Mən sənin yanına uça bilərdim.
uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
açmıram, beləcə susub gedirəm,
Yandırıb gedirəm bu varağı da,
bu şerin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,-
məni qaranlıqda itirmə anacaq.
İlahi, küssəm də, səninəm yenə,
gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə
gedib çıxanacan üstümdə olsun....
Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında
oturub dincimi alaram bir az.
Boşluğa sallaram ayaqlarımı,
Uşaqtək yellərəm ayaqlarımı,
uşaqtək sevincək olaram bir az.
Bir ölüm işığı gəzər üstümdə,
boşluqdan səs gələr:
“Yubanma, tez gəl!...
Sənə, çoxdandı ki, bu yer üzündə
hər şey maraqsızdı, ölümdən özgə...”
İlahi, gəlirəm, eşit səsimi,
kimsəyə ümid yox, sən ovut məni.
Bu nəhəng boşluğa atdım özümü,