Müəllifdən oxuduğum ikinci kitab oxucuların ən sevimlisi olan, uşaq ədəbiyyatı hesab olunan, bir çoxlarının filmi (animasiya) ilə tanıdığı Koralin oldu. Hugo, Nebula, Locus, Bram Stoker kimi mükafatlara layiq görülmüş əsər haqqında müəllif belə deyir: "insanlar kitabı oxumağa başlayanda öyrəndim ki, uşaqlara macera yaşadan, böyüklərə qorxulu yuxular gördürən bir hekayə imiş bu. Koralim indiyə qədər yazdığım ən qəribə, zamanımı ən çox alan və ən qürur duyduqlarımdan biridir..."
Mövzu
Koralin və ailəsi yeni bir evə köcür. Ana və atasının işləriylə çox məşğul olması, qızlarına zaman ayırmaması Koralinin macera axtarışına səbəb olur. Qəribə qonşular, qara pişik, hoqqabaz siçanlarla dolu bu əsərdə bizi fərqli bir dünya qarşılayır.
Əsəri oxuyarkən çox zövq aldım. Uşaq ədəbiyyatı hesab olunsa da məncə çox kiçik yaşlılar oxumasa da olar. Müəllifin də dediyi kimi böyüklər üçün də olduqca maraqlıdır. Mən qorxu sevdiyim üçün təbii ki heç bir qorxu olmadan oxudum. Əsər suni qorxu şablonlarına yer vermədən sadə dillə oxucunu özünə bağlayır.
Maraqlı bir macera oxuyarkən müəllifin çatdırmaq istədiyi ana fikri də rahatlıqla duya bilirsiniz.
Valideynlər ola bildikcə uşaqlarına zaman ayırmalı, onları qorumalı, uşaqlar üçün də həddindən çox marağın yaratdığı ağır səbəbləri şirin bir dillə çatdırır.
Hələ də müəlliflə tanışmamısınızsa məncə tələsin.
Posta Koralinim bir cümləsilə son verim.
"Bir şeyi korkmana rağmen yapıyorsan bu cesurcadır"
06.12.21 21:48
09.12.21 21.54
147s