Pərviz Seyidli

İkimiz yazarı
Yazar
6.0/10
2 Kişi
76
Okunma
2
Beğeni
452
Görüntülenme

En Eski Pərviz Seyidli Sözleri ve Alıntıları

En Eski Pərviz Seyidli sözleri ve alıntılarını, en eski Pərviz Seyidli kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Kitab oxumaq açıq gözlərlə yuxu görməkdir.
...insanlar öz qəlb oxşarlarıyla dostluq edirlər, zənnimcə, zaman keçdikcə bu oxşarlıq fiziki bənzərliyə də keçir, çünki etdiyiniz hərəkətin kodları eyni olur. İnsanın nəzər nöqtəsi eyni olub hadisələrə daha çox eyni istiqamətdən baxırsa, bu onun fiziki hərəkətlərinə də sirayət edir.
Sayfa 178
Reklam
- Ən çox bilirsən, kimlərə yazığım gəlir? Tamam ayrı bir kitabın personajıyla evlənən personajlara. Bax, məncə, bu artıq faciədir. İndi fikirləş ki, ciddi bir yazıçının romanından gəlmiş sanballı obraz, bilərəkdən, ya bilməyərəkdən, təsadüfən, ya məcburi şəkildə hansısa bulvar ədəbiyyatı sayılan personajla ailə qurur. Ya da lap götürək böyük, amma bir-birinə zidd olan əsərlərin qəhrəmanlarını. Dostoyevskinin Raskolnikovuyla Dümanın Miledisi sevgilidir (qadın kinayəli şəkildə gülümsünür). Raskolnikovu barmağında oyanadardı Miledi... Belə baxanda nə qədər personaj öz əsərlərindəki obrazları tapa bilməyib başqalarıyla bir yerdədir. Adamın lap yazığı gəlir onlara. - O qədər yalanlar eşidir, o qədər bəhanələr uydurur və o qədər əsası olmayan xəyallar qururuq ki, hardan gəldiyimizi, əslində kim olduğumuzu və niyə yaşadığımızı unuduruq. Hamımız sehrli hərflərdən düzəldilmiş varlıqlarıq. Əslində, öz kitabımızın personajlarını tapmaqdan ötrü yaşayırıq. Şərt o deyil ki, sən kitabın qəhrəmanı olasan, bəlkə də, kitabda balaca epizodik, dekor üçün yazılmış bir obrazsan. Əsas odur ki, yer üzünə düşəndən sonra hansı kitabdan qopub gəlmisənsə, həmin əsərdəki personajları tapa biləsən. Əsl xoşbəxtlik də, məncə budur. - Sən də, mən də personajıq və hansı kitabdan düşmüşüksə, ömrümüz həmin kitabın o biri obrazlarını axtarmaqla keçir. Bəzən tapmaq olur, bəzən də yox. Elə tənha, yarımçıq, naqis şəkildə yaşayırıq. Bəs tapmaq üçün bizə nə lazımdır? Onu mən bilmirəm. Axı mən özüm də hələ tək-tənhayam. Heç kimi tapa bilməmişəm...
“İnsanlar özlərindən nəsə verməkdən daha çox, başqalarından nəsə almağı üstün tuturlar.”
Parlaq İmzalar NəşriyyatıKitabı okudu
“Qəhvəyi çamadan onun keçmişiydi, onu açsa, keçmişi ilan kimi boynuna, boğazına sarılacaq, boğmağa başlayacaqdı. O, keçmişin əlindən çıxmağa çalışacaq, çabalayacaq, amma heç bir xeyri olmayacaqdı.”
Parlaq İmzalar NəşriyyatıKitabı okudu
“ - Azadlıq necə hissdir? - soruşdum. Bir az fikrə getdi, elə bil beyninin içində dərin bir müqayisə aparırdı. - Kibrit qutusunda saxlanılan kəpənək fikirləş, ömrünün axırına bir az qalmış onu qutudan çıxardıb güllü-çiçəkli bir bağa buraxırsan, - susdu, - bax eləyəm. Baxışları o qədər sərrast idi ki, elə bil gözlərimin içindən ruhumu görürdü. Bunu deyib otaqdan çıxdı. Otaqda ikimiz qaldıq: bir mən, bir də qəhvəyi çamadan. “
Parlaq İmzalar NəşriyyatıKitabı okudu
Reklam
84 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.