Romanın qəhrəmanı xanım Bovari xəyalpərvərliyi, sönük və monotonluğu ilə məncə ziddiyətli bir obrazdır. Kənd həkimi olan Şarl Bovarinin ilk evliliyindən olan yoldaşı xəstəlikdən vəfat edir. Onun vəfatından sonra o, Emma ilə ailə qurur. İlk öncələr Emma onu sevdiyini düşünür və bu ailə həyatının onu xoşbəxt edəcəyinə inanır. Lakin, heç də ümidləri özünü doğrultmur. Çünki, Emmanın hər şeydən narazı, bezgin və xəyanətkar olması onun sonu olur. Şarlın ona göstərdiyi sevgi, məhəbbət onu qane etmirdi. Artıq başqa həyat axtarır, səadətini özgələrində görürdü. O, öz ehtirasına, nəfsinə qurban gedərək bəlkə də, düşünürdü ki, daxilindəki boşluğu dolduracaq. Nəticədə onun acgözlüyü, qarışıq hissləri həyatın acı həqiqətlərinə çırpılaraq parçalanır. Bəlkə də xoşbəxt ola bilərdi...
#madambovari romanında əslində burjuaziya, kapitalizm də özünü göstərir. Lere və aptekçi Ome obrazlarında yazıçı bunu real təsvir edir. .
günahkar taledir.
Doğurdanmı belədir? Yoxsa biz özümüz taleyimizi həll edirik? Məncə ən böyük günahkar insan və onun nəfsidir. Oxuduqca həm əsəb keçirtdim, həm də üzüldüm. Yəni duyğu fırtınası yaşadım. Mən Bovarini sevgi acgözü, xəsis, hətta qəddar belə adlandırıram.
Əsərin ümumi məzmununu çox sevdim deyə bilmərəm. Bəlkə də qınanacam amma söz yığını sanki çox idi. Ən çox da sonluq məni üzdü.