Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mehmet Emin Resulzade

9.3/10
132 Kişi
473
Okunma
118
Beğeni
8,4bin
Görüntülenme

Mehmet Emin Resulzade Yorumları ve İncelemeleri

Mehmet Emin Resulzade yorumları ve incelemelerini, Mehmet Emin Resulzade kitabı hakkındaki okur görüşlerini , Mehmet Emin Resulzade puanlarını 1000Kitap'ta bulabilirsiniz.
70 syf.
10/10 puan verdi
“İnsan anıldıqca yaşayır deməkdir” Doğum günündə Məhəmməd Əmin Rəsulzadəni sevgi və sayğıyla anırıq. 1920-ci ildə Lahıcda işğalçı qüvvələrdən gizlənən zaman Firdovsinin “Şahnamə” poemasını oxuyurkən Siyavuş haqqında dastandan ilhamlanaraq “indi sənə əsrimizin Siyavuşunu yazacağam” fikri ilə bu kitabı qələmə alır. Bu əsərdə Azərbaycanın müstəqil
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019122 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan
Azərbaycan Cümhuriyyəti
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 202122 okunma
Reklam
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989122 okunma
·
Puan vermedi
Rəsulzadə kimi şəxsiyyətə qarşı bu qədər etinadsız münasibəti yaraşdırmıram xalqıma. Bir ölkədə, o ölkənin təməllərini atmış şəxsiyyətin adına bir dənə də olsun məktəb olmazmı? Bəs bu gənclik niyə etinadsız yanaşır tarixi irsimizə. Məgər onu yad etmək bu qədərmi çətin işdir? Axı niyə, iqtidarın köləsi olursunuz? Elçibəy deyəndə müxalif damğası vurduğunuz kimi, Rəsulzadəyə qarşı kin aşılayırsınız. 100 il öncə vəfat etmiş Rəsulzadə kimi dahi şəxsiyyətə sevgi bəsləməyin nəyindədir qəbahət? Axı o olmasaydı, nə bu məmləkət olardı, nə bu diyar. Axı şəhidlərimizin tabutunun büründüyü o üç rəngli bayrağı belə Rəsulzadə öz əlləri ilə tikib. Heç o bayrağa xatirmi yad etməsiniz, ulu öndərimizi?
Stalinlə İxtilal Xatirələri
Stalinlə İxtilal XatirələriMehmet Emin Resulzade · Mücrü nəşriyyatı · 202298 okunma
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Əsərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu Firdovsinin "Şahnamə"sindəki Siyavuşun əhvalatı vasitəsilə obrazlı şəkildə əks olunub. Əsər 1920-ci ilin iyul ayında Lahıcda yazılsa da, ilk dəfə Türkiyədə çap olunub. Maraqlı, fərqli üslubda bir əsər idi, bəyəndim.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 2021122 okunma
114 syf.
·
Puan vermedi
·
3 günde okudu
Məhəmmədəmin Rəsulzadə : Bu kitabi yazmaqda məqsədimiz Avropa oxucusunu kiçik bir millətin insan haqları, müstəqillik uğrunda mübarizəsi ilə tanış etməkdir. Bu mübarizə müasir demokratik düşüncənin, Avropa mədəniyyətinə məxsus yüksək dəyərlərin an böyük düşməninə qarşıdır. Sizə işğal va imperialist "qırmızılara", yani rus bolşeviklərina qarşı mübariza aparmış Azərbaycan xalqının qəhramanlıq salnaməsindən bəhs edəcəyik. Lakin bu cəsarətli mübarizə haqqında hekayəyə başlamazdan avval sizə Azərbaycan, azərbaycanlılar, onlarin tarixi, iqtisadiyyatı, mədəni dəyərləri haqqında məlumat vermək istərdik.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda
Azərbaycan Müstəqillik Üçün Mübarizə YolundaMehmet Emin Resulzade · Çapar Yayınları · 202031 okunma
Reklam
192 syf.
·
Puan vermedi
·
Beğendi
·
94 günde okudu
Bir Düşünün...
İl 1920... Zamanının siyasi dahilərindən biri, Bir ölkə yaratmış, Milli dəyərləri hər şeyin üstündə olan bir Azərbaycan türkü, Əsas mübarizəsi Rus müstəmləkəliyinə, cəhalətə və milli haqsızlıqlara olan biri, və onun üçün moskva Azərbaycandan daha təhlükəsiz qəbul edilir
Qafqaz Xatirələri
Qafqaz XatirələriMehmet Emin Resulzade · Xan Nəşriyyatı · 201943 okunma
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Haqq verilməz, alınır !
Çox geniş düşüncələr yazılmalı olan kitab. Lakin bəzi düşüncələrin düşüncə olaraq qalması daha məqbuldur. İnsanların müxtəlif səhifələri anlaması üçün müxtəlif həyat səhifələrini yaşaması lazımdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019122 okunma
520 syf.
·
Puan vermedi
·
9 günde okudu
Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı istər Qərb, istərsə də Şərq müəlliflərinin geniş araşdırmaları var. Çoxu unudulub getsə də, keçən il Məmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsəri bəzi nəşriyyatlar tərəfindən yenidən işlənərək çap olundu. Rəsulzadənin 10 ilə yaxın müddətdə və İkinci Dünya müharibəsi ərəfəsinə
Azərbaycan Şairi Nizami
Azərbaycan Şairi NizamiMehmet Emin Resulzade · Təknur Nəşriyyatı · 07 okunma
96 syf.
10/10 puan verdi
·
25 saatte okudu
"Əsrimizin Siyavuşu" haqqında
