Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
Bu cəzanın bir həqiqi aşinasın görmədim, Hər kimin çəkdim cəfasın, Bir vefasın görmədim.
Sayfa 556·Kitabı okudu
Edebiyat
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Puan vermedi·560 syf.··
36 günde okudu
·
2022 16. kitabı
Nəriman Əbdülrəhmanlı
9/10 · 5 okunma
Yolçu
Puan vermedi·560 syf.··
2022 16. kitabı
·
36 günde okudu
·
Okunma: 17 Temmuz 2022 22:00
Salam kitab əhli. “Yolçu” haqqında fikirlərimi bölüşməmişdən öncə, qeyd edim ki, nədənsə yazarın kitablarını oxuyan çox az oxucu görürəm. Amma, çox istəyərdim bu əsəri ilə tanış olasınız. Bu romanı ərsəyə gətirmək üçün 30 ilini verib və məlum məsələdir ki, tarixi faktlardan istifadə edərək yazıb. Çox məhsuldar yazıçıdır və zəngin biliyi sayəsində belə maraqlı, tarixi şəxsiyyətlərin olduğu, real hadisələrə əsaslanan roman-səlnamə yazıb yaradıb. Əbdülrəhmanlının bir neçə romanları, hekayələri, povestləri və tərcümə olunmuş (xarici ədəbiyyat) kitabları var. O yazıçı, Publisisit, eyni zamanda, kinossenarist kimi də fəaliyyət göstərir.   Keçək romana. Yolçu romanı bir həyat hekayəsədir. Ömrünün 50 ilindən çoxunu yollara həsr etmiş, vətən niskilli Mirzə Yusifin həyat hekayəsi. 7 yaşında ailəsində baş verən bədbəxtçilik nəticəsində, Yusif yetim qalmış, Tiflisli Görgü ağanın (Qriqol Eliqulaşvili) himayəsinə sığınmış, daha sonar isə o ailənin köməyi ilə Parisə təhsil almağa gedib. Əslində, həyatının dönüm nöqtəsi də elə Parisə getməklə başlayır. Kitabın sonluğu mənə o qədər təsir etdi ki, göz yaşlarımı saxlaya bilmədim. Haqqını vermiş yazar. “Yolçu” tarixi səlnamədir və 18-ci əsri əhatə edir. Romanda Şah İsmayılın qurduğu Səfəvi xənadanın dağılması, az qala dünyanın yarısına sahib çıxan, özünü ikinci İsgəndər və Allahın kölgəsi adlandıran Nadir şahın hakimiyyət illəri, onun Əfşar imperiyasını yaratması, o illərdə baş verən döyüşlər, ölkələri fəth etməsi, dövlət quruculuğu işləri, məğlubiyyət və qələbələr, qorxu və iztirablar, satqınlıqlar, xəyanətlər, ermənilərin torpaq hay-həşirləri və bu kimi tarixi dövrü əhatə edən mövzular yer alıb. Təkcə Nadir şah yox, eyni zamanda həmin dövrün digər tarixi şəxsiyyətlərindən də söhbət açılır. Və bütün bu hadisələr ölkə-ölkə, diyar-diyar
Tarihi Roman
YolçuNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20135 okunma
Merhamet zulmün merhemi olamaz!
Puan vermedi·160 syf.··
2022 13. kitabı
·
24 saatte okudu
·
Okunma: 12 Haziran 2022 21:31
“Son kız” kitabından sonra “Huzursuzluk” kitabını oxumağı qərara aldım. İlk çıxdığı zamanlarda oxumuşdum, amma bu qədər düşünməmişdim. Hər iki əsərdən sonra bir az araşdırmalar etdim, sənədli filmlərə, kinolara baxdım. Ezidi xalqının başına gələnlər, İŞİD-in islam dini adı altında törətdikləri vəhşilikləri oxuduqdan, gördükdən sonra, o insanların taleyinə necə deyərlər acıdım. Livaneli bu əsərində, ezidilərin dini, tarixi haqqında ətraflı məlumat verib. Ezidiləri daha çox şeytana tapan xalq kimi bilirlər. Amma onlar təkcə Allaha və Tovuzquşuna inanırlar. Dini görüşlərinə görə min illər boyunca təqiblərə, əziyyətlərə məruz qalıblar. Minlərlə insan öldürülüb. Yenə tarixləri təkrarlanır, bu dəfə də İŞİD-in zülmüylə qarşı-qarşıyadılar. Kitabda bir neçə yerdə belə bir cümlə var “ben de bir insandım”. Təəssüf ki, insanlıqdan məhrum olmuş, vicdanını, insani duyğularını itirmiş olanlar, bəzən qarşı tərəfi bu cümləni deməyə vadar edir. Çünki insanlığa sığmayacaq hadisələri oxumaq, bunların real olaraq yaşandığını düşünmək çətindir. İnsanın insana yaşatdıqlarını oxuduqca,  dünyanın nə qədər aciz olduğunu görürəm. Nə qədər desək də, “din, irq fərq etməz öncəlik insanlığımızdır”. Amma görürük ki, sən demə, insanlığın da fərqi var imiş. Halbu ki, hamımızın sonu ölümdür. Bundan nə müsəlmanı, nə xristianı qaça bilər. Bunları niyə yazıram? Çünki oxuduqlarım tam da bunlara sirayət edir..   Kiçik həcmli olmasına baxmayaraq oxuduqca bəzi səhnələri, istər istəməz deyirsən bu günlük bəsdir. Oxuduqlarını həzm etməyə çalışırsan. Bir dini görüşə görə, bu qədər ədalətsizlik, vicdansızlıq etmək nə qədər düzgündür? İnsanları seçimlərinə görə yarqılamaq nə qədər düzgündür? Mövzusu haqqında uzun uzadı nəsə demək istəmirəm. Qısaca olaraq əzidi olan Mələknaz və Amerikada öldürülən Mardinli
Edebiyat
HuzursuzlukZülfü Livaneli · Doğan Kitap · 2017117,8bin okunma