Çarlz Dikkensin "Yeni il nəğməsi" novellası təkcə İngiltərədə deyil,bütün dünyada Milad bayramı mövzusunda yazılmış ən məşhur əsərlərdən biridir.Əsər simic,qaraqabaq,qəlbiqara,bədbin bir sələmçi olan Ebenizer Skrucun keşməkeşli həyatından bəhs edir.
Ətrafındakı insanların ehtiyaclarına,hisslərinə tamamilə biganə qalan,hətta onların şənlənməsinə belə qıcıqlanan daşqəlbli Ebenizer Skruc səksəkəli yuxularında keçmiş günahlarını və özünün son aqibətini görür.Dikkens bizə demək istəyir ki,hətta ən pis insanın qəlbində də bir iman zərrəsi olur,bu işartı gah aşkar,gah gizli şəkildə onun daxili aləmini tam zülmətə qərq olmaqdan qoruyur.