Kitab haqqında nə deyəcəyimi tam olaraq bilmirəm. Kitabı sevdim. Mən hüznlü kitabları daha çox sevirəm. Bunu isbatlamış oldum bu kitabla. Nəysə.
Kitabı bir dəfə oxuyub yarım saxlamışdım. Səbəbini bilmirəm. Amma bu dəfə 1 gündə rahatlıqla oxudum.Ahh Santiago, insanlar hər şeyə necə də biganədirlər. Mənə dəyməyən ilan min yaşasın ! Kitabın məzmununa necə də uyğundu! Təəssüf ki,kitabı oxuduqca indiki zamanə və bizim millətin düşüncə tərzi ilə çox ortaq nöqtəsi olduğunun şahidi oldum. İnsanların laqeydliyi, "mənə nə dəxli var?" deyə düşünməkləri, ciddi bir şeyi ciddiyə almamaqları, qadına biçilmiş işlər, namus adı altında insanların səssizləşməsi...
Kitabı oxuduqca biri də getsin xəbər versin deyə əsəb keçirirdim. Amma başdan bəlli idi son...
Bu cümlə isə kitabdakı cinayətin əslində Vicario qardaşlarının yox, bütöv kəndin günahı olduğunun sübutu idi.
"Bu konuyla hemen ilgileneceğine söz vermiş, ama o gece domino oynamak için randevu yazdırmaya Şehir Kulübü‘ne girmişti, dışarı çıktığındaysa cinayet işlenmişti."