altında da bu kitabla insanları aldatmazlar ama. Kitabda
Bana İkimizi Anlat
Bana İkimizi AnlatAhmet Batman · Destek Yayınları · 20149,9bin okunma
325 öğeden 211 ile 220 arasındakiler gösteriliyor.