Carlos Ruis Zafondan oxuduğum ilk kitab oldu və bəyəndim, kitabın alıntıları, mövzusu, təhkiyəsi çox gözəl idi, tövsiyə edəcəyim kitablardandır, sadəcə kitabdan 1 xal qırdım, kitab həm axıcı idi, həm də yox, fikrimi kitaba verə bilmirdim, onla yanaşı kitabın adı Marinadır, adı əsas obrazlardan birinin adıdır, ancaq biz Marinanı əsas hadisələrdə çox görə bilmirik, onun əvəzinə Oskarı görürük, Marina sadəcə bir səbəbə görə sanki kitabda varmış kimidir, burda qeyd etməyəcəm, çünki böyük spoilerdir. :D Kitab həm fantastika, həm də qorxu janrına aid edilə bilər, bəzi səhnələri insana qorxu hissini yaşadırdı, kitab Oskar və Marinanın bir-biri ilə tanışması ilə başlayır və hadisələr davam edir, başqa qeyd edəcəyim bir şey yoxdur kitab haqqında, çünki spoiler olacağını düşünürəm, onun üçün özünüz oxuyun, yəni tövsiyə edirəm. Hər kəsə xoş mütaliələr. :)