“Bu kitabın ana amacı, zihninize yeni bilgiler ya da inançlar yerleştirmek veya sizi herhangi bir şeye ikna etmek değil, bir bilinçli değişimi getirmek, yani uyanışı gerçekleştirmek.”
Eckhart Tolle 1948-ci ildə Almaniyada doğulmuşdur. Müasir dövrün ruhani müəllimi və yazıçıdır. “Şimdi’nin gücü”, “Miltonun sırrı”, “Yeni bir dünya”, “Hayatla bütünleşmek”, “Dinginliğin gücü” və “Var olmanın gücü” kitablarının müəllifidir. Bugün “Var olmanın gücü” haqqında danışacağam. Yazıçının oxuduğum ilk kitabıdır. Müəllif ağır depressiyadan sonra qələmə almışdır. Əsas mövzu “eqo”dur. Doğurdan da, yenilənmək, hadisələrə fərqli baxış bucağından baxmaq istəyirsinizsə, mütləq oxumağa dəyər. Fərdi-inkişaf janrında olsa da, mövzuya psixoloji, fəlsəfi, dini, ədəbi tərəfdən də yanaşılıb. Giriş fəlsəfə ilə başladığı üçün kitaba gec adaptasiya oldum amma, oxuduqca sevməyə başladım.
Tollenin fikrincə, insanların bir çox problemlərinin kökündə eqo durur və fikrini çox sadə, demək olar ki, hər gün rastlaşdığımız hadisələrdən misal gətirərək izah edir. Burada eqo ilə özgüvən arasındakı incə çizgidən bəhs edilir. Adətən bu janrda olan kitablar məğz baxımından eyni fikri müdafiə edir: insanın müəyyən hədəfləri olmalıdır və o hədəflərə çatmaq üçün daim çalışmalıdır. Tolle isə deyir ki, insanın həyatı bu hədəflərdən asılı olmamalıdır. İlk öncə bu fikri tam anlamasam da, kitabın sonlarına doğru hər şey aydınlaşdı. İnsanlar düşünürlər ki, daha çox şeyə sahib olsalar, daha xoşbəxt olacaqlar. Tolle isə deyir ki, xoşbəxtlik içimizdədir. Xoşbəxtliyimiz, hər hansısa məfhumdan, əşyadan, insandan, maddiyyatdan aslı olmamalıdır. İçimizdəki xoşbəxtliyi eqomuzu susdurduqdan sonra tapa bilərik. Fərdi-inkişaf janrında oxuduğum kitablar arasında ən sevdiklərimdən biri oldu. Bizim kitabları yox, kitabların bizi