Shalalahmadd

Shalalahmadd
@zarifruh
Araşdırmacı-Yazar Hər insandan bir şeylər öyrənirik. Hər insanda bir əmanət var. Şəxs fərqində olmadan o əmanəti sizə çatdırır."
Puan vermedi·
Həyatın qarışıq, yeniliklər və monotonluğun sintezindən ortaya çıxan, darıxdırıcı, qorxu dolu, zəif və 0’dan başladığım bir mərhələsindən keçirəm.. Psixoloqumun tövsiyəsi ilə bu kitabı dinlədim. Özümü gücsüz, təşvişli və sıxıntı dağı tək hiss edirəm. Psixoloqumun deyişi ilə hər şey beyində başlayır və bunu edən beynimdir. Kitabı dinlədikdən sonra anladım ki, Re korteksim daha aktiv mövqedədir. Xülasə, beyinin qarışıq dünyasına işıq tutan, bədəni tanıma mərkəzli bir kitab idi. 10/10 (Ümidvaram bütün sıxıntılar geridə qalacaq və mən bu emosional gərginliyə qalib gələcəyəm)
Psikoloji-İnceleme
Her Şey Beyinde BaşlarMümin Sekman · Alfa Yayınları · 20213,148 okunma
Reklam
10/10
·376 syf.··
Beğendi
·
2025 1. kitabı
10/10 Həyatın ağrılı dönüş nöqtəsində həyatıma sehirli toxunuşları ilə yenidən ruh qatan fövqəladə bir kitab oldu. Hətta mütaliəni bitirməmə rəğmən hələ də baş ucumda saxlayıram. İnsan robot deyil, ruhdur, mənəviyyatdır, emosiyadır bu səbəbdən söykənəcək bir çiyin, tutunacaq bir qəlb, cümlə ehtiyacında olur. Bu bir insan da ola bilər, kitab da. Abdullaoğlu kitabıyla bu ehtiyacı artıqlaması ilə ödəməyi bacarıb. Xülasə, oxuyun, oxudun🩷
Roman-Edebiyat
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20242,492 okunma
Puan vermedi·336 syf.··
2024 4. kitabı
“Böyümə və inkişaf keçmişdən xilas olmaqla deyil keçmişi yenidən şərh etməklə (yorumlamakla) mümkündür” Kitabda ən çox diqqətimi cəlb edən cümlələrdən idi. Mənə elə gəlir ki, terapiyadan tut, düşünmə şəklini dəyişənə qədər hər bir psixoloji problem sağalmaq üçün vaxt və öyrəşmək tələb edir. Bir müddətdən sonra insan barışıb yola davam etməli olur. Xülasə qiymət: 10/5
Psikoloji-İnceleme
Authentic HappinessMartin E. Seligman · Atria Books · 20042 okunma
Puan vermedi·212 syf.··
2024 3. kitabı
Kitup tətbiqi vasitəsi ilə tanış olduğum kitablardan biri oldu. 2024 cü ilin mənə verdiyi şeylərdən biri də anksiyete və təşviş oldu. Bu kitabı mütaliə etmək qismən də olsa yaxşı təsir etdi. Ümumi qiymətlədirmək lazım olsa: 10/8
Psikoloji-İnceleme
Coping with AnxietyEdmund J. Bourne · ReadHowYouWant · 20122 okunma
Puan vermedi·248 syf.··
2024 1. kitabı
·
168 günde okudu
·
Okunma: 19 Nisan 2024 01:11
Bülent Gardiyanoğlu ilə "hər şey həqiqəti görməklə başlar" kitabı vasitəsilə tanış olmuşdum. Kitab həyatın yorucu və bir o qədər də incidici mərhələsində önümə çıxmışdı. Beləliklə, yazarın ölkəmizə gəlməsi və bu kitabın imza günü olacağı xəbəri ilə kitabı tələm-tələsik əldə etmişdim. Gec mütaliə edib bitirsəm də mənim üçün yenə də faydalı bir kitab və mövzu oldu. Xülasələşdirmək lazım gəlsə həyatın çətin periodundan keçən kimsələr yazarın qələmi ilə gedişata başqa baxış bucağı kəşf edib, yenidən başlamaqda stimul qazana bilər. Oxuyacaq olan kimsələrə xoş mütaliələr diləyirəm! :)
İnsan ve Hayat
Kendini Ertelemekten VazgeçBülent Gardiyanoğlu · Destek Yayınları · 2020424 okunma
Reklam