Mən dedim: Görəsən biz baharı bir də bir yerdə görəcəyikmi? Müşfiq gülümsündü, mən sözümə davam etdim: Nə ola bu günləri tutub saxlaya biləydik.
Müşfiq dərindən köks ötürdü: Axar suları saxlamaq mümkünsə bu günləri də saxlamaq olar. Bu günlər ötüb gedəcək, ancaq hərə bu dünyada özündən sonra bir iz qoyub gedəcək. O izlər içərisində bizim də izimiz olsa, deməli, biz də o günlərə qoşulacağıq.
Elə oradaca «Ayrılıq» şerini dedi:
O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi? -
Qəlbimin çeşməsi çağlar səninçün.
Atasını erkən yaşında itirmiş uşaqların psixoloji və ağıl baxımından öz tay-tuşlarından heç də geridə qalmadığı ilə bağlı çoxlu örnəklərlə də üzləşmişəm. Sözsüz, ideal bir atanın olması atasızlıqdan yaxşıdır, ancaq ataların çoxu bu atalıq idealından çox uzaq olduğundan, bir sıra durumlarda atasızlıq belə ataların himayəsində böyüməkdən yaxşı olur.
Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin
Şəhdi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim, neçin gəlmədin?
Əlimdəki qələm bir sədəfli saz,
Nə qədər səninçün coşar, yorulmaz,
Aramızda olan zəncir qırılmaz,
Ey sözüm-söhbətim, neçin gəlmədin?
Gözlədim yolunu, hava qaraldı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən qəmgin konül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?