Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
Tər basmış, barıt hissinə batmış, qana bulanmış və hər üç nəfərdən ancaq biri sağ qalmış topçular yorğunluqdan addım başı büdrəsələr də, yenə tövşüyə-tövşüyə mərmi gətirir, topları doldurur, tuşlayır, fitil qoyub atırdılar. Mərmilər yenə də hər iki tərəfdən sürətlə və amansızca uçub gedir, yenə də insanları əzib məhv edirdi. İnsanların iradəsilə deyil, insanları və bütün aləmi idarə edən qüvvənin iradəsilə baş verən bu dəhşətli iş yenə də davam edirdi.
Sayfa 700
Edebiyat
Reklam
İnsan şüurlu olaraq özü üçün yaşayır, lakin o , tarixi , ümumbəşəri məqsadlərə çatmaq üçün qeyri-şüuri bir alət kimidir. Görülən bir işi geri qaytarmaq olmaz və bir adamın gördüyü iş başqa adamların gördüyü milyonlarla iş ilə bir araya gəldikdə tarixi bir əhəmiyyət kəsb edir. İnsan ictimai mövqedə nə qədər yüksəkdə durursa , nə qədər çox adamla əlaqədar olursa, onun başqa adamlar üzərində bir o qədər çox hakimiyyəti olur, onun hər bir hərəkətinin əvvəlcədən müəyyən edilməsi və o hərəkətin mütləq baş verəcəyi zərurəti daha aydın görünür.
Sayfa 519
Tarih
..və müharibə başlandı, yəni insan idrakına və bütün insan təbiətinə zidd olan bir hadisə baş verdi. Milyonlarla insan bir-birinə qarşı hədsiz-hesabsız cinayət və xəyanət etdi, bir-birini aldatdı, öldürdü, oğurluq, talan və saxtakarlıq etdi, qəlp pullar buraxdı, yanğınlar törətdi. Dünyanın bütün məhkəmələrinin tarixi heç bir əsrdə bu qədər cinayət görməmişdi. Bu cinayətləri törədən adamlar isə bu zaman öz əməllərinə bir cinayət kimi baxmırdılar.
Sayfa 517
Tarih
...çox vaxt biz belə düşünürük ki , həyatımızda çətinlik törədən bütün şeyləri özümüzdən uzaqlaşdırmaqla biz daha tez bu məqsədə çatarıq; lakin, cənab, məsələ tamamilə əksinədir . Ancaq cəmiyyət təlatümləri içində biz üç əsas məqsədə çata bilərik: bunun birincisi öz-özünü dərk etməkdir, zira insan öz - özünü ancaq başqası ilə müqayisədə dərk edə bilər, ikincisi təkmilləşməkdir bu da ki ancaq mübarizə ilə əldə edilər; üçüncüsü də baş xeyirxahlığa çatmaqdır ki , bu da ölümü sevməkdir .
Sayfa 371
Tarih
Büyük bir güç karşısında saygı göstermek çok önemli bir derstir. Bir kadın, gücün karşısında ayakta durabilmelidir, çünkü sonunda bu gücün bir kısmı onun olacaktır.
Sayfa 109
Edebiyat
Reklam