Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Asne Seierstad

Asne SeierstadKabildə Bir Kitabçı yazarı
Yazar
8.1/10
38 Kişi
172
Okunma
0
Beğeni
1.592
Görüntülenme

Hakkında

Tam adı:
Asne Guldahl Seierstad
Unvan:
Norveçli bir gazeteci ve yazar
Doğum:
10 Şubat 1970 Oslo, Norveç

Okurlar

172 okur okudu.
5 okur okuyor.
67 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Əgər Əfqanıstanda iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olur.
..əgər iki insandan biri ölümlə cəzalandırılırsa, öldürülən qeyd-şərtsiz qadın olur.
Reklam
Toy bir az ölümə bənzəyir. Qız evində toydan sonra evdən cənazə çıxıbmış kimi bir neçə gün yas tutulur. Bir qız uşağı itirilir, satılır, başqasına verilir. Anaların qüssəsi daha böyük olur, onlar qızlarına daha çox bağlı olurlar. Hara getdiklərini, kiminlə görüşdüklərini, əyinlərinə nə geydiklərini, nə yediklərini bilirlər. Sutkanın böyük hissəsini qızları ilə birlikdə keçirir, bir yerdə oyanır, evi yığışdırıb birlikdə yemək bişirirlər. Toydan sonra qız "yox olur”, başqa evə köçür. Özü də birdəfəlik. Ürəyi istəyəndə yox, yalnız həyat yoldaşı icazə verəndə ata evinə baş çəkə bilər. Qızın ailə üzvləri isə dəvət olunmadan kürəkənlərinin evinə gələ bilməz.
Sayfa 139Kitabı okudu
Mənim körpə qadınım...
Leyla çətinlik çəkir cəmiyyətin bataqlığında, adətlərin toz-torpağında... Əsrlər ərzində formalaşan və əhalinin yarısını şikəst edən sistem ona əziyyət verir. Evlərindən Təhsil Nazirliyinə avtobusla yarım saatlıq məsafə var. Yarım saat... Leyla mübarizə aparmağa adət etməyib, əksinə, mütiliyə öyrəşib. Lakin bir çıxış yolu mütləq var. Sadəcə, həmin çıxış yolunu tapmalıdır...
Sayfa 251Kitabı okudu
Leyla çətinlik çəkir - cəmiyyətin bataqlığında, adətlərin toz-torpağında... Əsrlər ərzində formalaşan və əhalinin yarısını şikəst edən sistem ona əziyyət verir. Evlərindən Təhsil Nazirliyinə avtobusla yarım saatlıq məsafə var. Yarım saat... Leyla mübarizə aparmağa adət etməyib, əksinə, mütiliyə öyrəşib. Lakin bir çıxış yolu mütləq var. Sadəcə, həmin çıxış yolunu tapmalıdır....
Sayfa 240Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
344 syf.
·
Puan vermedi
·
7 günde okudu
Propaqanda fetişizmi
Əfqanıstan haqqında yazılmış kitab, məqalə, roman, çəkilmiş filmlərin yüzdə-doxsanı məşhurluğa gedən yoldur çoxları üçün. Özlərini sivilizasiyanın mütləq qurtarıcısı bilən kapitallı sistem, fürsətdən çox yaxşı yararlanaraq xoşuna gəlməyən istənilən toplumu qaralama ilə məşğuldur. Bundan özünə sərf edən xalı tutan "bacarıqlı" yazarlar var. Xüsusi canfəşanlıqla ölkəyə edilənləri malalamağa çalışıb, xalqı gerilikçi, qəddar, radikal obrazda təqdim edib yalnız kənar müdaxilənin güya işıqlı yol olduğunu sırımağa çalışmaq çox iyrənc görünür. Sətiraltı, sətirüstü dəyərlərə rişxənd, kimliyi alçaltma göz çıxarır. Çoxları üçün "aman Tanrım necə də qorxulu cəmiyyətdir" fikri yaranır əlbəttə belə romanlarda, sual verən də yoxdur ki, ay balam bəs noldu elə hamısının yazı və üslub tərzi eyni oldu? Bəli, çoxlu reformlar və savadsızlıqla, radikallıqla mübarizə aparmaq lazımdır, ancaq bu o demək deyil ki, insanlar bunu istəmirlər yaxud ancaq top-tüfəng arzusundadırlar. Sadəcə imkan vermək lazımdır özləri öz yollarını getsin, kənar müdaxilələrdən qopsun və lənətə gəlmiş xaşxaş ticarətini durdursun. Xanım yazarı görsəm bir gün, məhz bu cür də deyəcəm, sadəcə təəssüf.
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma
320 syf.
7/10 puan verdi
·
4 günde okudu
Əfqanıstan hansısa dövrdə xaosu ilə qarşılaşmaq istədiyim ölkələrdən biridir. Oxuyanlar niyəsə Xalid hüseyn kitabları ilə eyniləşdirir. Ancaq mövzunun eyni ölkədə yazılmağından savayı heç bir oxşarlıq yoxdur. Jurnalist müharibəni görmək üçün Əfqanıstana gəlir və orada bir kitab mağazası ilə rastlaşır. Mağaza Sultan adlı bir kitab kolleksionerinindir. Uzun müddət Sultanın evində qalır və Sultanın ailəsinin fonundan bütün Əfqanıstandakı 1990-2000-ci illər Əfqanıstanını təsvir edir. Əfqanıstanın o illərini kəşf etmək üçün maraqlı kitabdır, doğurdan da heç vaxt eşitmədiyim və rastlaşmadığım qatı qaydalarla tanış olmaq oxucu olaraq çətin bir təcrübə oldu. Ancaq Xalid hüseyn kitablarından daha real təsvirlərlə qarşılaşmaq daha maraqlı idi)
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006172 okunma
344 syf.
8/10 puan verdi
·
5 günde okudu
Norveçli xanım jurnalist Asne Seierstad tərəfindən onun real müşahidələrinə və araşdırdıqlarına əsasən yazılan "Kabildə bir kitabçı" indiyə kimi oxuduqlarım arasında ən yaxşılardan idi desəm, yanılmaram. Jurnalist 11 sentyabr hadisələri baş verdikdən 2 həftə sonra Əfqanıstana gəlmişdir, burdakı siyasi hadisələr və mədəniyyətlər
Kabildə Bir Kitabçı
Kabildə Bir KitabçıAsne Seierstad · Teas Press Nəşriyyatı · 2020172 okunma