İftarı gözləyərkən...
Hər dilimi fərqli rəngdən ibarət olan bir pərpərə təsəvvür edin: məsələn, qırmızı, yaşıl, bəyaz və sarı. Pərpərəni elektrik cərəyanına qoşun və diqqətlə baxın. Elə ki pərpərə sürətlə fırlanmağa başladı, qəribədir ki, bütün rənglər itəcək, gözünüzə yalnız və yalnız bir rəng görünəcək - bəyaz!
Elm tarixində Nyuton pərpərəsi adı ilə məşhur olan bu eksperimentin bizə demək istədiyi budur ki, sürət bir çox şeylərin qatilidir. Fəsilləri bir-birindən ayırmaq, rənglərin bütün çalarlarını dərindən duymaq istəyirsinizsə, dayanın və ....sevin
Nə az, nə çox, düz iki min yeddi yüz səksən üç ürək Azərbaycan bütöv olsun deyə dayandı.
2783 arzu ölkəmiz normal ölkə olsun deyə yarımçıq qaldı.
2783 ata, 2783 ər, 2783 oğul, 2783 qardaş biz bu torpaqlarda rahat yaşayaq deyə canlarını qurban verdilər.
Odur ki bu ölkəni uçuruma aparacaq, müstəqilliyini sual altında qoyacaq hər hansı bir addım atmamışdan əvvəl 2783 dəfə düşünməliyik, düşünməlisiniz! Əks halda, bu igidlərin haqqı 2784 dəfə gözümüzdən gəlsin!
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Ölmüş Adamın Kitabı'da təxmini belə bir hekayə var idi.Bir kişi dəmiri qızıla çevirən daşı axtarır.Buna görə belinə zəncir bağlayıb, yerdə gördüyü daşları götürüb zəncirə sürtür.Bu ümidlə kəndləri gəzib dolaşır.Bəzi kəndlərdə uşağlar kişiyə sataşır, onun başını qatır..Nəhayət bir dəfə görür ki, zəncir qızıla çevrilib.Amma xəbəri olmur ki, hansı daş zənciri qızıla çevirib.
İnsan axtarmağa fokuslananda tapmağı çətinləşir.Axı axtarmağla tapmaq fərqli şeylərdir.Bəzən insanın axtarıb araşdırmağının səbəbi sırf araşdırmağı özünə vəzifə seçməyidir(borc bilməyi).Yəni burada məqsəd tapmaq deyil, məhz axtarmaqdır(dəb)....Ona görə də hekayədəki kişinin başına gələn nəticə bizədə şamil olur.Bəlkə də ona görə öyrəndiklərimizi tez unuduruq.Müəllim sinifə sual-cavaba girəndə az qala deyək ki, nə olar birinci məndən soruş yoxsa əzbərlədiklərim yaddan çıxacaq..
Bilik bir başlığ altında birləşməyəndə, yəni pərakəndə olanda fayda vermir, tez unudulur(hətta zərərli ola bilər). İnformasiyalar beyində bir-birilə əlaqələnəndə (hipokampdan keçəndə) gec unudulur və təkrar edəndə də tez yada düşür.
Təklif edirəm ki, bildiklərimizi qurcalayaq.Bəlkə axtardığımızı buradan tapdıq.Nə də olsa
İlqar Kamil demişkən: öyrənməkdən daha çox bildiyimizə əməl etməyə borcluyuq
Getdiyin yolun, yol bitdikdən sonra yanlış olduğunu anlamaq və ya görmək çox üzücüdür, bəzən də fəlakətdir.
Belə hal baş verməməsi üçün, özünü və qərarlarını sorğu-sual edəndə obyektiv olmaq lazımdır (əgər edirsənsə).İnsan beyninin belə bir xüsusiyyət var; Yanlış etmək ehtimalımız ağlımıza gələndə beyin öz seçimlərimizi müdafiə edir , fərqli anlamlar verir və haqq qazandırmağa çalışır.Sanki bizi uyuşturur.Heç dünyanın hay-küyü, bər-bəzəyi, manipulyasiyası və s. buna imkan vermir
Bu prosesin müxtəlif səbəbləri var.
