Vüqar Biləcəri

Qərib Xəyal yazarı
Yazar
8.3/10
12 Kişi
86
Okunma
142
Beğeni
26,3bin
Görüntülenme

Öne Çıkan Vüqar Biləcəri Gönderileri

Öne Çıkan Vüqar Biləcəri kitaplarını, öne çıkan Vüqar Biləcəri sözleri ve alıntılarını, öne çıkan Vüqar Biləcəri yazarlarını, öne çıkan Vüqar Biləcəri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
getdi...
Bədbəxtdir o aşiq ki, könül sirdaşı getdi, Ömrün nədi mənası ömür yoldaşı getdi. Aşiqlə yarın yolları ayrıldığı gündən, Zənn eylə qopub bəxt üzüyündən qaşı, getdi. Yar saldı gözündən məni, bir surətə düşdüm, Kim saldı nəzər axdı gözündən yaşı, getdi. Bir dosta dedim, gəl sinəmin yarələrin say, Üçdən birin hesablamamış yaddaşı getdi. Zalım elə baxdı, ürəyim titrədi tir-tir, Min yarə vurub bağrıma xəncər qaşı, getdi. Sevda çölünü gəzməyə çıxdıq neçə aşiq, Məcnun idi ən başda gedənimiz, başı getdi. Kim bilməsə sağlıqda nədir zövqü-məhəbbət, Öldükdə deyərlər naşı gəldi, naşı getdi. Çəhd eylə, Vüqar, ömrünü mənalı keçir ki, İz qoydu desinlər, deməsinlər yaşı getdi.
Sayfa 71 - Parlaq imzalarKitabı okudu
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm, Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm. Oyanıb naz ilə hər sübh dararsan zülfün, Tellərin ətrini yellər səpələr kəndə, gülüm. Seyri-gülşəndə çıxıb seyr eləsən naz ilə, Baş əyər fəxr ilə güllər sənə gülşəndə, gülüm. Mürği-dil boylanar hərdən qara xalın tərəfə, Ac quşun bir gözü adətdi qalar dəndə, gülüm. Öz əliylə bəzəyib həzrəti-memar səni, Sonra göydən yerə göndərdi nümayəndə, gülüm. Elədim zülfü-pərişanına bir dəfə nəzər, Fikrim ondan sora ta oldu pərakəndə, gülüm. Mərhəmət eylə, Vüqar, bəxtiqarənin gününə, Bəlkə, biz də çıxarıq bir yana sayəndə, gülüm.
Reklam
Gülüm

Sayfa 95 - Parlaq imzalarKitabı okudu
Sənsiz
Sən gedib məndən alandan məni qaldım sənsiz, Gəlmədin, gözləri yollarda qocaldım sənsiz. Bir qərib şam işığı, bir həzin hicran otağı, Sənlə birlikdə keçən günlərə daldım sənsiz. Eşq bazarına getdim, belə sevda etdim, Fǝrǝhi, nəşəni satdın, kədər aldım sənsiz. Getmisən, badeyi-hicran içirəm, ey daşürək, Vəsl peymanəsini daşlara çaldım sənsiz. Hicr döndərdi könül mülkünü qəm vadisinə, Neçə qəmlə dolu karvan yola saldım sənsiz. Taleyim qarə, günüm qarǝdi, bəxtim qarə, Məni hər gün qara basdıqca qaraldım sənsiz. Ayrılıq bağçalarından sarı güllər dərdim, Sarı güllər kimi həsrətdə saraldım sənsiz. İntizarınla nələr çəkdi Vüqar bəxtiqara, Səni hər qəmli küləkdən xəbər aldım sənsiz.
Sayfa 79 - Parlaq imzalarKitabı okudu
Gözünü qırpmadan sənçün öləni, Sən göz qırpımında atıb gedərsən. Səni qəlb taxtında Yusif biləni Sən qul bazarında satıb gedərsən.
Açmışdı təbəssüm yeli qönçə dodağında.
Bir şuxi gözüm gördü gözəllər bulağında, Bir cüt qara xal mənzil edib al yanağında. Bir şux idi ki, qaməti rəna, gözü şəhla, Açmışdı təbəssüm yeli qönçə dodağında. Görsə bu vəcahətlə əgər ol şəhi-hüsnü, Təzim elǝyǝr afəti-dünya qabağında.
Sayfa 94 - Parlaq imzalarKitabı okudu
Reklam
394 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.