Təsirli, bir o qədər də düşündürücü əsərdir. Təhminə və Zaurun mümkünsüz, acınacaqlı sevgi hekayəsi... Bu elə bir əsərdir ki, nə qınaya bilirsən, nə haqq qazandıra bilirsən bu iki gəncə. Təhminəyə təkcə evli ola-ola Zaurla görüşməsinə əsəbləşmişdim. Qınamaq demiyim də, sadəcə olaraq gərək elə əvvəlcədən boşanardı.
Günümüzdə azdımı belə sevgilər həyatda? Nə çox Təhminələr və Zaurlar. Həyatda belə sevgiləri demək olar hamımız qınayırıq, elə Dadaş kimi, Alya kimi, Zivər kimi. Amma kitablarda isə belə olmur. Qınayanları qınayırıq. Nə qəribə)) bu əsəri bitirəndən sonra ilk cümləm “qadın olmaq dünyada ən çətinidir” oldu. Əgər qadınsansa hələ ki, boşanmısansa və gözəl, baxımlısansa o zaman sənə ləkə yaxmaq ən asan işdir)) Təhminə də məhz elə qadınlardan idi. Cəlbedici, güclü, baxımlı və gözəl qadın. Çox kişilərin tamah saldığı, amma əli çatmayanda iylənib deyirdilər) Spartaklar, Dadaşlar... ona görə də ətrafa görə o, yüngüləxlaqlı qadın idi.
Zaur ziyalı ailənin oğludur. Təhminə isə ətrafında çoxlu kişi dostları olan və televiziyada işləyən adi teleaparıcı. Zaur öncələr Təhminəyə bəlkə də həvəs kimi, cavanlığın ötəri hissi kimi baxırdı. “Təhminəsiz də yaşayaram” düşünürdü. Amma bu hiss sən demə sonralar elə bir sevgiyə çevrilir ki, Zaur onsuz özünü təsəvvür etmir. Hətta ailəsi bu münasibətə heç cür razılıq verməsə də Zaur qarşı çıxır. Təhminəylə yaşamağa başlayır. Amma buna baxmayaraq, Sevgi bəzən yetmir. Zaurun bu cəsarətsiz cəsarəti daha çox Təhminəni incidirdi. Zaurun anası Zivər xanımın aramsız zəngləri, söyüşləri, hədələri qarşısında alçalırdısa bu barədə Zaura heç nə demirdi. Sevdiyinə görə Dözürdü. Zaur onu sevsə də, amma bu sevgidə inamsızlıq, şübhələr, qorxu da var idi. Onun yanında olanda