"- Azadlıq necə hissdir? - soruşdum.
Bir az fikrə getdi, elə bil beyninin içində dərin bir müqayisə aparırdı. - Kibrit qutusunda saxlanılan kəpənək fikirləş, ömrünün axırına bir az qalmış onu qutudan çıxardıb güllü çiçəkli bir bağa buraxırsan, - susdu, - bax eləyəm. Baxışları o qədər sərrast idi ki, elə bil gözlərimin içindən ruhumu görürdü. Bunu deyib otaqdan çıxdı. Otaqda ikimiz qaldıq: bir mən, bir də qəhvəyi çamadan. "