Afet

9/10
·104 syf.··
2023 4. kitabı
·
13 günde okudu
·
Okunma: 18 Şubat 2023 05:25
İhanet mi, sadakatsizlik mi...ya da ne istediğini bilememek mi?! İnsanoğlu aşk derken ne anlıyor acaba?! Aşk gitmek mi, kalmak mı?! Aşk bitirmek mi, başlatmak mı?! Aşk var mı, yok mu?! Aşk bir tek insana karşı oluyor mu?! Hangi beyaz gecede yitirdik aşk duygumuzu acaba...
İnsan
Bəyaz GecələrFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 2019102,1bin okunma
Reklam
Puan vermedi·144 syf.··
Beğendi
·
2023 2. kitabı
İnsanların qəlblərini bilmək olmur. "Pis insandır", "bunun özünə xeyiri yoxdur", "nə insafı var, nə mərhəməti" dediyimiz biri, bir də görürsən 360 dərəcə dəyişib olub yaxşı insan. "Yaxşı insan" yox, yaxşı insan. Bu illuziya bitəndə bəlkə də kimlər-kimlər görəcəyik heç özümüz layiq olmadığımız yerlərdə. Necə? Axı necə olur bu?! Həyatında ömrü boyu pisliklər eləmiş biri necə sadə bir şeydən sonra dəyişilir?! Hər gün susuz itlərə su verən sıradan həyatını yaşayan bir insan dəyişmir, amma ömrünü hər kəsi incitməklə keçirən, ruhunu öldürmək üçün əlindən gələn hər şeyi edən biri bir əlacsıza əl tutmaqla dəyişir. Kitabın birinci hissəsindəki hekayəni ya mən anlamadım, ya da duyğularım yetmədi. Amma ikinci hissəsi... Ordakı kiçik bir məqam. Vasiliy Andreyiçin bir anda dəyişməsi.. İnsanları yarğılamayın. Çünki qəlbləri kimsə bilmir.
Efendi ile UşağıLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 201610,6bin okunma
10/10
·142 syf.··
Beğendi
·
2023 1. kitabı
·
4 günde okudu
·
Okunma: 11 Ocak 2023 17:05
Orta məktəbdə ilk dəfə biologiya dərsi keçəndə müəllim bir bilgi öyrətmişdi. Canlılar 4 qrupa ayrılır: bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Hələ orta məktəbin öyrəşdirmək istədiyi əzbərçiliyin canımıza hopmadığı vaxtlar beyinimizə bir şübhə ilə girdi bu bilgi: "Bəs insanlar?". Müəllim nəyisə unutmuşdumu?! Sonra əzbərçilik beynimizi dondurdu. İnsan da heyvanlara aiddir dedik, keçdik. Sonra böyüdük, ali bilgilər gəldi və möhkəm-möhkəm sarıldığımız ibtidai bilgiləri sıxışdırmağa, bizi şübhəyə salmağa başladı. Onda dedik: İnsan nədir? Təkamülün məhsulumu?! Heçmi yoxdur heyvandan fərqi?! Yoxsa yaradılmışlardan sadəcə bir növ?! Yoxsa yaradılmışların ən alisi?! Mərkəzdədir insan?! Yoxsa özünü mərkəzdə zənn edir?! Nə qədər ki, həyat var, insan var, bu sual həmişə gündəmdədir. "İnsan nədir?" youtu.be/fEzpsVi1Qd0
İnsan Nedir?Mark Twain · Koridor Yayınları · 202118,9bin okunma
10/10
·96 syf.··
Beğendi
·
2022 14. kitabı
·
34 günde okudu
·
Okunma: 31 Ekim 2022 19:25
Dünya şöhrətli biri ola-ola hər şeyi olduğu kimi, içindən gəldiyi kimi aşkar şəkildə oxucuların ixtiyarına buraxmaq..məncə hər yazıçının edə biləcəyi bir şey deyil. Bunu hər hansısa uydurma bir qəhrəmanın timsalında etmək olardı. Amma bu əsəri özünəməxsus edən də elə budur ki, qəhrəman yoxdur. Varsa da o elə yazarın özüdür. Kimsə üçün əsər bəlkə də sadə gələ bilər. O şeyləri demək olar, hamımız həyatımızın müəyyən bir mərhələsində yaşayırıq. Amma hansı birimiz yaşadıqlarımızı "açıq gözlərlə" görə bilirik?! Kimimiz ya tamam kökündən kəsib atır - inanmır. Kimimiz də yersizcəsinə inanır. Nəyə inandığını heç özü də bilmədən inanır. O inanc ki, xəfif bir yel əsən kimi yıxılır. Amma çox azımız, içimizdən yox deyiləcək qədər az adam nəyi niyə etdiyini bilir. İnanır və Onsuz olmayacağını, Onsuz xoşbəxt olmadığını görür, duyur, bilir. Lev Tolstoy İtiraflarım
İnsan
İtiraflarımLev Tolstoy · Antik Kitap · 201629,3bin okunma