Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əmin Abid Gültəkin

Əmin Abid GültəkinBuzlu Cehennem yazarı
Yazar
9.0/10
4 Kişi
15
Okunma
6
Beğeni
710
Görüntülenme

Hakkında

Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inam güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir. 1919-cu ildə Azərbaycana qayıtmış, Bakı Dövlət Universitetində çalışmışdır. Tələbəlik dövründə "Azərbaycan türklərinin ədəbiyyat tarixi" monoqrafik əsərini qələmə almışdır. Təhsildən sonra doğma Bakıya qayıtmış, burada qəzet və jurnallarda müasir və klassik ədəbiyyata, şifahi xalq yaradıcılığına dair ədəbi-elmi məqalələrlə çıxış etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti nəzdində açılan ədəbiyyat seminariyasında müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də Bakı maarif evi ədəbiyyat dərnəyində "Oğuznamə", "Azərbaycan ədəbiyyatının başlanğıcı" mövzusunda məruzələr etmişdir (1927–1928). "Azərbaycan türklərinin ədəbiyyat tarixi", "Türk ədəbiyyatında bayatı-mani növü", "Bayatının türk xalqları ədəbiyyatında mövqeyi", "Azərbaycan ədəbiyyatının qədim abidələrindən" monoqrafik əsərləri, eyni zamanda "Kitabi-Dədə Qorqudun mətni haqqında məlumat", "XVII əsr Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatımız tarixində Sabirin mövqeyi", "Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış", "Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)" kimi milli ədəbiyyatşünaslıq, folklor və mətbuat tarixi haqqında onlarca məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut edir. Axundovşünaslıq elminin yaranmasında xidmətləri misilsizdir. M.F.Axundov ədəbi irsinə həsr etdiyi məqalələri, monoqrafiya və tərtibləri, eləcə də tərcümələri vardır. Məhəmməd Füzulinin "Söhbətül-əsmar" əsərini aşkara çıxarıb elm aləminə tanıtmışdır. "Azərbaycan proletar qəzetçiliyinin tarixinə bir baxış" (1928) məqaləsi Azərbaycan inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 1927–1937-ci illər arasında ədəbi-elmi fəaliyyəti, fundamental axtarışlar, tapıntıları ilə səciyyələnir. Onun ədəbi-tənqidi və elmi irsi Azərbaycan ədəbiyyatşünaslığının yaranmasında mühüm mərhələ təşkil edir. 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Tam adı:
Əhmədov Əmin Mütəllib oğlu 
Doğum:
Bakı, 1898
Ölüm:
1937

Okurlar

6 okur beğendi.
15 okur okudu.
6 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Heybetli asırlar aşan Türk’üm ben, Yatakta ölene şaşan Türk’üm ben, Dünyaya sığmayıp taşan Türk’üm ben, Gittikçe büyüyen Turan’ımdan kork!
Sen bizimsin, bizimsin, durdukca bende can Yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan!
Reklam
. Ne istersen yalnız kendinden iste, Kendi sesin olsun ruhuna beste Bastıkca toprağa, yer inildesin, Atdığın adımlar bile “sen” desin… İşte: Vatanın istila edildi senin, İstiklal marşının şimdi yerinde Kızıl çan sesleri dinlemektesin! .
. Kurtuluş… ey nazlı, sevimli peri, Günülden vurgundur sana azeri. Dişimle kırarım bir gün gelir de Bağrına saplanan kanlı hançeri Yaşa ey hasretle doğan istiklal! Yaşa ey Türk, yaşa ey gözel hilal! Kazvin 28 Mayıs 1924 .
Heybetli asırlar aşan Türk’üm ben, Yatakta ölene şaşan Türk’üm ben, Dünyaya sığmayıp taşan Türk’üm ben, Gittikce büyüyen Turan’ımdan kork!
Sayfa 41 - Günəş NəşriyyatıKitabı okudu
Sən bizimsən, bizimsən durduqca bədəndə can, Evet gönüllər coşdu bir sevincin gücüylə İstiqlal sevinciylə, istiqlal sevinciylə… İstiqlal, o yaşayan millətin qəlbində can, İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan. İstiqlal, o sönməyən müəbbəd bir məşalə Könüllərdə tutuşur, gözlərdə sönsə belə! İstiqlal, o vətənin göğsünden yüksələn ay. İstiqlal, o sümüktən, qandan yapılmış saray. İstiqlal, o millətin parçalanan bağrından Gəlinlərin, qızların, axan göz yaşlarından Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır, Hansı bir erkek onu düşmənlərə qaptırır? Anaların saçından ördüğü bir bayrağı Hansi erkek çıxıb edəcək baş aşağı?! Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Əmin Abid Gültəkin
Əmin Abid Gültəkin
Reklam
İstiqlal, o sönməyən müəbbəd bir məşalə Könüllərdə tutuşur, gözlərdə sönsə belə.
Əmin Abid Gültəkin
Əmin Abid Gültəkin

Yorumlar ve İncelemeler

Tümünü Gör
99 syf.
10/10 puan verdi
Emin Abid (Gültekin) - Buzlu Cehennem
İstiklâl Şâiri Emin Abid Gültekin.. Her şiirinde Azerbaycan'ın ve Azerbaycan Türkleri'nin çektiği zorluklar karşısında dimdik ayakta durmasını savunan yazar.. Bu sebeple adı "İstiklâl Şâiri". Her durumda çıkış yolumuzun Türkçülük olduğunu savunduğu için adı İstiklâl Şâiri.. Biz Türkler, istiklâl için savaştık onca yıl cephelerde aç
Buzlu Cehennem
Buzlu CehennemƏmin Abid Gültəkin · 199915 okunma
99 syf.
9/10 puan verdi
Gültekin
Azerbaycan'ın bağımsızlık destanının dizelerde can bulmuş hali... Şair Gültekin, bağımsızlık özlemiyle tutuşan Azerbaycan'ın ayaklarına prangalar vuran Rus emperyalizmine karşı direniş destanını yazmış. Sürgün yeri Sibirya adeta buzlu bir cehennem ama Azerbaycanlıların yüreklerindeki bağımsızlık ateşi dağları eritmeye kadir. Gültekin'in ateşli dizeleri yangın yerine dönen yüreğinin feryatları şeklinde akislerini tüm Türk dünyasına duyuruyor. Genç yaşta kurşuna dizilip şehit olan Gültekin'den kalan şiirlerini okuyarak aziz hatırasını yad etmekten zevk aldım.
Buzlu Cehennem
Buzlu CehennemƏmin Abid Gültəkin · 199915 okunma