Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Turanə

Turanə
@Turanee
Böyük balıq balaca balıqçün darıxa da bilərdi. Amma siz balıqların bir-birini yediyi hekayəni danışmağı seçdiniz.
224 syf.
·
Puan vermedi
Ölüm var ki, həyat qədər dəyərli..
Qarabağ münaqişəsinə həsr olunmuş ilk böyük əsərlərdəndir. Hansı ki, hələ torpaqlar alınmamışdan əvvəl(2012-ci ildə yazılıb) bütün bu günləri ön görmüş, Şuşa əməliyyatı barədə belə məlumatlarla dolu bir kitab. Kitab tam olaraq vətənpərvərlik, din, mif və s. mövzudadır deyə dəyərləndirməyimiz yalnış olardı. Sözdə yox, əsl humanizimlik bəxş edilən və əslində insanları tək birləşdirənin amal olduğunu göz önünə sərən kitabdır. Bir çox maraqlı nüanslara toxunulmuşdur. Din barəsində də özünəməxsus düşüncələrini paylaşmışdır yazar. Həmçinin, Dədə Qorqud, misri qılınc və başqa dinlərlə bağlılıq, ən çox maraq etdiyim məqamlardan biri də beş guşəli ulduz oldu. Heç bir fanatiklik etmədən toxunduğu mövzularda dəyərli izlər buraxmışdır yazar. Şəxsən yazarla tanış olub, bu kitab barəsində olan düşüncələrini eşitmək şansı da qazandım. Əziz dostu İsa Muğanna yazara dediyinə görə o özü yazmayıb, yazdırıblar. Məncə, doğru adlandırmadır. Kotabı oxuduqca bu cümləyə sizlər də haqq qazandıracaqsınız. Hər kəsin oxumağını tövsiyə edirəm. Kitab 5 kəfiyyatçının(Ulu Şaman adlı gizli təşkilat) həyatı, mübarizəsi, eşqi- ümumən hər kəsin içindən birini tapa biləcəyi nadir əsərlərdəndir. Və Dədə Əfəndinin nəsihətləri. Başqa bir pəncərədən baxmaq şansı qazanacaqsınız. Xoş mütaliələr.
OdƏrlər
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201727 okunma
Reklam
94 syf.
8/10 puan verdi
"Siz nə üçün həmişə qara geyinirsiniz? Həyatımın yasını saxlayıram. Bədbəxtəm" "Qağayı" hekayəsi pərdələr şəklində yazılıb. Bir-birindən fərqi obrazlar var və onları birləşdirən yeganə şey sənətdir və o göl kənarı, Qağayılar. Üzüldüyüm məqamlardan biri də sonda Trigorinin sifariş etdiyi qağayı heykəlini xatırlamaması idi.
Qağayı
QağayıAnton Çehov · Qanun Nəşriyyatı · 202120,3bin okunma
252 syf.
3/10 puan verdi
Teoman
Yaradıcı insanlara ayrı bir heyranlığım var. Onların ruhuna, baxış pəncərələrinə, məncə, onlar toxunaraq yaşayırlar həyatlarını. Hər bir duyğunu anlayaraq, hiss edərək elə olmasa necə bu qədər içimizə nüfuz edə bilərlər ki. Zaman-zaman biz ola bilərlər. Uşaqlığından 50 yaşına kimi olan bütün yaşamını Teoman səmimi şəkildə yazıb. Bəzi yerlərdə
Fasa Fiso
Fasa FisoTeoman · Hep Kitap · 20181,656 okunma

Okur Takip Önerileri

Tümünü Gör
·
Puan vermedi
Bir sadistin belə zaman-zaman oxuya bilməyəcəyi bir kitabdır. Filmlərdə bu qədər vəhşətə, ayrıntıya yer verilmir. Kitabı yarımçıq qoyuram davam edə bilmirəm daha artıq. Emosianal, surətlərlə bağ qurub öldükdə ağlayan biri isəniz heç başlamayın bu kitaba. Yazarı bəlli deyil. Yazıldıqdan qısa müddət sonra internetdə fenomenə çevrilib kitab. 900 - ə yaxın qətl baş verir və fərqli şəkildə hər biri. Heç bir surət sağ qalmır demək olar yəni oxuduğum yerə qədər. Kitabla qalın. 'Ölmək üçün yaxşı bir yer axtarırdım. Buradan daha yaxşısı olmaz, səncə bəs?' 'Burada ölmək istəməzsən, övlad.' 'Öləcək şəxsin mən olduğunu da kim söylədi, pədər?'
