Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ceyhun Hidayətli

Ceyhun HidayətliBəyaz Şeytan yazarı
Yazar
8.4/10
19 Kişi
202
Okunma
20
Beğeni
2.704
Görüntülenme

Ceyhun Hidayətli Gönderileri

Ceyhun Hidayətli kitaplarını, Ceyhun Hidayətli sözleri ve alıntılarını, Ceyhun Hidayətli yazarlarını, Ceyhun Hidayətli yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
206 syf.
7/10 puan verdi
Mövzusuna çox toxunmayacam
Ceyhun Hidayətlinin qələmini ilk yoxlayışım. Kitabı oxumazdan öncə kitabın üzərinə çəkilmiş filmi izlədim və qərara gəlmək olar ki kitab daha əvvəl yazılsa da filmə görə çox geridə qalır. Səbəbi ondan ibarətdir ki filmə nəzərən kitabda hadisələr həddən çox sürətli inkişaf edir, onların təsirində qalmağımıza imkan vermir. Tam bu hadisəyə pis olacağıq deyirik ki başqa əhvalat baş verir və artıq öncəkinin hər hansı əhəmiyyəti qalmır bizim üçün Ümumilikdə götürsək yeni başlayanlar, yerli yazarları sevərlər üçün oxunacaq kitabdır amma qərb klassikası oxuyub üstünə bunu oxumaq çörəklə düyü yemək olar yəqin. Uğurlu əsərdir :)
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015102 okunma
206 syf.
·
Puan vermedi
·
16 saatte okudu
Ailə’nin dəhşətli Sonu.
Spoyler ola bilər! Kimdir əqrəb? Bir qadının etibarından istifadə edib onun və onunla birgə onlarla adamın həyatını pula qurban verən sən, yoxsa intiqam hissilə yetimxanada böyüyüb bir neçə nəfəri öldürən mən Heçbiriniz haqqlı deyilsiniz. Salam 1k ailəsi. Bu ay oxuduğum bir kitabın daha sonuna gəldim, dedektiv kitabları sevsəmdə doğrusu çox oxuyan deyiləm. İlk başlarda əsəri çox bəyənirdim.Ananın,Atanın fəryadı,Ailənin ard-arda başına gələn dəhşətli hadisələr ama sonu məni təccübləndirmədi deyə bilərəm.Cinayətkardan şüphələnmiştim ama şüphələnmə səbəbim dedektiv kitablarda qatil həmişə ağla gələ bilməyən biri çıxır deyəydi. Bəlkə ona görə də çox təəccüblənmədim.Gəldi ki Cinayətkarın bu cinayətləri törədmə səbəbinə fantastik kimi gəldi mənə, elə cinayət özüdə bir tərəfdən dəhşətli digər tərəfdən fantastika kimi idi. Sözün Açığı Əsərin sonunu bəyənmədim.Cinayətkarın Cinayəti kodlamasını bəyənmədim. Əsər haqqında əsas fikrim isə Həmişə Dediyim bir söz var Nə Tanrı nə İnsanlar Valideyinlərin cəzasını övladlarından çıxmasın.Burada Nə Kərimin,Nə Kamranın, Nə də Nurlanın heç bir günahı da qəbahəti də yox idi. Hər birinizə xoş mütaliələr. Ümid edirəm real həyatda Nə Qurban müəllim kimi mala-mülkə Sevdiyi Qadını tərk edənlərə, Nə də cinayətkar kimi əqrəblərin oyununa gəlmərik. Sağlıqla qalın.Növbəti kitab incələməsinə qədər görüşənədək
Əqrəb
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015102 okunma
Reklam
Bəlkə də insan gələcəyi bilərək yaşasa artıq onun üçün yaşamağın heç bir marağı qalmazdı.
bu mən
Evdən uzaqlaşıb işdə başını qatmaqla fikirlərdən uzaqlaşmaq istəyirdi.
Eyni sualları dəfələrlə özünə verməkdən yorulmuşdu. Sanki beynini gəmirirdi bu suallar.
baş verən hadisələr insanın baxdığı prizmadan asılı olaraq dəyişir.
Reklam
Şirin Xatirələr.
Axşamlar ailəsini başına yığıb bu həyətdə çay içməyi xoşlayırdı.
Yaz aylarında təbiətin oyandığı vaxtlar başqa bir aləm olurdu bu həyət.
Bu dünyada, həqiqətən, ədalət var. İnsanların ədalətindən qaçmaq mümkün olsa da, ilahi ədalət qaçılmazdır və o, nə vaxtsa öz yerini mütləq tapacaq.
Reklam
Ədalət topaldır, ağır-ağır yeriyər, lakin gedəcəyi yerə gec və ya tez mütləq çatar
Sayfa 222Kitabı okudu
222 syf.
2/10 puan verdi
·
6 günde okudu
Öncəliklə kitabı bəyənmədim. Mənə daha çox Elxan Elatlının dedektiv əsərlərini xatırlatdı. Bəzi nüanslar var ki, onlar Elxan Elatlının kitabları ilə oxşarlıq təşkil edir. Kitab ümumi açıdan gözəl yazılıb,amma daha da gözəl ola bilərdi deyə düşünürəm. Düzü oxuyarkən çox əsəbləşdim və sona çatdırana qədər sıxıldım. Türkiyədə yaşayan bir Azərbaycanlı dedektivdən bəhs edən bu kitabda, dedektiv Kənan bəy istirahətə getdiyi gəzintidə bir cinayət işi ilə rastlaşır. O bu işə nə qədər laqeyd olsa da, daha sonra işi sona çatdıracağına söz verir. İki iş adamından biri ölür (Cahit) və bütün iş digər iş adamı Alpayın üzərində qalır. Kənan Alpayı təmizə çıxarmaq üçün əlindən gələni edir. Bu sırada bir çox sirrin üzəri açılır. O sadəcə Alpayı qurtarmaqla qalmır, həmçinin üzəri qapadılan bütün sirləridə ortaya çıxarır. Bunuda qeyd etmək istəyirəm ki, hadisələr çox uzadılıb. Əsas mövzuya 70-80 ci səhifə də girilib. Bu da ürək sıxan nüanslardan biri idi.
Qarlar Arasında Ölüm
Qarlar Arasında ÖlümCeyhun Hidayətli · Yumruq Ədəbi Birliyi · 201736 okunma
Öz-özümə təəccüb edirdim ki, mən necə belə bir risk edə bilirəm. Ancaq inanın mənə, məhəbbət insanın gözünü kör edib, ağlını başından ala bilir.
Sayfa 178
178 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.