Tural İlyas

Dejavü yazarı
Yazar
6.1/10
15 Kişi
44
Okunma
6
Beğeni
985
Görüntülenme

Tural İlyas Yorumları ve İncelemeleri

Tural İlyas yorumları ve incelemelerini, Tural İlyas kitabı hakkındaki okur görüşlerini , Tural İlyas puanlarını 1000Kitap'ta bulabilirsiniz.
88 syf.
·
Puan vermedi
·
24 günde okudu
Kitabda zaman ardıcıllığı ilk başda oxucunu çaşdırır. Bir hadisədən digərinə keçidlər yorucu görünsə, yazının dilinə ağırlıq qatsa belə sonra ki hissələrdə bu romanın əsas zövq mənbəyinə çevrilir. Yazıda olan ustalıq insanı heyrətləndirir. Bir neçə zamana dövr ediş gerçəkdən sonlara yaxın mənə zövq verir. Kafka sayağı yazı da adlandıra bilərəm. Gerçəkdən zövqlü idi.
Dejavü
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201821 okunma
117 syf.
·
Puan vermedi
·
11 günde okudu
Düşünürəm ki, qadın və kişi hissləri ayrı-ayrı hekayələr də gözəl açılıb və sonda bunların bir məxrəcdə birləşməsi xüsusi ilə maraq gətirmişdi romana.
Jamevü
JamevüTural İlyas · Üçbucaq · 202019 okunma
Reklam
88 syf.
8/10 puan verdi
Yazarın -Görəsən, olanlar hamısı dejavüdürmü? "yoxsa dejavüdür mənim həyatım?" deyə bitirdiyi cümləylə başlamaq istədim. Kitabı oxuduqca bu cümləni tez tez xatırlayırsan. Çünki hekayə iki paralel şəklində davam edir. Və davam etdikcə özün üçün sonluqlar qurursan və irəlilədikcə düşündüyün sonluqlar da dəyişir. Kitab ümumi olaraq maraqlı və mənə görə uğurlu fikirlərlə dolu idi. Bezmədim və zövq aldım. Təbii ki, bəzi fikirlərin daha da incələnməsini və dərininə varılmasını istədim. Mövzu hamının hislərinə yaxın olduğundan hər kəs üçün yazıldığını düşünürəm. Və ən çox diqqətimi çəkən yazarın tez tez musiqi əsərlərinin adını qeyd eləməsidir ki, yazar bunu qeyd edərkən həmin musiqiləri dinləyir. Kitab sadə və boş zamanlarınızı dəyərləndirə biləcəyiniz kitabdır. Xoş mütaliələr.
Dejavü
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201821 okunma
88 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
Tural İlyas “Dejavü”
Kitab o qədər maraqlı və axıcı idi ki, sadəcə 1 günə bitirdim. Baş qəhrəman olan Şəhriyar(Kənan) obrazında, demək olar ki, tamamilə özümü tapdım. Düşüncələri, fikirləri, xəyalları mənimkilər ilə üst-üstə düşürdü. Sanki bu düşüncələrin hər biri mənə aid idi, sanki mən düşünürmüşəm kimi bir an mənə gəldi. Sanki bunların hər biri mənim iç səsim idi. Şəhriyarı özümə çox yaxın görürdüm. Onun son dinlədiyi musiqini (Mickael Ortega - İnception) mən də kitabı oxuyaraq dinlədim. Bu çox hüzurlu bir hiss idi. Kitabı oxumaq o qədər maraqlı idi ki, hər bir baş verən hadisədən sonra nə olacaq deyə maraqla oxuyurdum və, demək olar ki, kitabın hər bir səhifəsindən xətt çəkmişəm. Sonu məni çoox təəccübləndirdi, belə bir son olacağını heç gözləmirdim. Və son səhifəsini oxuduğum zaman çox təsirləndim və özümdən asılı olmayaq, gözlərim doldu.
Dejavü
DejavüTural İlyas · Üçbucaq Nəşriyyatı · 201821 okunma
117 syf.
8/10 puan verdi
·
5 saatte okudu
Yeraltı ədəbiyyatının sadəcə adını eşitmişdim. Doğrusu, necə olur, hansı tipik xüsusiyyətlərə sahibdir, məlumatım yox idi. İndi də dolğun informasiya aldığımı deyə bilmərəm. Ancaq barəsində təxmini fikir formalaşdı. ️ Müasir yazıçılardan Tural İlyasın “Dejavü” və “Jamevü” əsərləri məhz yeraltı ədəbiyyatın nümunələrindən biridir. Ayrı-ayrılıqda
Jamevü
JamevüTural İlyas · Üçbucaq · 202019 okunma
117 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Tural İlyas “Jamevü”
(Kitab haqqında spoiler vermək istəmirəm, lakin bunu demək istəyirəm ki..) 41-ci hissəyə qədər eyni hadisələr, eyni son, demək olar ki, eyni həyat həkayəsi fərqli-fərqli şəxslər arasında baş verirdi. Və hər biri də sonda eyni hissi yaşayırdı.. yalnızlıq və məyusluq hissi.. Əslində bu kitab dejavü ilə jamevü’nün birləşməsi idi. Kitabın üz
Jamevü
JamevüTural İlyas · Üçbucaq · 202019 okunma