Irving Stone

Yaşama Tutkusu yazarı
Yazar
8.8/10
125 Kişi
470
Okunma
28
Beğeni
4.388
Görüntülenme

En Beğenilen Irving Stone Gönderileri

En Beğenilen Irving Stone kitaplarını, en beğenilen Irving Stone sözleri ve alıntılarını, en beğenilen Irving Stone yazarlarını, en beğenilen Irving Stone yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən kimsənin məni sevməsini arzulamağı belə cürət etmirdim. Sevmək - bax, vacibi budur, sevmək, amma sevilmək yox.
Sayfa 248Kitabı okudu
O bilirdi ki, adamlar ona əcaib, az xoşa gələn, həyatda öz yerini tapmayan bivec adam kimi baxırlar. O öz rəsmlərində bu bivec və əcaib adamın ürəyinin nə qədər dolu olduğunu göstərmək istəyirdi. Ən kasıb daxmalarda, ən pinti künc-bucaqda onun gözünə şəkillər və rəsmlər görünürdü. O, nə qədər çox rəsm çəkirdisə, bir o qədər digər işlərə marağını itirirdi. Kənar işlərdən ayrıldıqca, onun gözləri həyatı, onun mənzərələrini daha aydın görürdü. Sənət ondan ciddi iş tələb edirdi, heç bir çətinliyə baxmayaraq, o ayıq müşahidə tələb edirdi.
Sayfa 223Kitabı okudu
Reklam
Axı heç nə ilə gözə çarpmayan bir adamı sevirsənsə, o da səni sevirsə – bu həyat nə qədər ağır olsa da, əsl xoşbəxtlikdir. Kiməsə gərək olmağımı dərk etməyim məni diriltdi.
Sayfa 215Kitabı okudu
Hiss edirdi ki, onlar ikisi də nə isə bütöv bir tamın ayrı-ayrı hissələridir. Birlikdə onlar öz həyat məqsədlərini daha aydın görürdülər, ayrılıqda isə çıxılmaz vəziyyətə düşürdülər. Birlikdə onlar həyatın mənasını başa düşür, qədrini bilirdilər, təklikdə, Vinsent olmayan vaxtlarda dəfələrlə öz-özündən soruşurdu bütün bu cəhdlər və uğurlar nəyə gərəkdir? O istəyir ki, Vinsent həmişə yanında olsun, onda həyat dolğun olar.
Sayfa 103Kitabı okudu
Yaradıcılıq onun qəlbini sevinclə o qədər doldurur və ona o qədər məmnunluq bəxş edirdi ki, o bunu hətta Allaha xidmət etdiyi günlərdə belə hiss etməmişdi. On bir gün cibində bir santimi belə olmayanda, madam Denidən bir parça çörəyi borc almağa məcbur qalanda, aclıqdan şikayət etmək ağlına belə gəlməmişdi. Belə bir mənəvi qida bolluğu qarşısında mədənin boş və ya dolu olmasının bir əhəmiyyəti vardımı?
Reklam
742 öğeden 591 ile 600 arasındakiler gösteriliyor.