Adı Olmayan Kitap
Adı Olmayan KitapAnonim · Altın Kitaplar · 201262 okunma
150 syf.
5/10 puan verdi
Hər xalq öz tarixini yazır
Qəbul edək ki, səsvermə keçirilsə 10/8i Skandinaviya ölkələrində yaşamağı arzulayır. Bugünkü gündə dünyanın ən xoşbəxt ölkələri içərisində birinci yerdədir Finlandiya. İstər inkişaf baxımından, istər təhsil baxımından, istərsə də yaşam standartları cəhətdən 4/4 lük ölkədir. Bunun səbəbi nədir deyə neçəmiz düşünüb, araşdırmışıq? Yaxşı neçəmiz öz
Bəyaz Zanbaqlar Ölkəsində
Bəyaz Zanbaqlar ÖlkəsindəGrigory Petrov · Kitabıstan Nəşriyyatı · 201699,4bin okunma
Reklam
592 syf.
1/10 puan verdi
Nobel mükafatı almış bir yazar və oxucular tərəfindən bu qədər sevilən, tövsiyə edilən bir romanı oxumaq qərarına gəldim(normalda tövsiyə olunan kitablar oxumuram). Kamalın dilindən yazılıb roman, oxuduqca sanki onunla təmasda oluruq. Ancaq surəti, nə düşüncələrini, nə də sonda baş verənləri sevmədim. Bəlkə də yazar oxucularda Kamala qarşı
Məsumiyyət Muzeyi
Məsumiyyət MuzeyiOrhan Pamuk · Qanun Nəşriyyatı · 201441,3bin okunma
88 syf.
·
Puan vermedi
"Yazılarım sənin haqqında idi. Tək elədiyim sənin çiyninə baş qoyub deyə bilmədiklərimi yazmaqdır." Ata və oğul münasibətindən bəhs edilir. "Ataya məktub"u oxuduqdan sonra Kafkanı anlamağa başladım. Başqa əsərlərini, çarəsizliyini, üsyanlarını, yetinmədiyini düşünmələrini.. Düşünürəm ki, ailədə əsas "Ata"
Babaya Mektup
Babaya MektupFranz Kafka · Panama Yayıncılık · 201740,4bin okunma
288 syf.
6/10 puan verdi
Mən xoşbəxt bir kəpənəyəm, Yaşasam da, ölsəm də.. İnsanlara inanan, pisliyin nə olduğunu bilməyən, səmimi qəlbli Arturun qəddar, kinli, insanları sevməyən Ovoda çevrilməsi hekayəsi. Əsər 19-cu əsrin 30-cu illərində italyanların Avstriya imperiyasına üsyani zamanı cərəyan edir. Arturun ən yaxınlarından aldığı zərbələr onun həyatının tamamilə dəyişməsinə gətirib çıxarır. Yaşadığı çətin həyat şəraiti, oxuduqca insanda dərin izlər buraxır. Bir müddət sonra isə o, Ovod təxəllüsü ilə yazılar yazan vətəni uğrunda canından keçən Feliçe Rivaresə çevrilir. Əslinə qalsa o nə qədər xəyanətlərə uğrasa da daim sirr kimi saxladığı 2 insanı sevməkdən heç vaxt əl çəkmir. Sadəcə olaraq kini bu sevgisinə üstün gəlir. Onları bağışlaya bilmir. Mənə ən təsir edən hissəsi isə daim Ovoddan bir etiraf gözləsəm də, bu etirafın hər şey üçün artıq gec olduğu zaman gəlməsi oldu. Kitabı oxuduqca insanda istər istəməz hər rola qarşı bir kin duyulur. Hətta bəlkə də, ən çox Ovoda qarşı. Məsələ daxili zülmətdədir: orada nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq... susmaq...
