Məgər Məcnun olmaq ayıbdı? Nə üçün bu camaat Şeyx Nizaminin, Əmir Xosrovun, Caminin, lap elə bu yaxınlarda yaşayıb yazan Nəvainin əsərlərini oxuyub, bunlara qulaq asıb, Məcnunun aqibətinə göz yaşları axıdır, amma gördükləri, tanıdıqları, bir hava ilə nəfəs aldıqları adama “məcnunun biridir” deyib gülürlər?