Dünya nemətləri məhdud olduğu üçün onu əldə etmək üçün hərbiriniz digəri ilə rəqabət edir. Misal üçün, siz filan məqamı istəyirsiz, eyni məqamı məqamı bir başqası da istəməkdədir. Belə vəziyyətdə təbii ki, qısqanclıq və anlaşmazlıq olacaq. Amma dünya sevgisini qəlblərindən söküb atan Allah qullarının Allahdan başqa məqsədləri yoxdur, bu səbəblə də heç vaxt bir-birləriylə anlaşmamazlığa düşməz, belə fəsad və fəlakətlərə yol verməzlər. Bu gün Allahın bütün Peyğəmbərlərini (s) biryerə toplasaq bir-birləriylə əsla ixtilaf etməz, zərrəcə anlaşmamazlığa yol verməzlər. Çünki hədəf və məqsədləri birdir, hamısının qəlbi Haqq Təalaya yönəlmişdir. Zərrə qədər də dünya sevgisi yoxdur heç birinin qəlbində.