"Əsrimizin Siyavuşu" əsəri 1920-ci ildə şanlı Cümhuriyyətimizin banisi, Məhəmməd Əmin Rəsulzadə tərəfindən Lahıcda olarkən yazılır. Müəllif Firdovsinin "Şahnamə əsərindən ilhamlanaraq və İran-Turan müharibələrini diqqətdə saxlayaraq öz əsərini qələmə qalır. Əsərin hansı şəraitdə yazılması və başına gələnlər barəsində müəllif özü
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019122 okunma
Reklam
126 syf.
10/10 puan verdi
Məhəmməd Əmin Rəsulzadə
Salam dəyərli oxucular Bu dəfə sizə Məhəmməd Əmin Rəsulzadənin sitatlarından ibarət bir kitabdan bəhs edecəm. Kitab Rəsulzadənin fərqli kitablarda, qazet, dərgi vəb yərlərdə işlətdiyi aforizm və fikrlərdən ibarətdir. Rəsulzadənin azadlıq, Azərbaycan, bayraq, dil, din, erməni məsələsi, gənclik haqqinda, İran, vəsiyyətnamə, kommunizm və SSRİ haqqında, qadın, mədəniyyət, mətbuat, millət, türklük, 28 may, siyasi baxışı, digər tanınmış şəxsiyyətlərin Rəsulzadə haqqinda fikrləri veb sitatları yer almaqdadır. Məncə Rəsulzadəni azda olsa tanımağa kömək edəcək kitabdır. O hədəfləri özümüzə mayak götürsək, ışıqlı gələcəyin bizimlə olacağına inanıram. Kitabı rahatlıqla bir günə bitirə bilərsiz. Hər dəfə açıb baxıb nələrsə öyrənmək olar. Bir növ cib kitabıdır. Hər bir Azərbaycanlı gəncin evində olmalı olduğu düşünürəm. Kitabı Bakı şəhərinin islənilən kitab mağazasından əldə edə bilərsiz. Mən Libraffdan almışdım. Mallda bu qiymətə kəhvə içirik. Alaq. Oxuyaq. Tanıyaq! Tanıdaq! Sevgiylə Qalın
Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz!(Sitatlar)
Bir Kərə Yüksələn Bayraq Bir Daha Enməz!(Sitatlar)Mehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 20231 okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
Ey əsrimizin siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Bu böyük vəzifəni anlamalı,ruhunun dərinliklərində hiss etməli,damarlarındakı bu əsil qanın haqqını verməlisən.Varlığının yeganə məqsədi bu olmalıdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 024 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
510 günde okudu
Sənə minnətdarıq, Paşam...
Məşğələ zamanlarında oxuyurdum hər gün, hər saat... Universitetə qəbul olduğumdan sonra hər gün Universitetə aparardım. Ki, kimsə maraqlanar, biraz düşüncəsinə təsir edərəm. İlk zamanlar kimsə yaxın gəlmədi mənə (1-2 uşaq xaric), hətta tələblər arasında kimləsə ünsiyyətim olmazdı. Sonra sosial şəbəkələrdə izlədilər məni, whatsapp, telegram və.s. İndi baxıram ki, həmin uşaqların düşüncəsi tamamilə dəyişib. Sözüm onda deyil, əsas qərq olduğum mövzu Məhəmməd Əmin bəy Rəsulzadədir. Bizə buraxdığı miras, bir irs bu qədərmi əvəzedilməz ola bilərdi? Səni tanıdıqca, sənə minnətdar olan milyonlarla insan var, Paşam... Ruhun şad olsun...
Qafqaz Xatirələri
Qafqaz XatirələriMehmet Emin Resulzade · Xan Nəşriyyatı · 201943 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsrimizin Siyavuşu
Bu kitabda çox suallara cavab tapmaq olur, xüsusilə AXC qurucusu M.Ə. Rəsulzadənin bütün açıqlığı ilə azərbaycanlıların dostu və düşmənlərini ifşa edir. Beləliklə Azərbaycanın keçmişindən və gələcəyindən söz açır. Firdovsinin "Şahnamə" əsərindən ilhamlanaraq bu "Əsrimizin Siyavuşu" əsərini qələmə almışdı. Şahnamədə hadisələr İran və Turan arasında olan proseslərdən bəhs olunur və bunu XX əsr də Azərbaycan Xalq Cümhuriyyəti ilə paralel olaraq hadisələrdən bəhs edir. Kitabda qeyd edildiyi kimi "Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət". Rəsulzadənin gördüyü işlər nəticəsində Azərbaycan SSRİ daxilinə bir muxtariyyət kimi daxil oldu ki, buda Azərbaycanın gələcəkdə müstəqil olması üçün şərait yaradacağına zəmin oldu. AXC yaradılması ilə dahi insanın sayəsində azərbaycanlılar ruslar ilə heç bir bağlılıqlarını olmadığını anamış oldular. Bu kitab bizim üçün dəyərlidir, çünki bu kitabda bizim keçmişimiz var.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019122 okunma
96 syf.
9/10 puan verdi
·
Beğendi
Dahi şəxsiyyətimiz Məhəmməd Əmin Rəsulzadə kitab yazarda biz oxumasaq ayıb olar.İlkin və maraqlı başlanğıc oldu.Cümhuriyyətimizin qurulması və süqutu obrazlı şəkildə əks etdirilib(Firdovsinin Şahnaməsini oxuyaraq bunu özünəməxsus şəkildə şərh etmişdir)Bundan sonra yazılan digər əsərlərədə göz atacağam.Rəsulzadəni daha yaxşı anlamaq üçün tək yol,onun qələmə aldığı digər kitabları incələməkdir.Beləliklə onu daha yaxşı dərk edə və tanıtdırıb,ideyalarını müdafiə edə bilərik!
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019122 okunma
26 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.