Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mehmet Emin Resulzade

9.3/10
132 Kişi
472
Okunma
118
Beğeni
8,3bin
Görüntülenme

Mehmet Emin Resulzade Sözleri ve Alıntıları

Mehmet Emin Resulzade sözleri ve alıntılarını, Mehmet Emin Resulzade kitap alıntılarını, Mehmet Emin Resulzade en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Məmməd Əmin Rəsulzadənin gəncliyə xitabəsi Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “İrəli, irəli Azərbaycan əsgəri” - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan".
Allah bizi "xilaskarlardan" saxlasın, düşmənlərlə özümüz bacararıq.
Reklam
Millətçilik - bir insan birliyinin öz varlığını müdafiədan başqa bir şey deyildir. Fərdi müdafiə təbii və qanuni olduğu kimi, milli kollektivin də özünü müdafiəsi təbii bir hadisədir.
Sayfa 70 - Xan NəşriyyatıKitabı okudu
Əlbəttə, millət, bugünkü məfhumu ilə bir qan və irq təsirindən ziyadə müştərək bir bilikdən ibarətdir. Avstriya siyasət yazarlarından Sprinker "Bir fərdin milləti öz nəfsini müəyyən bir mədəniyyət zümrəsinə mənsub bilməsi ilə təyin edilir", – deyir. Demək "Mən ərəfe nəfsəhu kəd ərəfe Rəbbahu" (öz gözəllik və əzəmətinin fərqinə varan insan Allahın gözəllik və əzəmətinin fərqini varır). Bunu belə desək, "Mən ərəfe nəfsəhu kəd ərəfe millətehu" (öz gözəllik və əzəmətinin fərqində olan insan öz millətinin də gözəllik və əzəmətinin fərqinə varır) – mənası ortaya çıxır.
Sayfa 50
Reklam
Stalinə nekroloq yazanlardan biri məqaləsinə: “ Fantastik adamın fantastik karyerası bitdi; 73 il əvvəl Qoridə fəqir bir pinəçi ailəsində doğulmuş oğlan Kremldə dünyanın ən böyük imperatorluğunun ən böyük diktatoru olaraq öldü” - deyə başlayır .
Unutmayaq ki, yolumuz hürriyyət və istiqlal yolu, qayəmiz yüksək və müqəddəsdir! Şəhidlər karvanı ilə sərilmiş bir yolla gedirik. Düşməni sevindirmək haqqımız yoxdur. Fitnədən qorunmaq vəzifəmizdir.
Sayfa 179Kitabı okudu
O qədər yalnızam ki, hətta xəstə olmağa özümdə səlahiyyət belə görmürəm
Sayfa 46 - Məmməd Əmin RəsulzadəKitabı okudu
Bəli, vətəndaşlar! 28 Mayı yaşadarkən ümumi may günlərini yaşatdığımızı unutmayaq. Bilək ki, sadə təbiətin deyil, tarixin də dünyagörmüş bir mövsümü olan May bizim üçün bir külldür! Yaşasın 28 May! Yaşasın May günləri!
Sayfa 174Kitabı okudu
Reklam
Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı köyündə ruhani ailəsində doğulub. Atası Axund Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir. İlk oxuma, eləcə də ulusal egitimini ailəsində alan Məhəmməd Əmin Bakı Texniki Okuluna girsə də çağın siyasi olaylarına qatıldığından oxumağı buraxıb basına atılmış, 1903-cü ildə Tiflisdə çıxan «Şərqi Rus» qəzetində ilk yazısını yayımlamışdır. Ayrı-ayrı çağlarda Azad Avropa Radiosundan sevgili Azərbaycanına səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada ölmüşdür. Məhəmməd Əmin Rəsulzadə «Qaranlıqda işıqlar», «Nagəhan bəla», «Camaat idarəsi», «Bizə hankı idarə faydalıdır», «Azərbaycanın təşəkkülündə Müsavat», «Azərbaycan Cümhuriyyəti», «İstiqlal məfkurəsi və genclik», «Rusiyada siya-si vəziyət», «İnqilabçı sosializmin iflası və demokratiyanın gələcəyi», «Milliyət və bolşevizm», «Qafqaz türkləri»,«İran türkləri», «Azərbaycanın kültür gələnəkləri», «Çağdaş Azər-baycan ədəbiyatı», «Çağdaş Azərbaycan tarixi», «Milli birlik», «Azərbaycan şairi Nizami», «Panturanizm. Qafqaz sorunu», «Çağımızın Siyavuşu» eləcə də başqa çox dəyərli əsərlər yaratmışdır.
140 il...
Əfəndilər, biz Qafqaz xalqının ruhunda hər zaman hürriyyət və istiqlal fikri hakim olmuşdur. Hürriyyət fikrinin təmsilçisi olan Prometey Qafqaz dağlarında zəncirə bənd edilmişdi. O, daim zəncirlərini qırmaq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün millətlərində var. Qafqaz millətlərinin istiqlalı və birlikdə, müstəqil olaraq yaşamaları uzaq bir xəyal deyil.
«Mən ərəfe nəfsəhu kəd ərəfe Rəbbahu» - «öz gözəlliyini, böyüklüyünü anlayan insan Allahın gözəlliyini, böyüklüyünü də anlayar». Bunu belə desək: «Mən ərəfe nəfsəhu kəd ərəfe millətəhu» - «öz gözəlliyini, böyüklüyünü anlayan insan ulusunun da gözəlliyini, böyüklüyünü anlayar» - anlamı ortaya çıxır.
Sayfa 34
Məmməd Əmin Rəsulzadənin gəncliyə xitabəsi ''Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki: — Bir kərə yüksələn bayraq bir daha enməz! Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi. Bu onun tərəfindən təsəvvür olunmuşdu. O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “İrəli, irəli Azərbaycan əsgəri” - deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi. Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan".
"Çinin əst razi sipəhri bülənd Kəhi şaddarəd, kəhi müstənənd."
Sayfa 52 - Mücrü Nəşriyyatı
564 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.