Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·316 syf.··
2020 25. kitabı
Anar Rızayev
8.6/10 · 1.851 okunma
Reklam
9/10
·304 syf.··
2020 24. kitabı
Albert Camus - Taun Bu ayın son kitabı olan,Albert Camusun Nobel mükafatına layiq görülmüş “Taun”dan bəhs etmək istəyirəm.Taunu oxuduqca elə bu gün yaşadığımız dünyanın, insanların əziyyətləri gözümdə canlanırdı.Tək fərq müəllifin yazdığı bu əsər, o dövrün Avropasında mənə görə daha əzablı,qorxunc,dəhşət dolu olub. Hadisələr 194..cı illərdə Oran şəhərində cərəyan edir.İlk səhifələrdə müəllif bu şəhərin görünüşü, yaşayışı, insanları haqqında məlumat verir.Sonra isə artıq buradakı fəkakətlərin ilk qığılcımları alovlanmağa başlayır.Günlərin bir günü həkim Bernar Ryö evinin qapısının ağzında siçan ölüsü görür.İlk vaxtlar buna fikir verən olmur.Artıq siçan ölüləri hər gün artırdı.Bu isə, həm həkimi,həm də ətrafındakı insanları təəccübləndirməyə başlayır.Sanitariya idarəsi hər gün bu gəmiricilərin yüzlərlə, minlərlə cəsədlərini yığırdı.Elə həmən günlərdə Ryönün ev nəzarətçisi yüksək qızdırma və bədəndəki qəribə düyün şişlərdən dünyasını dəyişir.Artıq bu əlamətlər ətrafdakı başqa insanlarda da baş verməyə başladı.Ryö bunun bir epidemiya olduğuna əmin idi. Oran şəhərini caynağına almış taun artıq insanların həyatlarını,ümidlərini, sevinclərini,xoş günlərini özü ilə silib aparırdı.Vəziyyət kəskinləşdikcə ölənlərin sayı durmadan artırdı.Təsəvvür edin ölü sayı o qədər çoxalmışdı ki,onları basdırmağa yer tapılmırdı.Son çarə meyidləri sobada yandırırdılar. Bu ağır günlərdə isə ən çətin öhdəlik həkim Ryönün və onun dostlarının üzərinə düşmüşdü.Onlar könüllü sanitar dəstələrinə qoşularaq durmadan insanlara yardım göstərir, öz sağlamlıqlarını da təhlükəyə ataraq fədakrlıq edirdilər. Taun heç kimə mərhəmət göstərmirdi. Həm fiziki, həm də ruhən hər kəsi çökdürmüşdü.Roman
Edebiyat
TaunAlbert Camus · Qanun Nəşriyyatı · 201624,6bin okunma
7/10
·64 syf.··
2020 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 24 Haziran 2020 14:25
Ceyms Coys Ölülər salam. Nəhayət paylaşım edə bildim. Ceyms Coysun “ölülər” povesti haqqında qəti heç bir fikrim yox idi. Sifariş verərkən başqa kitabın yerinə bu povesti səhfən göndərmişdilər haqqında bir az oxudum marağımı çəkdi. Amma gözləntilərimi ala bilmədim. Daha çox dialoqlar ön planda idi. Altını xətlədiyim iki-üç cümlə ya olar, ya olmaya. Çox dərin və mənalı cümlələr yox idi. Əslində bu avtobioqrafiq əsərdi. 79 səhifəlik povestin əsas qəhrəmanları Qabriel və onun həyat yoldaşı Qretadır. 63 səhifəsinə qədər hadisələr Qabrielin xalalarının təşkil etdiyi rəqs məclisində cərəyan edir. Əyləncə, qonaqların söhbətləri, musiqilər daha ön plandadı, nəinki əsas mövzu. Əsas mövzu demək olar qıraq qalıb. Mövzusuna gəlincə,Qreta gəncliyində başqa birini sevib və sevdiyi isə gənckən ölmüşdür. Buna baxmayaraq illərdir Qreta onu unutmayıb. Qabriel isə bundan uzun illər xəbərsiz qalıb. Məclisdə eşitdiyi “Ofrimin sevgilisi” musiqisi keçmişi yenidən Qretanın yadına salır. Və elə bu da, Qabrielin hər şeyi bilməsinə səbəb olur. Sonu sözün açığı toxunmadı deyil. Özümü Qabrielin yerində təsəvvür etməyə çalışdım. Evlisən və illərlə elə bilirsən ki, yoldaşın ancaq səni sevib. Bir anda isə inamın alt-üst olur, heç də sevilməmisən sən demə. Bu üzücü bir şeydi həqiqətən. Buna baxmayaraq o yoldaşını buna görə qınamır, əsəbləşmir. Sadəcə olaraq anlamağa çalışır. Bunun üçün isə böyük ürək lazımdır.
Edebiyat
ÖlülerJames Joyce · Alakarga Sanat Yayınları · 2012558 okunma
Bu, mənəvi bir qalibiyyət idi, elə bir qalibiyyət idi ki, yağılara qarşıda duran düşmənin mənəvi cəhətdən üstün olduğunu göstərir, onların öz zəifliyini aydınca hiss etdirirdi, onları buna inanmağa məcbur edirdi.
Sayfa 701
Edebiyat