Ovod
OvodEthel Lilian Voynich · Şərq-Qərb Nəşriyyatı · 20061,835 okunma
240 syf.
9/10 puan verdi
Kitabı oxuyarkən yalnız bir söz "kaşki" Sıxılmadan oxudum çox axıcıdır. Surətlər, peyzajlar o qədər gözəl verilib ki, kitab alıb insanı Zeytunlu kəndinə aparır. Əsərə gəlincə. Yusuf kimdir? Uşaq vaxtı quldurlar tərəfindən valideyinləri öldürülür. O gün barmağını itirir lakin bir şey də içindəki bütün hissləri, hadisələr
Kuyucaklı Yusuf
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2021174,4bin okunma
163 syf.
7/10 puan verdi
İlk oxuduğum kitabdır və ədəbiyyatı sevməyimə səbəb olan. Amma zaman keçdikcə istəmsizcə artıq "Kürk mantolu madonna" daha doğrusu Səbahattin Əli qələmini, üslubunu qınamağa başlayıram. Yazarın demək olar bütün əsərləri insanın daxilindəki zərif tellərə toxunur çox axıcı və həyati yazılıb. Amma niyə demək olar əksər əsərlərində bu qədər
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315bin okunma
Reklam
240 syf.
9/10 puan verdi
·
Beğendi
Belə söz vardır oxur üçün: "ən yaxşı kitab hansıdır?" sualı yalnışdır. Amma ən çox sizdə emosiyalar yaradan kitab desəz heç düşünmədən Mark Levi "Haradasan" kitabını deyərdim. Baş qəhrəmanlar Suzan və Filippdir. Onlar bir-birilərini sevirlər amma həyata baxışları daha doğrusu yolları ayrı idi. Suzan öz xəyallarının ardınca gedir bu surətlə gedişlərə isə Filipp çata bilmir. O daha sakit sıradan sadəcə özü üçün yaşamaq istəyir. Suzansa başqalarına kömək etmək istəyir və buna görə də heç düşünmədən urqanlar baş verdiyi Mərkəzi Amerikaya tanımadığı insanları qurtarmaqçün yollanır. Onlar bir-birilərini sevəcəklərinə ömür boy söz vermişdilər. Sözlərində də dururlar daima yalnız bir-birilərini sevirlər. Başqa adamlara, başqa yerlərdə olsalar da.. necə deyərlər " bəzi ruhlar vardır heç qovuşmasalar da bir-birilərinə aid olurlar". Bir neçə dəfə aerportda Suzanla sağollaşdığı kafedə, eyni masada, eyni saatda görüşmək şansları olur. İllər keçdikdən sonra Suzan bir məktubla Filippin ona verdiyi sözü tutmasını istəyir. Əslində bu çox ağır bir istək idi amma sevgin nə qədər böyükdürsə anlayışın da o qədər böyükdür. Bir qadın kimi Suzanı anlamağa çalışıram. O qızının xoşbəxtliyiçün bu addımı atır və Filippə güvəni. Məncə, əsərin adı da təsadüfi seçilməyib. Onlar daima bir-birilərində gizli idi. Xoş mütaliyələr "O ideal sevgi arzulayırdı qız isə sadəcə onu sevirdi."
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014665 okunma
108 syf.
4/10 puan verdi
·
Beğendi
" O, unudulmuş vergülü xatırlayırdı indi". Bizlər görəsən o vergülün fərqində belə olacağıq? Kitabı adına marağən aldım. Amma etiraf edim ki, gözləntimin üstündə çıxdı. Kitab hissələrə ayrılır amma bütün hissələr bir-biri ilə əlaqədardır. Sanki daxilimdə olan özümə belə tanış olmayan hisslərimlə üzləşdim. Özünü axtaran və bu axtarışda qalan hərşeyi itirən bir surət çıxır qarşımıza. Sevgini, qayğını da tamamən saflıqla verib yazar. Xoş mütaliyələr:) "Mən özünü axtaran adamam Səninlə söhbət edə bilərəm və dəliliyimi gizlətmək məcburiyyətində hiss etmirəm".
Pinqvinlər uçur, Mari
Pinqvinlər uçur, MariFəridə Məmmədova · "OL" MMC · 20159 okunma