Yüngül düşüncəli gənclik ağıldankəm liberalizm mütəfəkkirləri kimi nahaq düşünür ki, Allahsızlıq-azad düşüncənin əlamətidir. Allahsızlıq-xalqın inanc yeri, içindəki müqəddəsin məhvi deməkdir, bunun nəticəsi isə heyvan insanlar, əxlaqsızlıq, mənəviyyatsızlıq, kobud eqoizm, quldurluq, ədəbsiz daxili intizamsızlıqdır.
Bağışlayın, açıq demək istəyirəm! Hər peşədə olduğu kimi, müəllimlər arasında da öz peşəsinə yad olanlar var. Onlar müəllimliyə xor baxan iş hərisləridir. Belələrinə dost kimi təklif edirəm ki, bu peşədən uzaqlaşsınlar. Özlərinə başqa iş tapsınlar! Getsinlər tacir olsunlar... Rəsmi qurumlarda məmur işləsinlər... Getsinlər ki, daha canlı, daha yüksək ruhlu insanların işləməli olduğu belə müqəddəs vəzifələrə layiq olanlar gəlsin!