Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Yusif Nərimanov

Kişilərin içində keçmişin bu atavizmi hələ də qalmaqdadır, – Dronqo düşündü, – biz savaşmaq imkanı ələ düşən kimi dərhal vəhşiləşirik; içimizdə mürgüləyən təcavüzkarlığı oyatmaq, öz yerimizi tutmaqdan ötrü bir-birimizi didib parçaladığımız, milyon illərlə yaşadığımız mağaranı yada salıb xatırlamaq bizi dərhal vəhşiləşdirir. Yalnız güclülər sağ qaldılar, öz yeri, öz arvadları, öz bir parça ət payı, öz həyatı uğrunda başqalarından daha yaxşı vuruşmağı bacaranlar sağ qaldılar. Bir neçə min illik sivilizasiya bizi dəyişdirə bilmədi.
Reklam
— Sizə nə olub ki, belə bərkdən ağlayırsınız? Nəsə bir şey baş verib? —Hə, — kişi başını silkələdi, — baş verib. Arvadım məni atıb gedib. — Və siz də onunçün özünüzü beləcə öldürürsünüz? — Dronqo kinayəsini gizlətmədi. — Məncə, buna yalnız sevinmək lazımdır. Əgər arvadınız sizi atıb getmək qərarına gəlibsə, heç şübhəsiz ki, onu saxlamaq qeyri-mümkün olub və o sizinlə yaşamağı çox da istəməyib. Belə vəziyyətdə bu, demək olar ki, ideal qərardır. Cütlükdə əzab çəkməkdənsə ayrı-ayrılıqda tək yaşamaq yaxşıdır. Çünki adamı atıb getmək istəyən qadınla bir yerdə yaşamaq, əslində, çox dözülməz şeydir.
— Səbiş, sən yəni heç güzgüyə baxmırsan? Üzündə elə bir nur var ki, onun yarısını dünyadaki insanlara bölüşmək mümkün olsaydı, dünya cənnətə dönərdi.

Okur Takip Önerileri

Tümünü Gör
Yəqin ki, belə təsəvvürəgəlməz ağır bir yol keçən bəşəriyyət dəyişməli, müdrikləşməli, öz gücünü hiss etməli və zəkasına inanmalı idi. Ancaq hər şey əvvəlki kimi qaldı. Paxıllıq, nifrət, qəzəb, təkəbbür, tamahkarlıq, acgözlük - insanın bütün bu pis cəhətləri sivilizasiyanın inkişafıyla ölməyib, sanki insanı işığın zülmət, Allahın şeytan üzərində qəti qələbəsinə inanmağa qoymayaraq, onun xislətinin bir hissəsi olaraq qaldı. Və insanın bütün qüsurları bəzən bu və ya başqa şəkildə, lakin min, iki min, hətta üç min illər əvvəl olduğu kimi eybəcər və eyibli olaraq yaşamağında davam etdi.
Sayfa 184Kitabı okudu
— Somerset Moem belə hesab edirdi ki, əzablar insanın yaxşılaşmasına kömək eləmir: o qəzəblənir, qəddarlaşır, sonda isə pis tərəfə dəyişir.
Sayfa 190Kitabı okudu
Reklam
— Narahat etmədim ki, Qanbay müəllim? Qasımlıya görə, insanlar arasında münasibətdə bu sual qədər mənasız, yersiz ikinci bir sual ola bilməzdi. Xüsusilə də, əgər bu sual mədəni bir adama verilibsə, lap qıcıqlandırıcı təsir bağışlayırdı. Axı qarşısındakı adam sənin gəlişindən, ya telefon zəngindən narahat olsa da, sənə "narahat etdin" cavabını verməyəcək! Çox yaxşı bilirsən ki, narahat olduğu halda da "yox əşi, o nə sözdür" deyəcək. Və əgər belədirsə, bəs onda nə üçün bu sualı verirsən?
Bizim problemlərdən
Bu ərazi yaşayış evləri tikmək üçün əhaliyə ikicə il əvvəl verilmişdi. Ona görə də burada hazır evlər az idi. Yenicə asfalt çəkilmiş küçələr isə həmişəki kimi dar... Bu bizim problemimizdir də. Nədənsə küçədən kəsib həyətimizə calamağı özümüzə qənimət bilirik.
Elə bil ondan dünən ayrılmışdım. Duyduğum həsrət hissi sanki təptəzə idi. İtirilmiş çox qiymətli bir əşyanın və ya sərvətin, dünyanın hər cür səadətinin acısı zaman keçdikcə yox olur, unudulurdu. Lakin istifadə edilməyib əldən qaçırılmış imkanları adam heç vaxt unutmur, onları zehnindən heç də çıxarmır. Hər dəfə onları xatırlayanda adamın ürəyi sızıldayır.
Sayfa 221Kitabı okudu
Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər. Bu axşam onu da başa düşdüm ki, mən onu itirsəm, yer üzündə içi boş bir qoza oxşayaram.
Sayfa 189Kitabı okudu
— Ürəyində həqiqətən sevmək qabiliyyəti olan şəxs, heç zaman bu sevgini bütünlüklə bir adama münasibətdə cəmləşdirməz və başqasından da bunu gözləyə bilməz. Başqalarını nə qədər çox sevsək, ürəkdən sevdiyimiz yeganə adamı da o qədər çox, o qədər böyük bir qüvvətlə sevərik. Eşq müxtəlif hisslərə parçalanıb dağılmaqla tükənmir.
Sayfa 157Kitabı okudu
Reklam
—Tərk edilmiş xəstə bir köpək kimi kimsəsizəm...
— Siz də Berlində kimsəsizsiniz? — Necə? —Yəni... təkbaşına... necə deyim... ruhən tək-tənha bir adam... Görkəminizdən bəlli olur ki... — Başa düşürəm, başa düşürəm... Bəli, tamamilə tək-tənha bir adamam... təkcə Berlində deyil, bütün dünyada kimsəsizəm... Həm də uşaq vaxtlarımdan bəri...
Sayfa 109Kitabı okudu
Sonra "Bəs indi nə etməliyəm?" deyə öz-özümdən soruşdum. Tez eşiyə çıxıb qapının qabağında onu gözləyim? Axı nə məqsədlə? .. Onunla bircə kəlmə danışmadığım halda yolunu gözləyib: "Sizə evinizə qədər yoldaşlıq edə bilərəm?" deyərsəm, haqqımda nə düşünər, nə nəticəyə gələrdi? Mənə göstərdiyi böyük mehribanlığın müqabilində kobudluq eləyib belə münasibətsiz bir təkliflə ona müraciət edə bilərdimmi? Qərara gəldim ki, tez buradan çıxıb getsəm , sabah axşam yenə buraya gəlsəm, bu mənim tərəfimdən çox mədəni bir hərəkət olar. Ancaq bu yolla dostluğumuzu yavaş-yavaş möhkəmləndirərəm... Bu fikrə düşməyim təsadüfi deyildi. Çünki hələ uşaqlıqdan bəri səadətimi birdən itirəcəyimdən qorxar ehtiyatla hərəkət etməyə çalışardım... Bu xüsusiyyət bir çox imkanların əlimdən çıxmasına səbəb olardı. Lakin buna qane olar, yaxınlaşan xoşbəxtliyimi hürküdəcəyimdən həmişə qorxub çəkinərdim.
Sayfa 103Kitabı okudu
43 öğeden 31 ile 43 arasındakiler gösteriliyor.