1)Beyin heç vaxt səhv çıxmaq istəmir
2)Bu seçilmiş yolda irəliləyib deyə əziyyətinin boşa çıxmağını qəbullanmır
3)Səhv etməyin ətrafdan utancı və yeni qərarı həyata keçirməyin əziyyəti
Hətta ünsiyyət tənqid və qınaq formatında olarsa beyin avtomatik özünü müdafiəyə keçir və o ünsiyyət boyu özünü müdafiə edir (tənqidə açıq insanlar istisna)
Onda fəlakət olur ki,bu seçim həyata anlam verən seçimlərdən olsun
İlqar Kamil gözəl təsvir edib
- Hə, əzizim, gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan... Sən də bazar piştaxtalarında boy-boy sərilmiş hər hansı bir qəzetsən: axşam düşüb, alver bitib və bazara soxulan avara külək indi də səni piştaxtanın üzərindən qopardıb ayaqlar altına salmağa çalışır...
Yerində-yurdunda olmamaqdan Allaha sığınıram!
Kitabı oxumayın ki... Söhbət edin onunla, həmdəminiz olsun. Ağlayın, gülün, üzülün, sevinin onunla. Çünki müəllifim insan psixologiyasının ən dərin qatlarına enib orada təhlillər aparmaq, obrazlarla yaşamaq, onları oxucuya sevdirmək işinə çox gözəl bələddir.
Hər başlıqda xüsusi bir sevgi qatıb hekayəsinə yazıçım. Məsələn, yol haqqında elə cümlələr
"Torpağa su qatılanda palçıq, qan qatılanda Vətən olarmış" - bu məlum həqiqət kəndimizin iki şəhid anası, müqəddəs anası, ocaq anası Ziba xanımın dilində necə böyük səslənirdi, İlahi! Bir var, sən torpaqla bütünləşirsən, bir də var, torpaq səninlə bütünləşir.
Salam. Hər vaxtınız xeyr dostlar..
Ölümüylə Azərbaycan xalqının "Böyük Vətən müharibəsi"ni başladan generalımız Polad Həşimovun həyat yolundan bəhs edən "Polad Həşimov xatirələrdə" kitabının təhlil edilmiş formasında yazılmış "Polad necə bərkidi?" kitabıyla sizləri tanış edim. Dediyim kimi və mənim fikrimcə, hər bir azərbaycanlı oxucu kimi, oxuduğu kitabdan təsirlənmiş və duyğulanmış İlqar Kamil yaşadığı hissləri bu kitabda qələmə alıb. Polad Həşimov ölümüylə tarix yazan sərkərdə kimi oldu hamının gözündə. Onun ölümüylə xalqın qəhrəman oğullarının ürəyində intiqam atəşi yandı. Və bu atəş 44 günə "ermənistan ordusunu" torpaqlarımızdan təmizlədi. Kitabı oxuyarkən "Polad Həşimov xatirələrdə" kitabını paralel oxuyurmuş kimi hiss etdim özümü.
Təhlilimi elə kitabdakı bir alıntı ilə bitirmək istəyirəm...
Bəli, insan olmaq!
Və məncə, general Həşimov təkcə peşəkar hərbçi (oxu: dahi) olduğu üçün deyil, daha çox insan olduğu üçün belə şiddətlə sevildi - yəni Poladı Polad edən insanlığı, dürüstlüyü oldu.
Elə işinin peşəkarı edən də!
Məsələyə dini baxımdan yanaşmağı romanın adından təxmin edilə bilər.Ancaq kifayət qədər qarşılıqlı ittihamlar arasında açıq qalan suallara yer verilir,o qədər də dərin mənalı olduğunu demək olmaz