Kifayət qədər təcrübə toplayandan sonra bu haqda düşünmədən müəyyən nəticələri əvvəldən xəbər verən stimulları sezə biləcəyik.
Beyin təcrübə sayəsində qazanılmış məlumatı avtomatik şifrələyir.
Biz nə öyrəndiyimizi hər zaman izah edə bilmirik. Amma təlim daim gedir va müəyyən hallarda aşkar stimulları sezmək qabiliyyətimiz bütün vərdişlərin əsası hesab olunur.
“Fəaliyyətimizə maneə yarana bilər…, ancaq niyyətlərimizə və xarakterimizə maneə ola bilməz. Çünki biz uyğunlaşa bilirik. Ağıl hərəkətlərimiz qarşısındakı maneəyə uyğunlaşır və onu öz məqsədinə çevirir.”
İşdəki maneə işin irəliləməsinə kömək edir, yoldakı maneə yolun özünə çevrilir.