Elektron halında oxuduğum kitablardandır.Görkəmli,dərin düşünən Anar Rzayevin oxuduğum ilk əsəridir.Düşünürəm ki,bu hekayə mənim üçün Anar'ın kitablarını oxumağımda müsbət təsir etdi.Yəqin ki,təkcə kitab oxumaqla belə qərar gəlməyim çətin olardı.Kitaba başlamazdan təxminən 8,9 gün əvvəl Aytaç Ağırlar adlı ssenaristin rejissorluq etdiyi "Bölük"adlı dram filminə baxmışdım.Çoxumuzun qarşılaşdığı "İncir reçeli"adlı filmin də rejissorudur.Ama ona hələki baxmamışam.
Film o qədər təsir etdi ki mənə...Xarakterlərin iç dünyaları,başlarına gələn hadisələr bir birindən sarsıdıcı idi.bir sözlə filmi bəyənmişdim. Filmdə,əsgər oğlanla qız telefonda danışıb dərdləşir bir birinə 1 il boyunca həmdəm olurlar.Oğlan qızın sadəcə səsin eşidir qız isə oğlanın göndərdiyi şəkildə oğlanı görür,onunla bağlı xəyallar qurur.1 ilin sonunda bəzi səbəblərə görə ayrılırlar(.Kitabda isə baş qəhramanlar başqa rollarda qovuşurlar.Oxuyarkən filmin süjet xətti gözümün önündə canlanırdı.Sonunun ayrılıq olacağına o qədər əmin idimki...lakin təəccübləndim.Rüstəm həm özü(telefondakı naməlum eyni zamanda yaxın şəxs) hən də Seymur(Mədinənin iş yoldaşı)kimi özünü aparmalı idi.Seymur ,Mədinəyə özünü Rüstəm kimi tanıtmışdı.Aparırdı da ama deyə bilərəm ki əslində iş yoldaşı iıə qovuşdu Mədinə telefondakı dərdini bölüşdüyü şəxs ilə yox.Hər ikisi də eyni şəxs olmaqlarına rəğmən.
Ümumi mövzunu ələ aldıqda deyə bilərəm ki, bəyəndiyim əsər oldu.kitabı Oxumağa da filmə baxmağa tövsiyyə edə bilərəm..