Sen hiç mi bahar görmedin?
Yüreğin aşka sermedin?
Beni kovsan gitmem derdin
Yavan kokusuz yalancı
Şehirde ezgimiz yandı gittin
Deva bulmam, gözlerime değdin
Şimdi kupkuru çöl gibi sözlerin
Yavan kokusuz yalancı
En kaynar su bile olsan
Ateşimi söndürürdün
En kaynar su bile olsan
Ateşimi söndürürdün
Mən elə bilirdim ki, gələn sevgidir,
ürək də aldandı, könül də, göz də,
mən elə bildim ki, səadət gəlir-
gəlir ki, qəlbimi duyub, isidə.
O vaxtlar yaşamaq gözəl olardı-
səma da göyçəkdi, torpaq da göyçək!
İndi qismətimin belədir adı:
"Yalançı bahara aldanan çiçək".
Qurtarmır bağrımı didən suallar,
o vaxtdan hər gecə yuxum qarışır,
qışın yalanına inanmaq olar,
ilk bahar nə üçün yalan danışır?
Daha məhəbbətə ümidi yoxsa,
sevən bu dünyadan köçsə yaxşıdı,
bahar çiçəkləri aldadacaqsa-
əbədi soyuqlar düşsə yaxşıdı.
Mən saxta bahara aldanan çiçək,
od tutub-yanmadan kül olan kömür,
hər vaxt taleyinə "acı" deyəcək,
alça çiçəyinə bənzəyən ömür...