Art və Xaos. Öz trackləri və əsərləri ilə adını Azərbaycan sənət tarixinə yazdırmış Qaraqanın qələmindən oxuduğum daha bir əsər...
Gəlin, sizə bir sual verim. Yəqin ki, hamınızın sevərək dinlədiyi musiqi və ya "fanat"ı olduğu kitablar var. Əlbəttə, onların yazıçılarını da sevirsiniz. Bəs, əsəri yazıçıya görə sevirsiniz, yoxsa yazıçını əsərə görə? Cavab vermək lazım deyil, sadəcə düşünün. Bu, ilk riyaziyyat müəllimimin bəhs etdiyi, ədəbiyyat dərsində nəyə görə keçmədiyimiz haqqında təəccübləndiyi "cavabsız suallar" kimidir. Əlbəttə, mənim müəllimlərim və dərslərim sizə maraqlı deyil, elə isə, sizə maraqlı olan (ümid edirəm ki, belədir.) mövzudan yayınmayaq. Bəli, mən də bu sualın cavabını verməyəcəm, sadəcə düşünün. Əgər bir gün sizin əsərlərini çox sevdiyiniz yazıçı düşüncələrinizin ziddində əsərlər yazsa, onu hələ də sevərsiniz? Bəlkə də, bu əsər sizin düşüncələrinizə təsir edər, onları dəyişdirər və bundan xəbəriniz belə olmaz. Ümiyyətlə, bizim düşüncələrimiz var mı? "Düşünən heyvanlar" nə dərəcədə düşünür? Düşünmək nədir axı? Biz bir filmə baxırıq, filmin baş obrazının necə də bədbəxt olduğunu düşünürük. O heç öz övladlarını belə doyura bilmir, belində ağır daşlar ilə bir neçə kilometr yol getməlidir. Amma nəyə görəsə, onun bir neçə kilometri, səhnənin bitməsi ilə sona çatır... Səhər durmusunuz, çox xəstəsiniz, qızdırmanız var. Əgər siz universitet tələbəsisinizsə, düşünürsünüz: "Ola bilməz, mən bu gün dərsə gedə bilməyəcəm, müəllim mənə qayıb yazacaq və dərslərimdən geri qalacağam." Daha sonra yatır və bir də günorta oyanırsınız. Həmin gün bitki çayı içir, ən sevdiyiniz fimi izləyir və sabah yeni günə sağalmış vəziyyətdə başlayırsınız. Sizi sağaldan nədir, bitki çayı? Bəlkə, bir müddət məsuliyyətdən azad olmaq və sevdiyiniz işlərlə məşğul olmağın