Məmməd Araz

Seçilmiş Əsərləri yazarı
Yazar
8.2/10
7 Kişi
54
Okunma
22
Beğeni
2.530
Görüntülenme

Məmməd Araz Sözleri ve Alıntıları

Məmməd Araz sözleri ve alıntılarını, Məmməd Araz kitap alıntılarını, Məmməd Araz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Yalan
Yalan eşitmədik böcəkdən, quşdan, İnsandı insana yalan danışan. *** Dili qulağıma yalan danışır, Gözləri: bu yalan yalandı deyir! - Məmməd Araz
Necə unudum səni?
Baxıram ev-eşik boşdur elə bil, Səninlə varım da, yoxum da gedib. Bir ürəyim deyil, bir canım deyil, Dincliyim də gedib, yuxum da gedib. Bir anlıq dincəlim, yuxlayım deyə, Bircə əlacım var - unutmaq səni. Ot kimi, su kimi bilmirəm niyə? Hər yerdə yaradıb bu torpaq səni. Səyyar oluramsa, göz işlədikcə, Əvvəli, sonu yox bir düz olursan. Mən səni gecələr unutsam, - gecə, Gündüzlər unutsam, - gündüz olursan. Dağlara çıxıram, şimşəklər sənsən, Saçımı dağıdan küləklər sənsən. Bəlkə də bir simli iki sazıq biz, Sən qansan, mən ürək, ayrılmazıq biz. Qoy bir an ürəyim rahat döyünsün, Bu qədər insafsız olmaz ki, adam! Yox, səni bir anlıq unutmaq üçün, Özümü bir yolluq unutmalıyam. - Məmməd Araz
Reklam
Yüz il qulağımın dibində qışqır, Ürək eşitməsə, qulaq eşitmir.
"Gərək belə olmayaydı" deyirəm hərdən, "Gərək," "gərək"-ömür keçdi, Əlli də oldu. Gərək nədi bu gərəksiz düşüncələrdən? Elə necə olmalıydı - elə də oldu.
Tilsim açar, buxov açar sözün açığı, Yalan atı cilovladı, Düz düşər atdan. İkilikdə qulağına pıçıldadığım Sözlər tikan olur dilimin altda.
136 öğeden 151 ile 136 arasındakiler gösteriliyor.