Salam. Bu gün Tolstoydan oxuduğum bu kitab haqqında danışmaq istəyirəm. Yazılan hekayələri çox sevdim. Hər biri ibrətlik, dərs çıxarılacaq hekayələrdir. Bitirdikdən sonra özümə o qədər cavabsız suallar verdim ki. Məsələn “niyə axı gözümüz doymur? Niyə əlimizdəkilərlə yetinmirik? Niyə bu qədər içimizdə bəzən kin, nifrət, acıq bəsləyirik?”
“İnsan neyle yaşar?” Kitabı altı qısa hekayələrin toplusundan ibarətdir. Hər hekayə özündə çox böyük məna daşıyır. Oxuduqca doğrudan da insanın daha çox nankor, acgöz olduğunu, eqosunun gözlərini kor etdiyini, nəfsinin doyumsuzluğunu, daha çox dünya malında gözünün olduğu, pul-paraya can atdığını gördüm. Elə bir zamana da gəlmişik ki, pul olmadan az qalır salam almasınlar. Halbuki, Tolstoyun dediyi kimi sonunda 3 metrlik kəfənlə gedirsən dünyadan. Əslində koruq görmürük ki, daha çox insan sevgiyə acdır. Hər şeydən üstün olan sevgi. O qədər malın-mülkün olsun sevgisiz qaldıqdan sonra pul ilə xoşbəxt olacaqsanmı?
Bu hekayələr insana yaxşılığı, sevgini, mehribançılığı, əxlaqın gözəlliyini aşılayır bizə. Mənim həyata baxış açımı dəyişdirən əsər oldu deyərdim. Ən çox ürəyimi qoyduğum hekayələr isə “insan neyle yaşar” və “insana çok toprak gerekirmi?” oldu. Tolstoyun bu kitabını məncə 7-dən 77-yə hər kəs oxumalıdır.
Louisa May Alcott
Küçük kadınlar
Hər kəsə salam oxumadan sevdiyim kitab Nəhayət oxudum bitirdim və doğrudan da fikirlərimdə yanılmamışam.
Əsərin əsas mövzusu dörd yeniyetmə qızın və analarının yaşadıqları həyatdan bəhs edir.
Ataları müharibəyə getdikdən sonra bu ailənin yaşam düzəni dəyişir. Çətinliklərə baxmayaraq, bu dörd yeniyetmə qızın bir-birinə möhkəm bağlanması, analarının hər səhvində qızlarının yanında olmağı, düzünü onlara göstərməyi, hər şeydə bir-birlərinə dəstək olması bizə əslində ailə dəyərlərinin önəminin əhəmiyyətli olmasını göstərir.
Ailə sevgiylə yoğrulmalıdır ki, həyatdakı sıxıntılar, peşmançılıqlar sizi yormasın, yıxmasın. Bu əsərdə də məhz bu mesaj verilib. Onları ayaqda tutan da elə sevgi dolu ümidləri, səbirləri, yaxşılıqları oldu.
Sahib olduqlarınızın nə olursa olsun dəyərini bilin.Oxumağa dəyər çox gözəl kitabdır.
çünki sevgi korkuyu kovar ve minnettarlık da gururu yenebilir.
mutsuz hissettiğiniz zamanlarda sahip olduklarınızı düşünüp şükredin.
sürekli, “keşke şuyumuz da olsa, buyumuz da olsa,” ya da “keşke şunu da yapabilsek, bunu da yapa bilsek,” diyerek aslında ne kadar çok şeye sahip olduklarını ve ne kadar güzel şeyler yapabildiklerini unuturlarmış.