Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Mehmet Emin Resulzade

9.3/10
132 Kişi
474
Okunma
118
Beğeni
8,7bin
Görüntülenme

En Beğenilen Mehmet Emin Resulzade Yorumları ve İncelemeleri

En Beğenilen Mehmet Emin Resulzade sözleri ve alıntılarını, en beğenilen Mehmet Emin Resulzade kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
70 syf.
10/10 puan verdi
“İnsan anıldıqca yaşayır deməkdir” Doğum günündə Məhəmməd Əmin Rəsulzadəni sevgi və sayğıyla anırıq. 1920-ci ildə Lahıcda işğalçı qüvvələrdən gizlənən zaman Firdovsinin “Şahnamə” poemasını oxuyurkən Siyavuş haqqında dastandan ilhamlanaraq “indi sənə əsrimizin Siyavuşunu yazacağam” fikri ilə bu kitabı qələmə alır. Bu əsərdə Azərbaycanın müstəqil
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
64 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Əsərdə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, fəaliyyəti və süqutu Firdovsinin "Şahnamə"sindəki Siyavuşun əhvalatı vasitəsilə obrazlı şəkildə əks olunub. Əsər 1920-ci ilin iyul ayında Lahıcda yazılsa da, ilk dəfə Türkiyədə çap olunub. Maraqlı, fərqli üslubda bir əsər idi, bəyəndim.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 2021123 okunma
Reklam
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
510 günde okudu
Sənə minnətdarıq, Paşam...
Məşğələ zamanlarında oxuyurdum hər gün, hər saat... Universitetə qəbul olduğumdan sonra hər gün Universitetə aparardım. Ki, kimsə maraqlanar, biraz düşüncəsinə təsir edərəm. İlk zamanlar kimsə yaxın gəlmədi mənə (1-2 uşaq xaric), hətta tələblər arasında kimləsə ünsiyyətim olmazdı. Sonra sosial şəbəkələrdə izlədilər məni, whatsapp, telegram və.s. İndi baxıram ki, həmin uşaqların düşüncəsi tamamilə dəyişib. Sözüm onda deyil, əsas qərq olduğum mövzu Məhəmməd Əmin bəy Rəsulzadədir. Bizə buraxdığı miras, bir irs bu qədərmi əvəzedilməz ola bilərdi? Səni tanıdıqca, sənə minnətdar olan milyonlarla insan var, Paşam... Ruhun şad olsun...
Qafqaz Xatirələri
Qafqaz XatirələriMehmet Emin Resulzade · Xan Nəşriyyatı · 201943 okunma
·
Puan vermedi
Rəsulzadə kimi şəxsiyyətə qarşı bu qədər etinadsız münasibəti yaraşdırmıram xalqıma. Bir ölkədə, o ölkənin təməllərini atmış şəxsiyyətin adına bir dənə də olsun məktəb olmazmı? Bəs bu gənclik niyə etinadsız yanaşır tarixi irsimizə. Məgər onu yad etmək bu qədərmi çətin işdir? Axı niyə, iqtidarın köləsi olursunuz? Elçibəy deyəndə müxalif damğası vurduğunuz kimi, Rəsulzadəyə qarşı kin aşılayırsınız. 100 il öncə vəfat etmiş Rəsulzadə kimi dahi şəxsiyyətə sevgi bəsləməyin nəyindədir qəbahət? Axı o olmasaydı, nə bu məmləkət olardı, nə bu diyar. Axı şəhidlərimizin tabutunun büründüyü o üç rəngli bayrağı belə Rəsulzadə öz əlləri ilə tikib. Heç o bayrağa xatirmi yad etməsiniz, ulu öndərimizi?
Stalinlə İxtilal Xatirələri
Stalinlə İxtilal XatirələriMehmet Emin Resulzade · Mücrü nəşriyyatı · 202298 okunma
70 syf.
10/10 puan verdi
Ölkəmizin qurucusu Ulu Öndər Rəsulzadənin kitabını oxumağa özümə borc bilirdim. Yazdıqları, müqayisəsi, dönə-dönə Azərbaycan xalqının Türk olmasını, ancaq İran təsiri altında qalaraq fars kimi davranmalarını qınayır. Hazırda Azərbaycanda ölkənin bir qismi dinə görə ərəb fanatı, digər bir qismi isə onu müstəmləkə edən cəlladı rus fanatıdır. 1920-ci ildə yazılan bu əsər, 2023də nə qədər irəliləyib? Kaş kaş kaş sözlərini içimdən deyərək oxudum, kaş ki 1920-də Sovet qurulmasa, Rəsulzadə yaşasa xalqın beynində çevrilişi sona qədər edə bilsə. Gələcək üçün əndişə duyuram, Rəsulzadənin yazdıqlarından nə qədərini bacara bilmişik? Qadına seçmə və seçilmə haqqını verən 1918-1920 Azərbaycanından daha yaxşı haldayıq? Maarif, rifah olaraq irəliləmişik ya yox?
Asrımızın Siyavuşu
Asrımızın SiyavuşuMehmet Emin Resulzade · Azerbbaycan Kültür Derneği Yayınları · 1989123 okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bəlkə də ağla gələn ilk isim Azərbaycan istiqlal hərəkatının öndəri, daima istiqlal məfkurəsini yaşadan , davam etdirən və cümhuriyyətimizin banisi olan Məhəmməd Əmin Rəsulzadənin ismidir. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla da məşğul olan Rəsulzadənin qələmə aldığı "Azərbaycan
Azərbaycan Cümhuriyyəti
Azərbaycan CümhuriyyətiMehmet Emin Resulzade · Mücrü Nəşriyyatı · 202122 okunma
Reklam
96 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 saatte okudu
Haqq verilməz, alınır !
Çox geniş düşüncələr yazılmalı olan kitab. Lakin bəzi düşüncələrin düşüncə olaraq qalması daha məqbuldur. İnsanların müxtəlif səhifələri anlaması üçün müxtəlif həyat səhifələrini yaşaması lazımdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019123 okunma
114 syf.
·
Puan vermedi
·
3 günde okudu
Məhəmmədəmin Rəsulzadə : Bu kitabi yazmaqda məqsədimiz Avropa oxucusunu kiçik bir millətin insan haqları, müstəqillik uğrunda mübarizəsi ilə tanış etməkdir. Bu mübarizə müasir demokratik düşüncənin, Avropa mədəniyyətinə məxsus yüksək dəyərlərin an böyük düşməninə qarşıdır. Sizə işğal va imperialist "qırmızılara", yani rus bolşeviklərina qarşı mübariza aparmış Azərbaycan xalqının qəhramanlıq salnaməsindən bəhs edəcəyik. Lakin bu cəsarətli mübarizə haqqında hekayəyə başlamazdan avval sizə Azərbaycan, azərbaycanlılar, onlarin tarixi, iqtisadiyyatı, mədəni dəyərləri haqqında məlumat vermək istərdik.
Azərbaycan Müstəqillik Üçün Mübarizə Yolunda
Azərbaycan Müstəqillik Üçün Mübarizə YolundaMehmet Emin Resulzade · Çapar Yayınları · 202031 okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
Ey əsrimizin siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Bu böyük vəzifəni anlamalı,ruhunun dərinliklərində hiss etməli,damarlarındakı bu əsil qanın haqqını verməlisən.Varlığının yeganə məqsədi bu olmalıdır.
Əsrimizin Siyavuşu
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 024 okunma
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.